TÖVBƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ

TÖVBƏ SURƏSİ

Nəcm: 695

1,2. Allahdan və Elçisindǝn əhd bağladığınız müşriklərə bir ultimatum, qəti xəbərdarlıq: “Yer üzündə dörd ay rahat gəzin. Və bilin ki, həqiqətən siz Allahı aciz qoya bilməzsiniz və həqiqətən Allah kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] rüsvay edəcəkdir.”

3,4. Və “ən böyük həcc” günündə,[i] həqiqətən Allahın və Onun Elçisinin şərik qoşan kəslərlə –şərik qoşanlardan əhd bağladığınız, sizə heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kimlə köməkləşməmiş kəslər istisna olmaqla– [heç bir] əlaqəsinin olmadığına dair Allahdan və Elçisindən insanlara bir bildiriş: “Əgər səhv[iniz]dən dönsəniz, bu sizin üçün xeyirlidir. Və əgər üz döndərsəniz, o zaman bilin ki, həqiqətən Allahı aciz qoya bilməzsiniz.” Kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] də ağrılı-acılı bir əzabla müjdələ! Siz də müddəti [bitənə] qədər onlara verdiyiniz sözləri yerinə yetirin. Şübhəsiz ki, Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri sevər.

5. Toxunulmaz [haram] aylar / həcc ayları çıxınca da o şərik qoşanları harada görsəniz öldürün, onları yaxalayın, həbs edin və bütün müşahidə yerlərində onlar üçün [onların pusqusunda] oturun. Əgər tövbə etsələr, səlatı yerinə yetirsələr [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını qurub yaşatsalar] və zəkatı / vergilərini versələr, artıq onların yollarını açın. Şübhəsiz ki, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.

6. Əgər şərik qoşanlardan hər hansı biri aman diləsə, Allahın kəlamını dinləməsi üçün ona aman ver. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, şübhəsiz ki, onların bilməyən bir tayfa olmaları səbəbindəndir.

7. Məscidülhəramın yanında əhd bağladıqlarınız istisna olmaqla, şərik qoşan kəslərin Allah yanında və [Onun] Elçisi yanında necə bir əhdi ola bilər? Onlar sizə qarşı doğru-düzgün olduqları müddətcə, siz də onlara qarşı doğru olun. Şübhəsiz ki, Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri sevər.

8-10. Necə ola bilər? Və əgər onlar, sizdən üstün olsalar, sizin barənizdə bir anda və əhdə baxmazlar. Ağızları ilə sizi məmnun etməyə çalışarlar, ürəkləri rədd edər. Və onların çoxu haqq yoldan çıxmış kəslərdir: Onlar Allahın ayələrini çox ucuz qiymətə satdılar və Allah yolundan döndərdilər. Şübhəsiz ki, onların işlədikləri əməllər pisdir. Onlar hər hansı bir mömin barəsində anda və əhdə baxmazlar. Və məhz onlar həddi aşanlardır.

11. Bundan sonra əgər tövbə etsələr, səlatı yerinə yetirsələr [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşatsalar] və zəkatı / vergilərini versələr, onlar sizin din qardaşlarınızdır. Və Biz ayələri, bilən bir tayfa üçün ətraflı izah edirik.

12. Və əgər verdikləri sözdən sonra andlarını pozsalar və dininizə dil uzatsalar, [bundan] əl çəkmələri üçün küfrün [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etməyin] başçıları ilə dərhal döyüşün. Şübhəsiz ki, onlar üçün əhd deyə bir şey yoxdur.

13. Andlarını pozan, Elçini yurdundan qovmaq qərarına gəlmiş və üstəlik də sizə qarşı döyüşə birinci özləri başlayan bir tayfayla döyüşməyəcəksinizmi? Yoxsa onların qarşısında hörmət, məhəbbət və elmlə ürpərirsinizmi? Əgər möminsinizsə, qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərməyiniz üçün Allah daha layiqdir.

14,15. Onlarla vuruşun ki, Allah sizin əlinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də, onlara qarşı qalib etsin və mömin bir tayfanın sinəsinə şəfa versin, sinələrindəki kini aparsın. Allah, istədiyi kəsin tövbəsini də qəbul edər. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

16. Yoxsa elə güman edirsiniz ki, Allahın, Elçisinin və inananların altındakılardan [özünə] sirdaş / can yoldaşı qəbul etməyənləri Allah [aydınlaşdırıb] bildirməmiş / işarələyib göstərməmiş sərbsət buraxılacaqsınız? Və Allah, işlədiyiniz əməllərdən çox yaxşı xəbərdardır.

17. Şərik qoşanlar, özlərinin küfrünə [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etmələrinə] özləri şahid olduqları halda, Allahın məscidlərini təmir etməklərindən söhbət gedə bilməz. Bax onlar, əməlləri puç olan kəslərdir. Və onlar, Atəş içində əbədi qalacaqlar.

18. Allahın məscidlərini yalnız Allaha və axirət gününə inanan, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşadan], zəkatı / vergisini verən və yalnız Allahın qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən kəslər açar və yaşadar. Məhz onların, yönləndirildikləri doğru yol üstündə olan kəslərdən olmasına ümid var.

