RƏHMAN SURƏSİ
MƏDİNƏ DÖVRÜ

RƏHMAN SURƏSİ

Nəcm: 596

1-4. Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], Quranı / öyrənib-öyrətməyi öyrətdi, insanı əmələ gətirdi, ona xeyir və şəri, yaxşını, pisi ayırmağı öyrətdi.

5. Günəş və ay bir hesab ilə axıb getməkdədir.

6. Gövdəsiz bitkilər və ağaclar da boyun əyib tabeçilik göstərməkdədir.

7-9. Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə / ölçüdə / tarazlıqda həddi aşmayasınız deyə tərəzini / ölçünü / tarazlığı qoydu. Ölçünü haqq-ədalətlə saxlayın / qoruyun, tərəzini / ölçünü / tarazlığı pozmayın.

(97/55, Rəhman / 1-9)

Nəcm: 597

33. Ey cin və ins[i] tayfası! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə gücünüz çatsa, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.

34. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

31. Ey ağırlığı olan iki dəstə! Tezliklə sizin haqq-hesabınıza baxacağıq.

32. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

35. İkinizin də üstünüzə atəşdən alov və tüstü göndərilər və sizə yardım olunmaz.

36. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

10-12. Və [üstündə] meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənlər və xoş qoxulu bitkilər olan yer üzünü əmələ gətirdi, onu oradakı varlıqlar üçün alçaq [döşədi].

13. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

14,15. O, görünən, bilinən varlıqları bişmiş palçıq kimi quru gildən / müxtəlif formalar ala bilən bir maddədən meydana gətirdi. Görünməz varlıqları, [görünməz] gücləri də atəşin dumansızından / enerjidən meydana gətirdi.

16. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

17. Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], iki məşriqin Rəbbi və iki məğribin Rəbbidir.

18. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

19. İki dənizi bir-birinə qovuşmaq üçün açıb buraxdı. 20 Aralarında bir maneə var, bir-birlərinə keçib qarışmırlar.

21. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

22. İkisindən inci və mərcan çıxar; hər ikisindən də sizin faydanıza olan bir çox şey; qida maddəsi və bəzək əşyası, içmə suyu, suvarma suyu və asan nəqliyyat imkanı əldə edilir.

23. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

24. Dənizdə uca dağlar kimi yüksəldilən gəmilər də Onundur.

25. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

26,27. Yer üzündəki hər kəs müvəqqətidir. Və o cəlal və kərəm sahibi olan Rəbbinin Özü baqi qalar.

28. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

29. Göylərdə və yerdə olan hər kəs, Ondan diləyər. O, hər an bir işdədir.

30. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

37. Sonra da göy yarılıb zeytun yağı kimi bir gül olduğu zaman…

38. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

39. Bax o gün, bilinən-bilinməyən, gəlmiş-gələcək heç kim, bir başqasının günahı barədə sorğu-sual olunmayacaq.

40. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

41. Günahkarlar, nişanlarından tanınacaq, alınlarından və ayaqlarından tutulacaqlar.

42. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

43. Bax bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir.

44. Onlar, onunla qaynar su arasında dolanıb duracaqlar.

45. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

46. Və Rəbbinin məqamından qorxan kəslər üçün iki cənnət var.

47. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

48. İkisinin də budaqları var.

49. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

50. İkisində də axıb gedən iki bulaq var.

51. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

52. İkisində də hər meyvədən cüt-cüt var.

53. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

54. Astarları qalın ipəkdən / atlazdan olan döşəklərə söykənmiş kəslər olaraq, iki cənnətin də dərilməsi yaxın olacaq.

55. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

56. Oralarda, daha əvvəl bilinən, bilinməyən, keçmişdəki, gələcəkdəki heç kim tərəfindən toxunulmamış; əl və nəzər dəyməmiş, baxışlarını dikənlər [gözlərini dikib baxan kəslər] var.

57. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

58. Onlar sanki yaqut və mərcandırlar.

59. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

60. Yaxşı-gözəl əməllərin əvəzi yaxşılıqdan-gözəllikdən başqa nə ola bilər?

61. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

62. Bu ikisindən aşağı iki cənnət daha var.

63. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

64. Onlar yamyaşıldır.

65. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

66. İkisində də dayanmadan coşub-daşan iki bulaq var.

67. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

68. İkisində də meyvə, xurma və nar var.

69. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

70. O meyvələrin içlərində yaxşılıqlar-gözəlliklər var.

71. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

72. Çadırlara gizlənmiş parlaq gözlülər var.

73. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

74. Bundan əvvəl onlara bilinən-bilinməyən heç kim toxunmamışdır.

75. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

76. Yaşıl yastıqlara və gözəl naxışlı kilimlərə; qeyri-adi gözəllikdəki döşəkcələrə söykənənlər olaraq…

77. Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?

78. Əzəmət və böyüklük sahibi, əmr və qadağa qoymaq haqqına sahib olan Rəbbinin adı, necə də comərddir![ii]

(97/55, Rəhman / 33-34, 31-32, 35-36, 10-30, 37-78)

Dipnot:

[i] Bax: 49 nömrǝli qeyd.

[ii] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.