NİSA VƏ ZİLZAL SURƏLƏRİ
MƏDİNƏ DÖVRÜ

NİSA VƏ ZİLZAL SURƏLƏRİ

Nəcm: 529

1. Ey insanlar! Sizi tək bir nəfsdən meydana gətirən, ondan zövcəsini yaradan və o ikisindən bir çox kişi və qadın əmələ gətirib yayan Rəbbinizin mühafizəsi altına daxil olun. Və Onun [adı ilə] bir-birinizdən [müxtəlif şeylər] dilədiyiniz Allahın və qohumluğun mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah sizin üstünüzdə nəzarətçidir.

2. Və yetimlerinize mallarını verin. Təmizi pislə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Bunu etmək həqiqətən böyük bir günahdır.

3. Və əgər yetimləriniz barədə ədalətsizlik etməkdən qorxursunuzsa, o halda yetimlərin qadınlarından / yetimlərə baxmaq məcburiyyətində qalmış qadınlardan sizin üçün xoş olanlarından iki-iki, üç-üç üç, dörd-dörd nikahla alın. Əgər o təqdirdə də ədalətsizlik etməkdən qorxursunuzsa, birini yaxud da qanunlar çərçivəsində himayənizdə olan qadını[i] nikahla alın. Bu, haqsızlıq etməməyiniz üçün ən münasib [yoldur].

4. Və yetimlərin qadınlarına mehrlərini[ii] könül xoşluğu ilə verin. Sizdən alası olduqlarının bir qismini özləri sizə xoşluqla versələr / bağışlasalar, onu nuşcanlıqla, çəkinmədən yeyin.

5. Və Allahın, dolanmağınız üçün sizə vermiş olduğu mallarınızı bu ağlı kəsməyənlərə / hələ yetkinlik yaşına çatmamış yetimlərə verməyin. Və onları o mallardan ruziləndirin və onları geyindirin. Və onlara adət-ənənəyə müvafiq / yaxşı olduğu hamılıqla qəbul edilən söz söyləyin.

6. Və bu yetimlerinizə nikaha çatana qədər möhkəm bir təhsil verərək [onları] kamilləşdirin. Sonra da əgər onların həddi-büluğa / yetkinlik çağına çatdığını hiss etsəniz, mallarını dərhal özlərinə təhvil verin. Onlar böyüyəcək deyə onların mallarını israf edərək yeməyin. Və kim zənginsə, iffətli olsun. Kim də kasıbsa, o da adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə yesin. Sonra da yetimlərin mallarını özlərinə təhvil verdiyiniz zaman onların yanında şahid tutun. Haqq-hesab çəkməyə Allah bəs edər.

7. Ana-atanın və qohumların vəfat etdikdə qoyub getdikləri şeylərdə kişi [cinsindən] yetimlərə bir pay var. Ana-ata və qohumların vəfat etdikdə qoyub getdiklərindən az da olsa, çox da olsa, vacib bir qismət olaraq qız yetimlərə də bir pay var.

8. Mirasın bölüşdürülməsində qohumlar, yetimlər və yoxsullar iştirak etdikdə, onları da ondan ruziləndirin və onlara adət-ənənəyə müvafiq / yaxşılığı hər kəs tərəfindən qəbul edilən söz söyləyin.

9. Və arxalarında zəif nəsil qoyub getdikləri təqdirdə narahatçılıq keçirəcək olanlar, ürpərsinlər! Və Allahın mühafizəsi altına daxil olsunlar və dəlili olan söz söyləsinlər.

10. Həqiqətən yetimlərin mallarını haqsız yerə yeyən kəslər, qarınlarında içində atəş yeyərlər. Və tezliklə yanar odu olan cəhənnəmə söykənəcəklər.

(92/4, Nisa / 1-10)

Nəcm: 530

33. Və Biz, ana, ata və qohumların qoyub getdikləri hər şey üçün varislər müəyyən etdik. Andla bağlı olduğunuz şəxslərin; şifahi, sənədlə, qanuni borclu olduğunuz kəslərin və vəsiyyətlə haqq sahibi olan kəslərin nəsiblərini də dərhal verin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.

11. Allah, sizə övladlarınız barədə Allah tərəfindən bir bölgü müəyyənləşdirmiş [və bunu] öhdənizə qoymuşdur: Kişi üçün, iki qadının payı qədərdir. Əgər hamısı qadın olmaq üzrə iki nəfərdən çox olsalar, o zaman geridə qalan şeylərin [mirasın] üçdə-ikisidir. Və əgər bir tək qadın isə, o zaman ona yarısıdır. Əgər vəfat edən kəsin ata-anası ilə birgə uşaqları da qalmışsa, ana-atanın hər birinə altıda-bir; əgər ölənin övladı yoxdursa, varis olaraq ana-atası qalmışsa, o zaman anası üçün üçdə-birdir. Əgər vəfat edənin qardaşları varsa, anası üçün altıda-birdir. Bu paylar, ölənin etdiyi vəsiyyətdən və borclarından sonradır. Atalarınız və övladlarınızdan hansının sizə fayda baxımından daha yaxın olduğunu siz bilməzsiniz. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

176. Səndən kəlalə / birinci dərəcədə varisi olmayan şəxslər haqqında fətva istəyirlər. De ki: “Allah, sizə fətva verəcək.” Övladı olmayan, bacısı olan bir şəxs ölsə, miras qoyduğu şeyin yarısı bacınındır. Və bacının övladı yoxdursa, qardaş onun varisi olar. Əgər övladı olmayan qardaşın varisi olan bacılar iki nəfərdirsə, övladı olmadan ölən qardaşın qoyub getdiyinin üçdə-ikisi onlarındır. Əgər övladı olmadan ölən adamın qardaşları və bacıları varsa, o zaman kişi üçün iki qadının payı [qədər pay] var. Allah, azmayasınız deyə açıqca izah edir və Allah, hər şeyi ən yaxşı biləndir.

