TƏĞABUN SURƏSİ
MƏDİNƏ DÖVRÜ

TƏĞABUN SURƏSİ

Nəcm: 654

1. Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan pak tutur. Mülk yalnız Onundur, bütün təriflər də yalnız Ona məxsusdur; başqasını tərifləmək olmaz. Və O, hər şeyə ən yaxşı qadir olandır.

2. O, sizi əmələ gətirəndir. Kiminiz kafirsiniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdənsiniz], kiminiz möminsiniz. Və Allah əməllərinizi ən yaxşı görəndir.

3. Allah göyləri və yeri haqq ilə meydana gətirdi və sizə surət verdi. –Surətlərinizi də nə gözəl etdi!– Və dönüş yalnız Onadır.

4. O, göylərdə və yer üzündə olanları bilir, gizlədiyiniz və aşkar etdiyiniz şeyləri də bilir. Allah ürəklərdə olanları də ən yaxşı biləndir.

(108/64, Təğabun / 1-4)

Nəcm: 655

5. Qabaqcadan kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] xəbəri sizə gəlib çatmadımı? Onlar, işlərinin cəzasını daddılar. Onlar üçün ağrılı-acılı bir əzab da var.

6. Bu cəzalandırmanın səbəbi, elçiləri onlara açıq-aşkar dəlillərlə gəldikdə: “Bir bəşər bizə yol göstərəcək?” deyib küfr işləmələri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə çalışmaları] və arxalarını çevirmələridir. Allah, möhtac olmadığını göstərdi. Allah zəngindir, təriflənməyə ən yaxşı layiq olandır.

(108/64, Təğabun / 5-6)

Nəcm: 656

7. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] əsla dirildilməyəcəklərinə yanlış olaraq inandılar. De ki: “Əksinə, Rəbbimə and olsun ki, həqiqətən dirildiləcəksiniz, sonra həqiqətən işlədiyiniz əməllər sizə xəbər veriləcəkdir. Və bu, Allah üçün çox asandır.”

8. Elə isə, Allaha, Elçisinə və Bizim nazil etdiyimiz nura / Qurana inanın. Və Allah əməllərinizdən xəbərdardır.

9. Cəm olunma günü üçün sizi cəm edəcəyi gündə – bax o gün qarşılıqlı aldatma / aldatılma günüdür; kimin kimi aldatdığının meydana çıxdığı gündür– kim Allaha inansa və saleh əməl işləsə, Allah onun pisliklərini örtər və onu, içində əbədi qalmaq üçün altlarından çaylar axan cənnətlərə daxil edər. Bax bu, böyük qurtuluşdur.

10. Təkzib edən və ayələrimizi yalan hesab edən kəslər [ki var]; bax onlar, içində əbədi qalanlar olaraq atəş əhlidir. O, necə də pis dönüş yeridir!

11. Üz verən hər müsibət, yalnız Allahın məlumatı daxilində üz verər. Kim Allaha inansa, Allah onun qəlbini yönəldir. Və Allah hər şeyi ən yaxşı biləndir.

12. Və Allaha itaət edin, Elçiyə də itaət edin. Üz döndərsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən açıq-aşkar bir təbliğdir.

13. Allah, Özündən başqa məbud deyə bir şey olmayandır. Möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.

(108/64, Təğabun / 7-13)

Nəcm: 657

14. Ey iman etmiş kəslər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar da var. Buna görə də onlardan özünüzü gözləyin. Və əgər əfv etsəniz, qüsurlarını üzlərinə vurmasanız, göz yumsanız və bağışlasanız, bilin ki, həqiqətən Allah çox bağışlayandır, çox rəhm edəndir.

15. Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Böyük mükafat məhz Allah yanındadır.

16. Buna görə də, bacardığınız qədər Allahın mühafizəsi altına daxil olun, eşidin və itaət edin. Və mallarınızdan, Allah yolunda xərcləyin / başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin ki, bu [belə etmək] sizin üçün daha xeyirlidir. Kim nəfsinin tamahkarlığından özünü qorusa, bax məhz onlar, müvəffəqiyyətə qovuşanlardır.

17,18. Əgər Allaha gözəl bir borc versəniz, O, onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Və Allah, ən yaxşı əvəz verəndir, çox həlimdir, görünəni və görünməyəni biləndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

(108/64, Təğabun / 14-18)