19. Siz, həcc edənin sularının tədarük edilməsini və Məscidülhəramın abadlaşdırılmasını, Allaha və axirət gününə iman edən və Allah yolunda səy göstərən kəslərlə bir tutursunuz? Bunlar, Allah yanında bərabər ola bilməzlər. Və Allah, şərik qoşaraq, küfr edərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.

(113/9, Tövbə / 1-19)

Nəcm: 696

28. Ey iman edən kəslər! Şərik qoşan kəslər sadəcə olaraq murdardır. Bu illərindən sonra artıq Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan / onların uzaqlaşması səbəbindən qazancınızı itirməkdən qorxursunuzsa, Allah istəsə, tezliklə sizi bəxşişlər ilə dövlətli edəcək. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.

29. Kitab verilənlərdən Allaha və qiyamət gününə inanmayan, Allahın və Elçisinin haram buyurduğunu haram qəbul etməyən və haqq dini [özünə] din qəbul etməyən kəslərlə, [onlar] zəlil halda cizyə verənə qədər döyüşün.

31. Onlar, Allahın altındakılardan alimlərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəb qəbul etdilər. Halbuki onlara yalnız tək olan məbuda bəndəlik etmək əmr olunmuşdu. Allahdan başqa məbud deyə bir şey yoxdur. O, şərik qoşanların şərik qoşduqları şeylərdən də pakdır.

32. Onlar, Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki Allah, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] xoş gəlməsə də Öz nurunu tamamlamaqda qərarlıdır.

20. İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda səy göstərənlər Allahın dərgahında dərəcə baxımından daha üstündür. Bax məhz bunlar nicat tapanlardır.

21,22. Onların Rəbbi, onları Öz tərəfindən bir mərhəmətlə, bir razılıqla və içində əbədi qalmaq üzrə, içində tükənməz nemətlər olan, [onların] özlərinə məxsus cənnətlərlə müjdələyir. Şübhəsiz ki, Allah yanında çox böyük mükafat vardır.[ii]

(113/9, Tövbə / 28-29, 31, 32, 20-22)

Nəcm: 697

23. Ey iman etmiş kəslər! Əgər atalarınız və qardaşlarınız iman əvəzinə küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi] sevirlərsə, onları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Sizdən hər kim onları [özünə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul edərsə, bax məhz onlar səhv işlər görənlər; öz zərərlərinə olan əməli işləyənlərdir.

25. And olsun ki, Allah, bir çox yerdə və Hüneyn günündə[iii] sizə kömək etdi. O vaxt çox olmağınız sizdə arxayınlıq yaratmış, lakin onun sizə bir faydası olmamış və yer üzü genişliyinə baxmayaraq sizə dar olmuşdu. Sonra da arxa çevirərək qaçmışdınız.

26. Sonra Allah, Elçisinə və möminlərə, qəlbə təskinlik verən güvən və xatircəmlik hislərini / mənəvi duyğuları bəxş etdi [onların daxilində bu hisləri əmələ gətirdi] və sizin görmədiyiniz qoşunlar nazil etdi. Kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] də əzaba düçar etti. Və bu, kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] cəzasıdır.

27. Sonra, bütün bunların arxasından, Allah, dilədiyi kimsəyə dönüş nəsib edər. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.

(113/9, Tövbə / 23, 25-27)

Nəcm: 698

30. Və yəhudilər: “Üzeyr Allahın oğludur” dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” dedilər. Bu, onların ağızlarında gəvölədikləri sözlər olub, guya bununla, daha əvvəl yaşayan kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sözlərini təqlid edirlər. Allah, onlarla döyüşmüşdür. Necə də döndərilirlər!

33. Allah, şərik qoşanların xoşuna gəlməsə də, haqq dini [dinlərin] hamısından üstün etmək üçün Elçisini, doğru yol bələdçisi və haqq din ilə göndərəndir.

(113/9, Tövbə / 30, 33)

Nəcm: 699

34. Ey iman etmiş kəslər! Şübhəsiz, xaxamlardan / alimlərdən, rahiblərdən çoxu həqiqətən insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığıb onları Allah yolunda xərcləməyən / başda öz yaxınları olmaq üzrə başqalarının ehtiyaclarını təmin etməyən kəslər, dərhal onları ağrılı-acılı bir əzabla müjdələ!

35. O gün, topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və onlarla alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq: “Bax bu öz canınız üçün saxlayıb yığdığınız şeydir. Haydı, indi dadın bu yığdığınız şeyləri!”

(113/9, Tövbə / 34-35)

Nəcm: 700

24. De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qohumlarınız, tayfanız, əldə etdiyiniz mallar, kasadlığa məruz qalmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah, əmrini gətirənə qədər gözləyin. Və Allah, haqq yoldan çıxmışların tayfasına yol göstərməz.

(113/9, Tövbə / 24)

Nəcm: 701

36. Şübhəsiz, Allah yanında; Allahın göyləri və yeri yaratdığı günkü yazısında ayların sayı, on iki aydır. Onlardan dördü toxunulmaz [haram] aylardır. Bu, qoruyan dindir. Ona görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən müşriklərlə siz də hamılıqla döyüşün. Və həqiqətən bilin ki, Allah, Özünün mühafizəsi altına daxil olanlarladır.