12. Əgər xanımlarınızı övladları yoxdursa, mirasının yarısı sizindir. Əgər bir övladları varsa, o zaman etmiş olduğu vəsiyyətdən və borcdan sonra, mirasın dörddə-biri sizindir. Əgər siz övladınız olmadan ölsəniz, qoyub getdiyiniz malın dörddə-biri xanımlarınızındır. Əgər övladlarınız varsa, o zaman etdiyiniz vəsiyyətdən və borcdan sonra, mirasınızın səkkizdə-biri xanımlarınızındır. Əgər ölən bir kişi və ya qadın, birinci dərəcədə varisi; həyat yoldaşı, övladı və ana-atası olmadan miras qoyursa, özünün də qardaşı və ya bacısı varsa, etmiş olduğu vəsiyyətdən və borcdan sonra onlardan hər birinə, zərərə məruz qoymadan, altıda-biridir. Əgər qardaşlar bundan daha çox olsalar, o halda qardaşlar, üçdə-birə şərikdirlər. Bunlar, Allah tərəfindən təyin edilmiş məsuliyyətdir. Və Allah, ən yaxşı biləndir və çox həlimdir.[iii]

(92/4, Nisa / 33, 11, 176, 12)

Nəcm: 531

29. Ey iman etmiş kəslər! Mallarınızı –öz razılığınızla həyata keçirdiyiniz ticarət istisna olmaqla– aranızda haqsız yolla yeməyin, özünüzü öldürməyin / özünüzü fəlakətə sürükləməyin. Şübhəsiz ki, Allah, sizə çox mərhəmətlidir.

30. Və kim, düşmənçilik və şirk qoşmaqla səhv; öz zərərinə olan bir əməli işləmək [üçün] bu qadağaları pozsa, Biz onu tezliklə atəşə daxil edərik. Və onu atəşə atmaq, Allah üçün çox asandır.

31. Əgər siz qadağan olunmuş şeylərin böyüklərindən [böyük günahlardan] çəkinsəniz, qəbahətlərinizi örtərik. Və sizi şərəfli bir yerə daxil edərik.

32. Və Allahın bəzilərinizə bəzilərinizdən artıq verdiyi şeyləri arzulamayın. Kişilərə qazandıqlarından bir pay var. Qadınlara da qazandıqlarından bir pay var. Və Allahın fəzlindən istəyin. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

13. Bax bunlar, Allahın hədləridir. Kim Allaha və Elçisinə itaət edərsə, Allah onu, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər. Bax bu, çox böyük qurtuluşdur.

14. Və kim Allaha və Onun Elçisinə üsyan etsə və Onun hədlərini aşsa, Allah onu içində əbədi qalmaq üzrə cəhənnəmə daxil edər. Və alçaldıcı əzab onun üçündür.

(92/4, Nisa / 29-32, 13-14)

Nəcm: 532

15. Qadınlarınızdan həddi aşanlara / cinsi pozğunluq edənlərə qarşı, öz tərəfinizdən onların əleyhinə dərhal dörd şahid gətirin; əgər onlar şahidlik etsələr, artıq o qadınları, ölüm keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir onların yadına salana qədər yaxud da Allah onlara bir yol açana qədər evlərdə saxlayın.

16. Sizlərdən cinsi pozğunluq edən iki kişi [isə], dərhal hər ikisinə əziyyət verin. Əgər tövbə etsələr və [özlərini] düzəltsələr artıq onlardan uzaq durun [onlara əziyyət etməkdən əl çəkin]. Şübhəsiz ki, Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox rəhm edəndir.

(92/4, Nisa / 15-16)

Nəcm: 533

17. Allahın qəbul etdiyi tövbə, ancaq cəhalətləri səbəbiylə pislik edənlərin, sonra dərhal tövbə edənlərinkidir. Bax bunlar, tövbəsi Allah tərəfindən qəbul olunanlardır. Allah, ən yaxşı biləndir, ən yaxşı hökm verəndir.

18. Və tövbə, elə hey pislik edib, [sonra] onlardan birinə ölüm gəlib yetişdikdə “Mən indi həqiqətən tövbə etdim” deyənlər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] olaraq ölənlər üçün deyil. Bax onlar üçün Biz ağrılı bir əzab hazırlamışıq.

(92/4, Nisa / 17-18)

Nəcm: 534

19. Ey iman etmiş kəslər! Qadınlara zorla varis çıxmaq / mallarından istifadə etmək məqsədiylə onların sizdən ayrılmasına mane olmaq sizə halal olmaz. Və onlara verdiyinizin bir qismini almaq üçün, açıq-aşkar bir qəbahət [çirkin bir həyasızlıq / zina] işləmədikləri müddətcə onları sıxışdırmayın. Və onlarla adət-ənənəyə uyğun / yaxşılığı hər kəs tərəfindən qəbul edilən şəkildə rəftar edin. Və əgər onlardan xoşunuz gəlmirsə, sizin bir şeydən xoşunuz gəlməsə belə, Allah, sizin xoşunuza gəlməyən şeydə bir çox xeyir yaratmış ola bilər.

20. Və əgər bir zövcənin yerinə başqa bir zövcə almaq istəsəniz, onlardan birinə yığın-yığın [mal] vermiş olsanız belə, artıq ondan heç bir şeyi geri almayın. Onu bir böhtanla və açıq-aşkar bir günah [işləyərək] alacaqsanmı?

21. Və birinizlə qaynayıb-qarışıb yaxınlıq etdiyiniz halda və onlar sizdən möhkəm bir əhd aldıqları halda, necə olur ki, verdiyinizi alırsınız?

22. Və qadınlardan atalarınızın [özlərinin] kəbininə aldıqlarını kəbininizə almayın. Ancaq keçən keçmişdir. Şübhəsiz ki, bu, çirkin bir həyasızlıqdır və qəzəb duyulan iyrənc bir işdir. O necə də pis bir yoldur!

23,24. Sizə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirmiş olan analarınız [süd analarınız], süd bacılarınız, arvadlarınızın anaları, [cinsi] yaxınlıq etdiyiniz qadınlarınızın –[cinsi] yaxınlıq etməmişsinizsə, sizə bir günah yoxdur– əvvəlki ərlərindən olub evinizdə olan ögey qızlarınız, öz belinizdən gələn oğullarınızın arvadları və iki bacının arasını birləşdirmək –keçmişdə olub-keçənlər istisnadır– [iki bacını birlikdə almaq], müqavilələrinizin sahib olduqları istisna olmaqla kəbinli qadınlar da haram edildi. Allah çox bağışlayandır, çox mərhəmətlidir. Bunlar, Allahın sizin üçün yazdığı [hökmüdür]. Bunların xaricində, iffətinizi qoruyub zinakarlıq etməmək üçün öz malınızla [öz malınızı sərf edərək] evlənəcək qadın axtarmaq sizə halal edildi. Elə isə onlardan necə istifadə etdinizsə, məcburi qaydada mehrlərini verin. Məcburi [olanı] verdikdən sonra, razılaşdığınız şey barədə sizə bir məsuliyyət [günah] yoxdur. Şübhəsiz ki, Allah ən yaxşı biləndir və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, qayda və prinsipləri müəyyən edəndir.

25. Və sizdən hər kimin azad mömin qadınları kəbininə almağa imkanı çatmırsa, ona da, qanuni çərçivədə himayənizə verilən mömin gənc qızlardan / xidmətçilərinizdən kəbinlə almaq [icazəsi] var. Və Allah, sizin imanınızı daha yaxşı bilir. Sizin bəziləriniz bəzilərinizdənsiniz [hamınız bir-birinizdənsiniz]. Elə isə, zinakarlıq etməyən, gizli aşnası olmayan, sahibi olan qadınlardan yaxınlarının icazə ilə / məlumatı daxilində qanuni çərçivədə himayənizə verilən qadınları[iv] kəbininizə alın və adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən şəkildə mehrlərini[v] verin. Sahibləri olduğu halda zina etsələr, o zaman onlara azad qadınlara verilən əzabın yarısı verilər. –Bax bu, sizin içinizdən günah işləməkdən qorxanlar üçündür.–  Və əgər səbr etsəniz sizin üçün daha xeyirlidir. Və Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.

26. Allah, sizin üçün aşkar etmək, sizə sizdən əvvəlkilərin adətlərini göstərmək və səhvlərdən dönməyinizi [tövbənizi] qəbul etmək istəyir. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

27. Və Allah, sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyan kəslər də, sizin doğru yoldan böyük bir əyriliklə sapmağınızı istəyirlər.

28. Allah, sizin [yükünüzü] yüngülləşdirmək istəyir. Və şübhəsiz ki, insan çox zəif yaradılmışdır.

(92/4, Nisa / 19-28)

Nəcm: 535

34. Allahın, bəzi şeyləri bəzisindən çox [üstün] etməsi, həmçinin kişilərin [öz] mallarından xərcləməsi səbəbiylə kişilər, qadınların üstündə yaxşı himayəçi və yaxşı nəzarətçidir. Bu halda, saleh qadınlar Allaha itaət edənlərdir; Allahın qoyduğu qanunlara tabe olanlardır, Allahın qoruduğu şey səbəbiylə, başlarına hələ gəlməyən, lakin gələ biləcək fəlakətlərə qarşı qoruyanlardır. Özbaşınalıq edərək özünü sataşma və təcavüz riski ilə qarşı-qarşıya qoymasından qorxduğunuz qadınlara da öyüd verin və yanları üstündə yatdıqları yerdə; öz ölkənizin sərhədləri daxilində [onları] hicrət etdirin və onlara təzyiq edin. Ondan sonra sizə ehtiram göstərsələr, artıq onların əleyhində başqa bir yol axtarmayın. Allah çox ucadır, çox böyükdür.

35. Və əgər ər-arvadın arasının dəyməsindən qorxursunuzsa, o zaman kişinin yaxınlarından bir hakimi, qadının yaxınlarından da bir hakimi onların yanına göndərin. Bu ər-arvad həqiqətən barışmaq istəsələr, Allah ər-arvadın yola getməsinə kömək edər. Şübhəsiz ki, Allah çox yaxşı biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.