37. O “nesi”[iv] [haram ayları gecikdirmək] ancaq küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi] artırmaqdır ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] onunla çaşdırılır [azdırılır]; Allahın haram etdiyi [ayların] sayına uyğunlaşdırmaq və [bununla] Allahın haram buyurduğunu halal etmək üçün onu bir il halal, bir il haram sayırlar. Onlara əməllərin çirkinliyi bəzədilib gözəl göstərildi. Və Allah, kafirlər [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasına yol göstərməz.

(113/9, Tövbə / 36-37)

Nəcm: 702[v]

38. Ey iman etmiş kəslər! Nə oldu ki, sizə Allah yolunda döyüşə çıxın deyildiyi zaman yerdə ağırlaşıb qaldınız / yerə mıxlanıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya həyatınamı razı oldunuz? Halbuki bu bəsit dünya həyatının qazancı axirətdəki ilə müqayisədə çox azdır.

39. Əgər döyüşə çıxmasanız, Allah sizə ağrılı-acılı bir əzabla əzab verər və yerinizə başqa bir qövmü gətirər və siz Ona heç bir zərər verə bilməzsiniz. Və Allah, hər şeyə ən yaxşı qadir olandır.

40. Əgər siz Elçiyə kömək etməsəniz, bilin ki, Allah həqiqətən ona kömək etmişdir. Necə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] onu ikinin [iki nəfərin] ikincisi olaraq çıxarmışdılar. Necə ki, ikisi mağarada idilər. O vaxt o [elçi], yoldaşına deyirdi: “Qəm yemə, şübhəsiz ki, Allah bizimlədir.” Belə olduqda, Allah ona qəlbə təskinlik verən güvən və xatircəmlik hissini bəxş etmiş / onların əhval-ruhiyyəsini yaxşılaşdırmış, onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sözünü ən alçaq [söz] etmişdi. Allahın sözü isə məhz ən ucadır. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

41. Yüngül təchizatla və ağırlıqla döyüşə çıxın və mallarınızla, canlarınızla Allah yolunda səy göstərin. Bilsəniz, bu sizin üçün daha xeyirlidir.

(113/9, Tövbə / 38-41)

Nəcm: 703

42. Əgər səfər, yaxın bir qazanc [vəd edən] və asan bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin o çətin iş onlara uzaq gəldi. Bununla belə, “Bizim də gücümüz çatsaydı, həqiqətən sizinlə birgə [səfərə] əlbəttə çıxardıq” deyə Allaha and içəcəklər –[onlar] öz-özlərini həlak olmağa məruz qoyurlar– və Allah bilir ki, onlar həqiqətən yalançı kəslərdir.

43. Allah, səni bağışladı. Doğru kəslər sənə yaxşıca bəlli olmamış və yalançıları da tanımamış, nə üçün onlara icazə verdin?

44. Allaha və axirət gününə inanan kəslər, malları və canları ilə səy göstərməyə səndən icazə istəməzlər. Və Allah, Öz mühafizəsi altına daxil olan o kəsləri ən yaxşı biləndir.

45. Səndən icazə istəyənlər, yalnız Allaha və axirət gününə inanmayan və ürəkləri şübhəyə düşüb şübhələrinin içində sərgərdan qalan kəslərdir.

46. Və əgər çıxmaq istəsəydilər, mütləq çıxış üçün müəyyən hazırlıq görərdilər. Lakin Allah, onların göndərilməyini xoşlamadı və [buna görə] onları yoldan saxladı. –Və “Oturun oturanlarla birlikdə!” deyildi.–

47. Əgər sizin aranızda çıxsaydılar, yalnız fitnə-fəsadı artıracaqdılar və həqiqətən aranıza sosial bəla salmaq üçün tələsəcəkdilər. Aranızda onlara qulaq asacaq [kəslər] də var idi. Və Allah, o səhv iş görənləri; öz zərərlərinə olan əməli işləyənləri çox yaxşı biləndir.

48. And olsun ki, onlar bundan əvvəl də insanları dindən çıxarmaq istədilər və sənə qarşı müxtəlif işlər düzüb-qoşmuşdular. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri zahir oldu.

49. Onlardan bəziləri: “Mənə icazə ver, məni sosial bəlaya salma / başımı bəlaya salma!” deyirlər. Gözünüzü açın! Onlar sosial bəlanın içinə düşdülər. Cəhənnəm də kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] hər tərəfdən əhatə edəcəkdir.

50. Əgər sənə bir yaxşılıq üz versə, pislərinə gedər. Əgər sənə bir müsibət üz versə, “Biz həqiqətən qabaqcadan tədbirimizi almışdıq!” deyərlər. Və onlar, sevincək halda üz çevirib gedərlər.

51. De ki: “Heç vaxt bizə, Allahın bizim üçün yazdığından başqa bir şey üz verməz. O, bizim mövlamızdır. Buna görə də möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.”