128-130. Və əgər bir qadın, ərinin rəftarından; qaba hərəkət etməsindən yaxud da özündən uzaqlaşmasından qorxsa, öz aralarında barışıq etməkdən onlara bir günah yoxdur. Və barışıq xeyirlidir. Və nəfslər qısqanclığa hazır haldadır. Əgər yaxşılaşdırsanız-gözəlləşdirsəniz və Allahın mühafizəsi altına daxil olsanız, şübhəsiz ki, Allah, etdiklərinizdən xəbərdardır. Və qadınlarınız arasında ədalətli olmağa nə qədər çalışsanız da [buna] əsla gücünüz çatmaz. Elə isə birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Və əgər sahmana salsanız [yaxşılaşdırsanız] və Allahın mühafizəsi altına daxil olsanız, şübhəsiz ki, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir. Əgər onlar [ər-arvad] ayrılsalar, Allah hamısını geniş lütfü ilə varlandırar. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.[vi]

(92/4, Nisa / 34-35, 128-130)

Nəcm: 536

36-38. Və Allaha bəndəlik edin və Ona heç bir şeyi şərik qoşmayın. Və anaya-ataya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, qohum olan qonşulara, uzaq qonşulara, yanındakı yoldaşa, yolda qalanlara, qanunlar çərçivəsində himayənizə verilmiş kəslərə[vii] yaxşılıq edin. Şübhəsiz ki, Allah lovğalıq edən və öyünən; xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın öz lütfündən onlara verdiklərini gizləyən kəsləri və Allaha və axirət gününə iman etmədikləri halda, cammata özlərini göstərmək etmək üçün mallarını xərcləyən kəsləri sevməz. Və Biz, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] alçaldıcı bir əzab hazırlamışıq. Və şeytan kimə yoldaş / yaxın dost olsa, o necə də pis yoldaşdır!

39. Bir də onlar, Allaha və axirət gününə inanıb, Allahın [ruzi olaraq] verdiyi şeylərdən Allah yolunda xərcləsəydilər, ziyan çəkərdilər? Və Allah, onları çox yaxşı biləndir.

40. Şübhəsiz, Allah zərrə qədər haqsızlıq etməz. Və əgər [işlənən bir əməl] yaxşılıq isə onu qat-qat artırar. Və Öz tərəfindən böyük bir əvəz verər.

41. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onların üstünə bir şahid olaraq gətirəcəyimiz zaman gör necə olacaq?

42. İnkar edən və Elçiyə üsyan edən kəslər, o gün torpağa qarışıb getməyi diləyərlər. Allahdan heç bir sözü gizlədə bilməyəcəklər də.

(92/4, Nisa / 36-42)

Nəcm: 537

43. Ey iman etmiş kəslər! Sərxoş ikən, nə dediyinizi bilənə qədər, cənabətli[viii] ikən də –yolda olanlara bu hökm aid deyil– yuyundurulana qədər, səlata [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarına] yaxınlaşmayın / cəmiyyət içinə çıxmayın. Əgər xəstə yaxud da səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla təmasda olubsa, su da tapmamışsınızsa o zaman, dərhal tərtəmiz bir torpağa yönəlin. Sonra da üzünüzü və əllərinizi əl ilə silin. Şübhəsiz ki, Allah çox əfv edəndir, çox bağışlayandır.

(92/4, Nisa / 43)

Nəcm: 538

44. Kitabdan bir nəsib verilmiş olan kəsləri görmürsənmi? Onlar azğınlığı satın alır və sizin haqq yoldan azmağınızı istəyirlər.

45. Və Allah sizin düşmənlərinizi daha yaxşı bilir. Və yol göstərən, himayəçi yaxın olaraq, Allah bəs edər. Yardımçı olaraq da Allah bəs edər.

46. Yəhudiləşənlərdən bir qismi sözlərin yerlərini / əsl mənalarını dəyişdirirlər, dillərini əyərək və dinə hücum edərək Peyğəmbərə qarşı, “Eşitdik və asi olduq / möhkəmcə yapışdıq”, “Eşit, eşitməz olasan”, “raina” [bir-birimizi güdək, bizim çobanımız] deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə nəzər sal!” desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha möhkəm / doğru olardı; lakin bilə-bilə gerçəyi qəbul etməmələri səbəbiylə Allah onları uzaqlaşdırıb gözdən salmışdır. Artıq çox az inanırlar.

(92/4, Nisa / 44-46)

Nəcm: 539

47. Ey Kitab verilmiş kəslər! Biz, bəzi üzləri silib ənsələrinə çevirməmiş, yaxud Səbt camaatını[ix] uzaqlaşdırıb gözdən saldığımız kimi uzaqlaşdırmamış, yanınızda olanı təsdiqləmək üçün nazil etdiyimiz bu kitaba iman gətirin. Və Allahın əmri yerinə yetəcək.

48. Şübhəsiz, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bunun altındakı [bundan kiçik] günahları istədiyi kəslər üçün bağışlayar. Kim Allaha şərik qəbul etsə, şübhəsiz, çox böyük bir günah işləmiş olar.

(92/4, Nisa / 47-48)

Nəcm: 540

49. Özlərini təmizə çıxaranları görmürsənmi? Əksinə, Allah, dilədiyi kimsəni təmizə çıxarar. Onlara tük qədər haqsızlıq edilməz.

50. Gör Allahın əleyhində necə yalan uydururlar. Açıq-aşkar bir günah olaraq bu, kifayətdir.

51. Kitabdan bir nəsib verilmiş olan bu kəsləri görmürsənmi?! Onlar, bütə və tağuta[x] inanırlar. Və Allaha inanmayan insanlar barədə, “Bunlar möminlərdən daha doğru yoldadır” deyirlər.

52. Bax onlar, Allahın uzaqlaşdırdığı kəslərdir. Allah kimi uzaqlaşdırıb gözdən salsa, artıq ona kömək edən birini əsla tapa bilməzsən.

53. Yoxsa onlar üçün dünya hökmranlığından bir pay var? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin oyuğunu belə verməzdilər.

54. Yoxsa onlar insanları, Allahın onlara verdiyi bəxşiş səbəbindən qısqanırlar? Baxın, şübhəsiz Biz,  İbrahim nəslinə də Kitab [vermişdik] və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri vermişdik. Həm də onlara böyük bir səltənət vermişdik.

55. Yəhudilərdən bir qismi ona iman etdi. Bir qisimi də ondan üz çevirdi. Və alovu şölələnən bir atəş olaraq cəhənnəm bəs edər.

(92/4, Nisa / 49-55)

Nəcm: 541

56. Şübhəsiz ki, ayələrimizə iman gətirməmiş kəsləri Biz, tezliklə atəşə atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı dadsınlar deyə, Biz o dəriləri başqa dərilər ilə əvəz edəcəyik. Şübhəsiz ki, Allah çox güclüdür, ən yaxşı qanun qoyandır.

57. Və iman edənləri və sahmana salmaq məqsədi ilə işlər görənləri içində əbədi qalmaq üçün altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlara orada pak [kin güdməyən, qısqanclıq duymayan] zövcələr vardır. Və onları, sıx bir kölgəliyə daxil edəcəyik.

(92/4, Nisa / 56-57)

Nəcm: 542

58. Şübhəsiz, Allah sizə, əmanətləri öz sahiblərinə verməyi və insanlar arasında hökm verərkən ədalətlə hökm verməyi əmr edir. Şübhəsiz ki, Allah bununla sizə nə gözəl öyüd-nəsihət verir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir.

59. Ey iman etmiş kəslər! Allaha itaət edin, Elçiyə və sizdən olan əmr sahiblərinə / əsas idarəçiyə itaət edin. Sonra, əgər hər hansı bir şey haqqında ixtilafa düşsəniz; Allaha və axirət gününə inanan kəslərsinizsə, onu Allah və Elçiyə tapşırın. Bu, daha yaxşıdır və ən münasib həll yolunu tapmaq baxımından daha gözəldir.

(92/4, Nisa / 58-59)

Nəcm: 543

60. Sənə nazil olana və səndən əvvəl nazil edilənə inandıqlarını irəli sürən, [bunun üçün] qəti surətdə inanmamaları əmr olunan tağutu[xi] aralarında hakim etmək istəyən [tağutun hakimliyi ilə mühakimə olunmaq istəyən] kəsləri görmədinmi / heç düşünmədinmi? Şeytan da onları uzaq / geri dönülməz bir azğınlıqla azdırmaq istəyir.

61. Və onlara: “Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin!” deyildikdə, o münafiqlərin səndən uzaqlaşdıqca uzaqlaşdıqlarını görərsən.

62. [Öz] əlləri ilə etdikləri üzündən özlərinə bir müsibət üz verdikdə, gör necə oldu!

63. Sonra, “Biz, yalnız yaxşılıq etmək və barışıq əldə etmək istədik” deyə Allaha and içərək sənə gəldilər. Bax onlar, Allahın, qəlblərində olanı bildiyi kəslərdir; artıq sən, onlardan uzaqlaş və onlara öyüd-nəsihət ver. Və onlara özləri barədə, [onlara] dərindən təsir edəcək gözəl söz söylə!

(92/4, Nisa / 60-63)

Nəcm: 544

64. Və Biz, hər elçini yalnız Allahın izni ilə / məlumatı daxilində itaət olunsun deyə göndərdik. Və əgər onlar şərik qoşmaq surətiylə özlərinə haqsızlıq etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər, sən də onlar üçün bağışlanma diləsəydin, həqiqətən Allahın tövbələri çox qəbul edən, çox tövbə fürsəti verən, çox mərhəmət edən olduğunu görərdilər.

65. Artıq, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflı işlərdə səni hakim edib sonra da sənin verdiyin hökmə qarşı içlərində heç bir sıxıntı hiss etmədən, əmin-amanlığı tamamən təmin etmədikləri müddətcə iman gətirmiş olmazlar.

66. Əgər Biz, onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” deyə yazsaydıq, onlardan çox azı bunu yerinə yetirərdi. Və əgər onlar, verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, onlar üçün daha xeyirli və sabitlik göstərmək baxımından da daha qüvvətli olardı.

67,68. Və o zaman həqiqətən onlara Öz tərəfimizdən çox böyük mükafat verərdik. Və onları həqiqətən doğru yola yönəldərdik.

69. Kim də Allaha və Elçiyə itaət edərsə, onlar, Allahın nemətlər verdiyi peyğəmbərlər, doğru kəslər, şəhidlər və salehlərlə birlikdə olacaqlar. Və onlar necə gözəl yoldaşlardır!