52. De ki: “Siz bizə iki yaxşılıqdan birinin xaricində [bir şeyin üz verməsinimi] gözləyirsiniz? Biz isə sizə, Allahın Özü tərəfindən və ya bizim əlimizlə bir əzab göndərməsini gözləyirik. Haydı, siz gözləyin, şübhəsiz, biz də sizinlə birlikdə gözləyənlərdənik.”

53. De ki: “İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin; sizdən heç bir zaman qəbul olunmaz. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar tayfası oldunuz.”

54. Və onların xərclədiklərinin onlardan qəbul olunmasına mane olan yalnız onların küfr işləmələri [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etmələri], Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə inkar etmələri və səlata [maddi və zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə] tənbəl-tənbəl getmələri, Allah yolunda da istəməyə-istəməyə xərcləmələridir.

55. Elə isə, onların malları və övladları sənin qibtənə səbəb olmasın. Ancaq Allah bunların vasitəsi ilə onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını onlar kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslər olduqları halda almaq istəyir.

56. Sizdən olmadıqları halda, şübhəsiz, özlərinin həqiqətən sizdən olduqlarına dair Allaha and da içirlər. Lakin onlar daim qorxan bir tayfadır.

57. Əgər onlar sığınmağa bir yer və ya [içində] yaşamağa mağaralar və yaxud girməyə bir deşik tapsaydılar, mütləq başlarını çevirib o tərəfə doğru yönələrdilər.

58. Onlardan bəziləri də, sədəqələr barədə sənə dil uzadan kəslərdir. Belə ki, o sədəqədən özlərinə verilmişsə razı qalar, verilməmişsə dərhal qəzəblənərlər.

59. Və kaş onlar, Allah və Elçisinin onlara verdiyinə razı olaydılar. Və “Bizə Allah yetər. Allah, tezliklə bizə bəxşişlər verəcək, Elçisi də. Şübhəsiz ki, biz yalnız Allaha rəğbət bəsləyirik” deyəydilər.

60. Həqiqətən, Allah tərəfindən bir bölüşdürülmə / məcburi vəzifə olaraq sədəqələr / dövlətin gəlirləri gəlirləri ancaq kasıblar, miskinlər / yoxsullar, işsizlər, o işdə çalışanlar / dövlət işçiləri, qəlbləri İslam dininə isinişdiriləsi kimsələr, azadlığı olmayan kölələr, ağır borc altında olanlar, Allah yolunda olanlar [əsgərlər, tələbələr və müəllimlər], yolda qalanlar üçündür. Allah, hər şeyi ən yaxşı biləndir və ən yaxşı qanun qoyandır.

61. Yenə onlardan bəziləri, Peyğəmbəri incidən və “O, özünə deyilən hər şeyi dinləyib təsdiq edən biridir!” deyən kimsələrdir. De ki: “Sizin üçün bir xeyir qulağıdır; Allaha inanır, möminlərə inanır və sizdən iman edənlər üçün də bir rəhmətdir.” Və Allahın Elçisini incidən kəslər üçün ağrılı-acılı bir əzab var.

62. Sizi razı salmaq üçün, sizin üçün Allaha and içərlər. Onlar əgər mömindirlərsə, Allahı və Elçisini razı salmaları daha doğrudur.

63. Məgər bilmirlər ki, həqiqətən kim Allah və Elçisiylə bəhsə girməyə çalışsa, şübhəsiz, onun üçün, içində əbədi qalacağı cəhənnəm atəşi var? Bax bu, ən böyük rüsvayçılıqdır.

(113/9, Tövbə / 42-63)

Nəcm: 704

64. Münafiqlər, qəlblərində olan şeyləri özlərinə xəbər verəcək bir surənin onların üstünə nazil edilməsindən çəkinirlər. De ki: “Siz istehza etməyinizdə olun! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi üzə çıxaracaqdır.”

65. Və əgər onlardan soruşsaydın, mütləq: “Sadəcə olaraq bizim başımız qarışmışdı, oyun oynayırdıq” deyəcəklər. De ki: “Allah, ayələri və Elçisi ilə istehzamı edirsiniz?”

66. Üzr istəməyin, siz “İman etdik” dedikdən sonra həqiqətən küfr işlədiniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdiniz]. Sizdən bir qisminizi bağışlasaq da, şübhəsiz ki, günah işləyən kəslər olduqları üçün digər qisminizi əzaba düçar edəcəyik.

(113/9, Tövbə / 64-66)

Nəcm: 705

67. Münafiq kişilər və münafiq qadınlar bir-birindəndir; pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk saxlayarlar / xəsislik edərlər. Allahı tərk edərlər, Allah da onları tərk edər. Həqiqətən də münafiqlər, məhz haqq yoldan çıxmış kəslərdir.

68. Allah, münafiq kişilərə, münafiq qadınlara və kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə / buna inanmayanlara], içində həmişləlik qalacaqları cəhənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah, onları uzaqlaşdırıb rəhmətindən məhrum etmişdir! Və onlar üçün daimi bir əzab var.