70. Bu, Allahdan bir bəxşişdir. Ən yaxşı bilən olaraq Allah bəs edər.

(92/4, Nisa / 64-70)

Nəcm: 545

71. Ey iman etmiş kəslər! Tədbirinizi alın, sonra da onlara qarşı ya kiçik dəstələr halında səfərə çıxın və ya hamınız birlikdə səfərə çıxın.

72. Şübhəsiz, sizdən bir qisimi həqiqətən ağır tərpənir. Sonra sizə bir müsibət üz versə: “Həqiqətən Allah mənə lütf etdi ki, onlarla birlikdə şahid olmadım” deyər.

73. Və əgər sizə Allahdan bir nemət yetişsə, həqiqətən, sanki sizinlə özü arasında heç məhəbbət yox imiş kimi: “Ah, nə olardı, onlarla birlikdə olaydım və çox böyük bir müvəffəqiyyət əldə edəydim!” deyəcək.

74. O halda bəsit dünya həyatını satıb axirəti satın alan  kəslər, Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, artıq Biz ona çox böyük bir mükafat verəcəyik.

75. Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Xalqı öz-özünə haqsızlıq edən kəslərdən ibarət olan bu məmləkətdən bizi çıxar, Öz tərədindən bizə bir himayəçi, yol göstərən yaxın, yaxşı bir yardımçı göndər” deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

76. İman etmiş kəslər, Allah yolunda vuruşar. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də tağut yolunda vuruşar. O halda siz şeytanın yaxınları, yardımçıları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir.

(92/4, Nisa / 71-76)

Nəcm: 546

77,78. “Əlinizi çəkin, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını yaradın, qoruyun], zəkatı / vergini verin” deyilən kəsləri görmədinmi / heç düşünmədinmi? Sonra döyüş onların üstünə yazıldıqda, aralarından bir dəstə, Allah qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərdikləri kimi, yaxud da bundan daha şiddətli bir tərzdə insanlar qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərir. Və: “Rəbbimiz, niyə döyüşü bizim üstümüzə yazdın, bizi yaxın vaxta qədər təxirə salmalı deyildinmi?” dedilər. De ki: “Dünyanın mənfəəti çox azdır. Axirət isə Allahın mühafizəsi altına daxil olan insanlar üçün daha xeyirlidir və siz ‘bir xurma çərdəyindəki nazik bir tel qədər’ belə haqsızlığa məruz qoyulmayacaqsınız. Harada olsanız olun, ölüm sizə tapar, əhənglə / betonla son dərəcə möhkəm tikilmiş qalalar içində olsanız belə.” Və onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!” deyərlər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” deyərlər. De ki: “Hamısı Allahdandır.” Buna baxmayaraq bu camaata nə olub ki, az qala heç söz anlamayacaqlar?

(92/4, Nisa / 77-78)

Nəcm: 547

79. Sənə üz verən yaxşılıq-gözəlliklər Allahdandır. Sənə üz verən pisliklər isə sənin özündəndir. Və Biz səni insanlara bir elçi olaraq göndərdik. Yaxşı bir şahid olaraq da Allah bəs edər.

80. Kim Elçiyə itaət etsə, Allaha itaət etmiş olar. Kim də üz döndərsə, Biz, səni o üz döndərənlərə himayəçi / gözətçi olaraq göndərməmişik.

81. Və onlar sənə, “Baş üstə!” deyirlər. Lakin sənin yanından çıxdıqda, aralarından bəziləri, gecə, sənin dediyindən qeyri şeyləri [başlarında] dolandırırlar. Amma Allah onların gecələr [başlarında] dolandırdıqlarını yazır. Artıq sən, onlardan uzaqlaş. Və Allaha işin nəticəsini tapşır. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən” olaraq Allah bəs edər.

(92/4, Nisa / 79-81)

Nəcm: 548

82. Onlar hələ də Quranı layiqli şəkildə düşünmürlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

83. Və onlara əmin-amanlıq və ya qorxu barədə bir əmr gəldikdə, onu dərhal yayırlar. Halbuki onu Elçiyə və ya özlərindən olan ixtiyar sahiblərinə çatdırsaydılar, onlardan nəticə çıxarmağa gücü çatan kəslər, onu bilərdilər. Və əgər Allahın sizə bəxşişi və mərhəməti olmasaydı –az bir qismi qisminiz istisna olmaqla– həqiqətən şeytana uyardınız.

(92/4, Nisa / 82-83)

Nəcm: 549

84. Artıq Allah yolunda döyüş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et. Ola bilsin ki, Allah kafirlərin [Özünün məbud və rəbb olduğunu bilərək inkar edənlərin] təzyiqini qırsın. Və Allah, təzyiq etmək cəhətdən daha şiddətlidir, çəkindirmək baxımından da daha şiddətlidir.

(92/4, Nisa / 84)

Nəcm: 550

85. Kim xeyir və yaxşılıqlara vasitəsi olmaqla yardım edərsə, ondan özünə bir pay var. Kim də pisliyə dəlil olmaq və kömək etməklə və ya pislik cığırını açmaqla yardım etsə, ondan özünə bir günah payı var. Allah hər şeyə qadirdir.

86. Sizi bir salamla salamladıqlarında, dərhal ondan daha yaxşısıyla salam verin və ya verilən salamı eyniylə qaytarın. Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını ən yaxşı görəndir.