69. Siz də eynilə özünüzdən əvvəlki, sizdən daha güclü-qüvvətli, mal və övlad baxımından sizdən daha varlı və [dünyanın nemətlərindən] öz paylarına düşən qədər bəhrələnən kəslər kimisiniz. Sizdən əvvəlkilər necə ki, öz paylarına düşən qədər bəhrələnmək istədilər, siz də onlar kimi öz payınıza düşən qədər bəhrələnmək istəyirsiniz. Siz də [o] batanlar kimi batdınız. Bax onların dünyada və axirətdə əməlləri puç oldu getdi və məhz onlar ziyana / zərərə uğrayıb acı çəkən kəslərdir.

70 Onlara, özlərindən əvvəlki kəslərin; Nuh qövmünün, Adın, Səmudun,  İbrahimin qövmünün, Mədyən əhlinin və alt-üst olmuş şəhərlərin xəbəri gəlib çatmadımı? Onlara elçiləri açıq-aşkar dəlillərlə gəlmişdilər. Və sonra, Allah onlara haqsızlıq edən deyildi. Lakin onlar, şərik qoşmaq surətiylə öz-özlərinə haqsızlıq edirdilər.

(113/9, Tövbə / 67-70)

Nəcm: 706

71. İnanan kişilər və inanan qadınlar; onlardan bəziləri bəzilərinin himayəçi, yol göstərən yaxınlarıdır. Onlar hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən çəkindirərlər, səlatı yerinə yetirərlər [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını qurub yaşadarlar], zəkatı / vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax onlar [ki var], Allah onlara rəhm edəcəkdir. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

72. Allah, mömin kişilərə və mömin qadınlara, içində həmişəlik qalacaqları, altlarından çaylar axan cənnətlər və Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın razılığı isə daha böyükdür. Bax məhz bu, çox böyük qurtuluşdur.

(113/9, Tövbə / 71-72)

Nəcm: 707

73. Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı səy göstər. Və onlara qarşı sərt ol. Onların sığınacaqları yer də cəhənnəmdir. Və o, necə də pis bir məskəndir; [necə də pis bir] son dayanacaqdır!

74. Onlar, Allaha and içirlər ki, deməyiblər. Halbuki onlar küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etmək sözünü] həqiqətən söylədilər. İslamlaşdıqdan sonra da kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] oldular. Və çata bilmədikləri, sahib ola bilmədikləri şeyləri çox istədilər. Onlar yalnız, Allahın və Elçisinin möminləri Allahın nemətləri ilə varlandırmasından qəzəbləndilər. Artıq səhvlərindən dönsələr, özləri üçün xeyirli olar. Əgər boyun qaçırsalar, Allah onlara dünyada və axirətdə çox ağrılı-acılı bir əzab verəcək. Yer üzündə onların bir himayəçisi, yol göstərən yaxını və yaxşı bir köməkçisi də yoxdur.

75. Və onlardan bəziləri: “Əgər Allah nemətlərindən bizə versə, həqiqətən [malımızın bir hissəsini] bağışlayacaq və həqiqətən yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir.

76. Sonra, nə zaman ki, Allah onlara Öz nemətlərindən verir, onda xəsislik edirlər və üz döndərərək boyun qaçırırlar.

77. Nəhayət, Allaha vəd etdikləri şeylərdə əhdlərini pozduqları və yalan söylədikləri üçün, Allah da Özüylə qarşılaşacaqları günə qədər [onların] qəlblərində qalacaq bir münafiqlik yerləşdirərək, onları cəzalandırdı.

78,79. Onlar bilmirlərmi ki, möminlərdən könüllü surətdə sədəqə verənlərə və güclərinin çatdığından artığını tapa bilməyənlərə dil uzadan, sonra onları məsxərəyə qoyan kəslərin sirlərini və pıçıltılarını [gizli danışıqlarını] Allah şübhəsiz bilir və şübhəsiz, Allah bütün bilinməyənlərin çox yaxşı bilicisidir? Allah, onları məsxərəyə çevirmişdir. Və onlar üçün çox ağrılı-acılı bir əzab var.

80. Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qəbul etməmələri səbəbiylədir. Allah, haqq yoldan çıxmışlar dəstəsinə yol göstərmək.

(113/9, Tövbə / 73-80)

Nəcm: 708

81. O geridə qoyulanlar / döyüşdə iştirak etməyənlər, Allahın Elçisinə qarşı çıxaraq oturub qalmalarına sevindilər və mallarıyla, canlarıyla Allah yolunda səy göstərməyi xoşlamadılar, üstəlik “Bu istidə döyüşə çıxmayın!” dedilər. De ki: “Cəhənnəm odu daha istidir.” Kaş ki, yaxşıca qavrayıb başa düşəydilər.

82. Qazandıqları günahın cəzası olaraq, çox az gülüb çox-çox ağlasınlar.

(113/9, Tövbə / 81-82)

Nəcm: 709

83. Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa ​​və onlar çıxmaq üçün səndən icazə istəsələr, de ki: “Artıq siz, heç bir zaman mənimlə birgə qətiyyən çıxmayacaqsınız. Və heç bir zaman mənimlə birgə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz, ilk dəfə oturub qalmağı xoşladınız. Artıq geridə qalanlarla birgə oturub qalın!”

84. Və onlardan ölən biri üçün dəstək olma, onun qəbirinin üstündə durma. Şübhəsiz ki, onlar, kafirlərdir; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən, Onun Elçisinin həqiqi elçi olduğunu bilə-bilə inkar edən kəslərdir. Və onlar, haqq yoldan çıxmış halda öldülər.

85. Onların malları və övladları da səndə qibtə oyandırmasın. Allah, ancaq onları dünyada bunların vasitəsi ilə cəzalandırmaq [istəyir] və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olduqları halda canlarının çətinliklə çıxmasını istəyir.

(113/9, Tövbə / 83-85)

Nəcm: 710

86,87. Və “Allaha iman edin və Elçisi ilə birlikdə səy göstərin!” deyə bir surə nazil edildiyi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar səndən icazə istəyib: “Qoy biz də oturub qalanlarla birgə qalaq!” dedilər. Geridə qalanlarla birgə olmağı seçdilər. Onların qəlblərinə damğa / möhür vuruldu. Artıq onlar yaxşıca qavrayıb dərk etməzlər.

88. Fəqət Elçi və onunla olan möminlər mallarıyla, canlarıyla səy göstərdilər. Və bax onlar [ki var], bütün xeyirlər məhz onlarındır. Və bax onlar, məhz öz vəziyyəti pozulmayan, qazanclı çıxanlardır.

89. Allah, onlar üçün, içində həmişləlik qalacaqları, altından çaylar axan cənnətlər hazırladı. O çox böyük qurtuluş bax budur.

(113/9, Tövbə / 86-89)

Nəcm: 711

90. Bədəvi ərəblərdən üzrlərini bəyan edənlər, icazə istəmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər də oturub qaldılar. Onlardan kafir olan [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən]  kəslərə, tezliklə çox ağrılı-acılı bir əzab toxunacaqdır.

91,92. Allah və Elçisinə qarşı səmimi olduqları təqdirdə, zəiflərə, xəstələrə və xərcləmək üçün heç bir şey tapa bilməyənlərə, bir də onları mindirəsən deyə sənin yanına gəldikdə: “Sizi üstünə mindirəcək heç bir şey tapa bilmirəm” dediyin zaman, Allah yolunda sərf etməyə bir şey tapa bilmədiklərindən ötrü qəmlənib gözlərindən yaş axa-axa geri qayıdan kəslərə heç bir günah yoxdur. Gözəl-yaxşı əməl işləyənlərin əleyhinə bir yol yoxdur. Allah çox bağışlayandır, çox rəhm edəndir.

93. Yol, ancaq varlı olduqları halda səndən icazə istəyən kəslərin əleyhinədir. Onlar, arxada qalanlarla birgə qalmağa razı oldular. Allah da onların qəlblərinin üzərinə damğa / möhür basdı. Buna görə də onlar bilmirlər.

94. Yanlarına qayıtdığınız zaman sizə üzr [bəhanə] gətirəcəklər. De ki: “Üzr diləməyin. Sizə qətiyyən inanmarıq. Allah bizə, sizin işləriniz barədə vacib xəbərlər verdi.” Bundan sonra da Allah və Elçisi əməlinizi görəcək. Daha sonra da görünməyəni və görünəni bilən Allahın hüzuruna qaytarılacaqsınız. Sonra da O, işlədiyiniz əməlləri sizə xəbər verəcəkdir.

95. Yanlarına qayıtdığınız zaman onlardan uzaq dayanasınız deyə, sizin üçün Allaha and içəcəklər. Siz də dərhal onlardan uzaq dayanın. Şübhəsiz ki, onlar çirklidir, murdardır. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer də cəhənnəmdir.

96. Onlardan razı olasınız deyə sizin üçün and içərlər. Əgər siz onlardan razı olsanız da, bilin ki, şübhəsiz, Allah haqq yoldan çıxmış o kəslərin dəstəsindən razı olmaz.

97. Bədəvi ərəblər, Allahın məbud və rəbb olduğuna inanmamaq və münafiqlik baxımından daha qəlizdirlər; Allahın, Elçisinə nazil etdiklərinin hüdudlarını bilməməyə / öyrənməməyə daha meyillidirlər Allah da ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.

98. Bədəvi ərəblərdən bəziləri də var ki, cəmiyyətin faydası üçün xərclədiyini zorla ödənmiş borc sayır və sizə bəlalar üz verməsini gözləyər. –O çirkin bəla öz üzərlərinə olsun!– Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

99. Yenə bədəvi ərəblərdən elələri də var ki, onlar Allaha və axirət gününə inanır və xərclədiyini Allah dərgahında yaxınlıq və Elçinin dəstəyi hesab edir. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onları tezliklə [Öz] mərhəmətinə daxil edəcəkdir. Şübhəsiz ki, Allah, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.

(113/9, Tövbə / 90-99)

Nəcm: 712

100. Mühacir və ənsardan ilk qabaqcıllar və yaxşılaşdırmaqda-gözəlləşdirməkdə onların ardınca gedənlər [ki var]; Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün, içiçində əbədi qalacaqları, altlarından çaylar axan cənnətlər hazırladı. Bax bu, məhz böyük qurtuluşdur.

101. Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə əhalisindən də münafiqliyə əməlli-başlı öyrəşmiş olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab verəcəyik onlara, sonra da çox böyük bir əzaba [tərəf] qaytarılacaqlar.