(92/4, Nisa / 85-86)

Nəcm: 551

87. Allahdan başqa məbud deyə bir şey yoxdur. O, həqiqətən sizi, barəsində şübhə olmayan qiyamət günündə toplayacaq. Və Allahdan daha doğru danışan kim ola bilər?

88. Yaxşı, Allah onları qazandıqları günah üzündən tərsinə çevirdiyi halda, necə olur ki, siz, münafiqlər barəsində iki dəstəyə ayrılırsınız? Allahın azdırdığı kəslərə bələdçilik etmək istəyirsiniz? Və Allah kimi azdırsa, artıq sən onun üçün əsla bir yol tapa bilməzsən.

89,90. Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görsəniz öldürün; onlardan [özünüzə] bir yaxın və bir köməkçi tutmayın. Sonra, əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı, onlar sizinlə vuruşardılar. Əgər onlar sizdən uzaqlaşaraq sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizin üçün onların əleyhinə çıxmağa bir yol qoymamışdır.

91. Sizdən arxayın olmaq [istəyən] və öz tayfalarından arxayın olmaq istəyən başqa kəslərə rast gələcəksiniz. Onlar, nə zaman dinsizliyə, şərik qoşmağa geri qaytarılsalar, başıaşağı oraya atılarlar / dərhal atılarlar. Elə isə onlar, əgər sizdən uzaqlaşmasalar və sizə sülh təklif etməsələr və güclərini çəkməsələr dərhal onları gördüyünüz yerdə tutun və öldürün. Və bax bunlar, onların əleyhinə sizə verdiyimiz açıq-aşkar ixtiyardır.

(92/4, Nisa / 87-91)

Nəcm: 552

92. Və səhvən olması istisna, bir möminin, digər bir mömini öldürməsi olmaz. Və kim bir mömini, qəsdsiz / səhvən öldürsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə / varislərinə bir qanbahası verməlidir. –Ancaq ölənin ailəsinin bağışlaması istisnadır.– Əgər öldürülən, mömin olmaqla birlikdə sizə düşmən bir tayfadan isə, o zaman öldürən, mömin bir kölə azad etməlidir. Əgər öldürülən, sizinlə əhd bağlamış bir tayfadan isə öldürən, ölənin ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunlara gücü çatmayan Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün arxa-arxaya iki ay oruc tutmalıdır. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

93. Və kim bir mömini qəsdən [bilə-bilə, istəyərək] öldürərsə, bax onun cəzası, içində əbədi qalacağı cəhənnəmdir. Və Allah, ona qəzəb etmiş, onu uzaqlaşdırmış, rəhmətindən məhrum etmiş və onun üçün çox böyük bir əzab hazırlamışdır.

(92/4, Nisa / 92-93)

Nəcm: 553

94. Ey iman etmiş kəslər! Allah yolunda səfərə çıxdığınız zaman, dərhal yaxşıca araşdırın. Və sizə salam verən şəxsə, dünya həyatının mənfəətini güdərək, “Sən mömin deyilsən!” deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəl siz də belə idiniz, Allah sizə lütf etdi. Ona görə, yaxşıca araşdırın. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.

95,96. Möminlərdən üzrsüz səbəbə oturanlarla Allah yolunda öz malları və canları ilə səy göstərənlər [bir-birinə] bərabər olmaz. Allah, malları və canları ilə səy göstərənləri, dərəcə etibarilə oturanlardan üstün etdi. Və Allah, onların hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah, səy göstərənlərə, oturanlardan daha böyük bir əcr; Öz tərəfindən [yüksək] dərəcələr, bağışlama və mərhəməti artırmışdır. Və Allah çox bağışlayandır, çox rəhm edəndir.

(92/4, Nisa / 94-96)

Nəcm: 554

97,98. Öz-özlərinə haqsızlıq edərkən, keçmişdə etdikləri və etməli olduqları halda etmədikləri həqiqətən [bu iş üçün tapşırıq alan] qüvvələr tərəfindən bir-bir özlərinin yadına salınan kəslərin vəziyyətinə gəldikdə; tapşırıq almış qüvvələr: “Nə işdə idiniz?” deyərlər. Onlar: “Biz yer üzündə zəiflədilmiş kəslər idik” deyərlər. Tapşırıq almış qüvvələr: “Allahın torpağı geniş deyildimi ki, siz orada hicrət edəydiniz?” deyərlər. Artıq, –Kişilərdən, qadınlardan və uşaqlardan hicrətə gücü çatmayan, yönləndirildikləri doğru yolu tapa bilməyən kəslər istisna olmaqla– onların gedəcəkləri yer cəhənnəmdir. Və o, necə də pis qayıdış yeridir!

99. Bax onlar [ki var], ümid var ki, Allah bu kəsləri bağışlasın. Allah çox əfv edən, çox bağışlayandır.

100. Kim də Allah yolunda yurdundan hicrət etsə, yer üzündə çoxlu sığınacaq yer və genişlik tapar. Kim Allaha və Elçisinə qatılmaq üçün evindən çıxsa, sonra onu ölüm haqlasa, o adamın əcri / mükafatı şübhəsiz Allahın öhdəsindədir. Allah çox bağışlayandır, çox rəhm edəndir.

(92/4, Nisa / 97-100)

Nəcm: 555

101. Və yer üzündə səfərə çıxdığınız zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sizə bir pislik edəcəyindən qorxsanız səlatı [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  işini] qısaltmaqda [təhsili-tədrisi qısa etməkdə] sizin üçün bir günah yoxdur. Şübhəsiz ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], sizin açıq-aşkar düşməninizdirlər.