102. Digərlər də günahlarını etiraf etdilər. Saleh bir əməllə pisi qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.

103. Onların mallarından sədəqə al ki, sədəqə ilə onları təmizləmiş və paklamış olarsan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahatlıqdır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

104. Onlar bilmirlərmi ki, Allah, bəndələrinin tövbəsini qəbul edər, sədəqələri alır və məhz Allah tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, çox mərhəmət edəndir?

105. Və də ki: “Əlinizdən gələni edin! Allah, Elçisi və möminlər əməllərinizi görəcəklər. Və siz, görünməyəni və görünəni bilən Allahın hüzuruna qaytarılacaqsınız. Sonra O, əməllərinizi sizə xəbər verəcəkdir.”

106. Və digərləri Allahın əmrinə qalanlardır. Allah, ya onlara əzab verər, ya da onların tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

(113/9, Tövbə / 100-106)

Nəcm: 713

107. Və zərər vermək, küfr işləmək [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək], möminlərin arasına nifaq salmaq [məqsədi ilə] və əvvəllər Allaha və Elçisinə qarşı müharibə edən; [onların səfini] pozmağa təşəbbüs göstərən kəslər üçün gözətçilik etmək məqsədi ilə məscid düzəldən kəslər: “Biz, ən gözəlindən başqa bir şey istəmədik” deyə and içərlər. Allah da şahiddir ki, şübhəsiz ki, bunlar həqiqətən yalançıdırlar.

108. Sən, o məscidin içində əbədiyyən dayanma / vəzifəni orada yerinə yetirmə! İlk gündən Allahın mühafizəsi altına daxil olmaq üzərində qurulan məscid, əlbəttə ki, vəzifəni icra etməyə daha layiqdir. Onun içində paklanmağı xoşlayan kişilər var. Allah da paklanan kəsləri sevər.

109. Elə isə, binasını Allahın mühafizəsi altına daxil olmaq və razılıq üzərində quran kəs daha xeyirlidir, yoxsa binasını uçulmaqda olan bir uçurumun kənarında quran və onunla birlikdə cəhənnəmin oduna yuvarlanan kəsmi? Və Allah, şərik qoşaraq, küfr edərək səhv; öz zərərlərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.

110. Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməllər qəlblərində bir şübhə olaraq qalacaq, itib getməyəcək. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

(113/9, Tövbə / 107-110)

Nəcm: 714

111,112. Şübhəsiz, Allah, tövbə edən, bəndəlik edən, tərifləyən, səyahət edən, Allahın birliyini deyən, boyun əyib tabeçilik göstərən, hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın hədlərini qoruyan inananlardan, [onların] canlarını və mallarını cənnəti onlara verməyin əvəzində satın almışdır: Onlar, Allah yolunda vuruşarlar; sonra öldürər və öldürülərlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək vədidir və vədinə Allahdan daha vəfalı olan kim var? Elə isə, etdiyiniz alış-verişə sevinin. Və məhz bu, böyük qurtuluşdur. Və möminlərə müjdə ver!

(113/9, Tövbə / 111-112)

Nəcm: 715

113,114. Peyğəmbər və iman edən kəslər üçün, qohumları belə olsa, cəhənnəm əhli olduqları yaxşıca bəlli olduğu təqdirdə, şərik qoşanlar barəsində bağışlanma diləmək yoxdur [yaraşmaz]. İbrahimin öz atası üçün bağışlanma diləməsi də yalnız ona vermiş olduğu bir vədə görə idi. Sonra onun, Allahın düşməni olduğu özünə yaxşıca bəlli olduqda, ondan uzaqlaşdı. Şübhəsiz ki,  İbrahim, çox həssas, çox həlim xasiyyətli biri idi.

115. Allah, bir tayfaya doğru yolu göstərdikdən sonra, Özünün mihafizəsi altına daxil olmalarına səbəb olacaq şeyləri onlar üçün aşkar etməmiş, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

116. Heç şübhəsiz, göylərin və yerin mülkü yalnız

Allaha məxsusdur. O, dirildər və öldürər. Sizin üçün Onun altındakılardan bir yol göstərən, himayəçi bir yaxın və bir köməkçi yoxdur.

(113/9, Tövbə / 113-116)

Nəcm: 716

117. And olsun ki, Allah, Peyğəmbərə və ən çətin saatında ona tabe olan mühacir və ənsara, bəzilərinin qəlbləri az qala dönmək üzrə olduğu halda, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara qarşı çox şəfqətlidir, çox mərhəmətlidir.

118. Geridə qoyulanlardan o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq onlara dar olmağa başlamışdı, nəfsləri də onları çətinliyə salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah, dönmələri üçün onlara tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, məhz Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olandır.

119. Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olun və doğru kəslərlə birlikdə olun.

(113/9, Tövbə / 117-119)

Nəcm: 717

120,121. Mədinə əhalisi və ətrafdakı bədəvi ərəblər üçün, Allahın Elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmək olmaz [bu barədə söhbət belə ged bilməz]. Bu ona görədir ki; Allah yolunda [onlara] üz verən hər susuzluq, hər yorğunluq və hər aclıq kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] qəzəbləndirər, ayaq basdıqları hər yer və düşmənə qarşı əldə etdikləri hər müvəffəqiyyət müqabilində onlara həqiqətən saleh bir əməl yazılar, Allah yolunda sərf etdikləri kiçik və ya böyük hər bir xərcin və keçdikləri hər vadinin müqabilində, həqiqətən Allahın onları, işlədikləri əməlin daha gözəliylə mükafatlandırması yazılmışdır. Şübhəsiz ki, Allah gözəl-yaxşı əməl işləyənlərin mükafatını itirməz.

122. Möminlerin, tədbirli olmaq baxımından, hamısının birdən getməyi / səfərbər olması da olmaz. Elə isə, dində dərin elm əldə etmək, qövmləri özlərinə tərəf qayıtdıqda onları xəbərdar etmək məqsədi ilə onların hər təbəqəsindən bir dəstənin qalması lazım gəlməzmi?

(113/9, Tövbə / 120-122)

Nəcm: 718

123. Ey iman etmiş kəslər! İnkar edənlərdən təhlükəərz edənlərlə döyüşün və sizdən bir sərtlik görsünlər. Və bilin ki, Allah, həqiqətən Özünün mühafizəsi altına daxil olan kəslərlədir.

(113/9, Tövbə / 123)

Nəcm: 719

124. Və bir surə nazil edildiyi zaman, onlardan bir kimsə: “Nazil edilən o surə hansınızı iman baxımından qüvvətləndirdi?” deyər. Lakin iman etmiş kəslərə gəldikdə, nazil edilən o surə, onları iman baxımından artırmışdır; qüvvətləndirmişdir və onlar daim müjdələnirlər.

125. Qəlblərində bir xəstəlik olanlara; çürük zehniyyətli olanlara gəldikdə, onların da murdarlıqlarının içinə murdarlıq əlavə etmişdir. Və onlar kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslər olaraq öldülər.

126. Məgər onlar görmürlərmi ki, hər il bir və ya iki dəfə həqiqətən acı hadisələrlə sınanırlar? Sonra da tövbə etmir və öyüd-nəsihət almırlar.

127. Bir surə nazil olduqda, bir-birlərinə baxıb [deyirlər]: “Sizi görən kimsə varmı?” Sonra üz çevirib gedirlər. Həqiqətən, əməlli-başlı anlayıb dərk etməyən bir tayfa olmaları səbəbindən, Allah onların qəlblərini döndərmişdir.

(113/9, Tövbə / 124-127)

Nəcm: 720

128. And olsun, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, yalnız inananlara qarşı çox şəfqətlidir, asanlaşdırandır, çox mərhəmətlidir.

(113/9, Tövbə / 128)

Nəcm: 721

129. Buna baxmayaraq, əgər uzaqlaşsalar, dərhal de ki: “Mənə Allah yetər. Ondan başqa məbud deyə bir şey yoxdur. Mən, yalnız Ona işin nəticəsini tapşırdım. O, çox böyük taxtın Rəbbidir. ”

(113/9, Tövbə / 129)

Dipnot:

[i] “Ən böyük hǝcc” Peyğǝmbǝrin dǝ iştirak etdiyi vǝ şǝxsǝn rǝhbǝrlik etdiyi hǝcdir.

[ii] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.

[iii] Hüneyn; Mǝkkǝ ilǝ Taif arasında, Tihamǝ bölgǝsindǝ geniş bir vadidir. Mǝkkǝnin fǝthindǝn sonra müsǝlmanlarla Hǝvazin müşriklǝri arasında bu vadidǝ döyüş olmuşdu.

[iv] “Tǝxirǝ salmaq, gecikdirmǝk” mǝnasına gǝlǝn nǝsi; ǝrǝblǝrin haram aylara riayǝt etmǝkdǝn boyun qaçırmaq istǝmǝlǝrini, işin ciddiyyǝtinǝ xǝlǝl gǝtirmǝk sǝylǝrini ifadǝ edir.

[v] Bu ayǝlǝrdǝ mömünlǝrǝ sitǝm edilir, münafiqlǝrin vǝ öz kefinǝ düşkün şǝxslǝrin davranışları pislǝnir vǝ Müslümanlara ǝmr edilir ki, heç bir bǝhanǝ gǝtirmǝdǝn, ağır ya da yüngül olmasına baxmayaraq hǝr şǝraitdǝ Allah yolunda malları vǝ canlarıyla çalışsınlar.

Burada deyilǝn Tǝbük sǝfǝri (Tǝbük; Mǝdinǝ ilǝ Şam arasında, suyu vǝ xurma bağları bol olan bir yerin adıdır) hicrǝtin 9-cu ilindǝ Şamda toplaşan 40 min nǝfǝrlik Bizans ordusuyla çarpışmaq üzrǝ Mǝdinǝdǝn Şama doğru tǝşkil edilǝn hǝrbi sǝfǝrdir. Bu mövzunu daha yaxşı başa düşmǝk üçün Tǝbük sǝfǝri barǝdǝ ensiklopedik sǝviyyǝdǝ mǝlumata malik olmaq lazımdır.