102. Və sən səfərdə olanların arasında olub onlara təhsil-təlim verdiyin zaman onlardan bir dəstə səninlə birlikdə dayansın / təhsil alsın. Silahlarını da özləri ilə götürsünlər. Bunlar, kifayət qədər məlumat alıb doyduqda, arxa tərəfinizə keçsinlər. Sonra təliml-təhsil almamış digər bir qisim gəlsin, səninlə birlikdə təlim-tədris prosesindən keçsin və ehtiyatlarını görsünlər və silahlarını götürsünlər. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] istəyər ki, silahlarınızdan və mallarınızdan xəbərsiz vəziyyətdə olasınız, sizə ani bir basqın etsinlər. Əgər sizə yağışdan bir əziyyət olsa və ya xəstə olsanız silahlarınızı yerə qoymaqda sizə günah yoxdur. Ehtiyatınızı də görün. Şübhəsiz ki, Allah kafirlər [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün alçaldıcı bir əzab hazırlamışdır.

103. Təhsil-tədris işini tamamladıqdan sonra, Allahı ayaq üstə, oturaraq, yanı üstündə uzanarkən yada salın. Sükunət tapdığınızda / arxayınlığa çıxdıqda, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını yaradın, qoruyun]. Heç şübhəsiz ki, səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  vəzifəsi], keçmişdən bəri möminlər üçün vaxtı təyin olunmuş bir yazıdır [qərardır].

104. Və düşmən tayfanı təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, şübhəsiz ki, onlar da sizin kimi əziyyət çəkirlər. Və siz, Allahdan onların ummadıqları şeyləri umursunuz. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

(92/4, Nisa / 101-104)

Nəcm: 556

105. Şübhəsiz Biz, Bizim sənə göstərdiyimiz kimi insanlar arasında hökm edəsən deyə, Kitabı haqq olaraq nazil etdik. Sən də xainlərin müdafiəçisi olma!

106. Və Allahdan bağışlanma dilə. Həqiqətən, Allah çox bağışlayandır, çox rəhm edəndir.

107. Özlərinə xəyanət edənləri də müdafiə etmə. Şübhəsiz ki, Allah, həddindən artıq dərəcədə xəyanət edən günahkarları sevməz.

(92/4, Nisa / 105-107)

Nəcm: 557

108. Onlar, insanlardan gizlətmək istəyərlər, [ancaq] Allahdan gizlətmək istəməzlər. Halbuki onlar gecə Allaha xoş getməyən sözləri / qərarları planlayarkən Allah onların yanındadır. Və Allah, onların əməllərini əhatə etmişdir.

109. Haydı, siz bəsit dünya həyatında onları müdafiə etdiniz. Yaxşı, bəs qiyamət günündə Allaha qarşı onları kim müdafiə edəcək? Yaxud da kim onlar üçün “işlərini bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən” olacaq?

110. Kim bir pislik işlər yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın çox bağışlayan və çox mərhəmətli olduğunu görər.

111. Kim də bir günah qazanarsa, öz əleyhinə qazanmış olar. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

112. Kim də bir səhv və ya bir günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, o zaman həqiqətən bir böhtanı və açıq-aşkar günahı öz üzərinə götürmüş olar.

(92/4, Nisa / 108-112)

Nəcm: 558

113. Və əgər sənin üzərində Allahın lütfü və mərhəməti olmasaydı, həqiqətən onlardan ağılsız, beyinsiz bir dəstə səni düz yoldan azdırmağa çalışardı. Halbuki onlar, özlərindən qeyrisini düz yoldan azdırmazlar və sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı [nazil etmiş] və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri nazil etmişdir və bilmədiyin şeyləri sənə öyrətmişdir. Allahın sənə olan lütfü çox böyükdür.

(92/4, Nisa / 113)

Nəcm: 559

114. Bir sədəqə verməyi yaxud adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən şeyləri yaxud da insanlar arasında sülh yaratmağı əmr edən kişinin [fısıldaşmağı, söhbəti] istisna olmaqla, onların fısıldaşmaqlarının çoxunda bir xeyir yoxdur. Kim bunları Allahın rizasını qazanmaq üçün etsə, Biz, tezliklə ona çox böyük bir mükafat verəcəyik.

115. Və kim, doğru yol özü üçün açıq-aşkar meydana çıxdıqdan sonra Elçiyə üsyan edər və möminlərin yolundan başqa [bir yol] seçerse, Biz, onu yönəldiyi şeyə yönəldərik və onu cəhənnəmə daxil edərik. Ora necə də pis qayıdış yeridir!

116. Hiç şübhəsiz, Allah, Özünə şərik qəbul edənləri bağışlamaz. Bundan aşağıda olanlara göldikdə isə, onlardan istədiyini bağışlayar. Kim Allaha şərik qəbul etsə əlbəttə o uzaq bir azğınlığa düşmüşdür.

117. Onlar, Allahın altındakılardan, yalnız dişilərə yalvarırlar [ibadət edirlər]. Və onlar ancaq inadkar şeytana yalvarırlar [ibadət edirlər].

118,119. Allah İblisi uzaqlaşdırdı. Və İblis, “Əlbəttə Sənin qullarından müəyyən bir pay alacağam, onları mütləq azdıracağam, onları boş xülyalara salacağam və ətindən-südündən istifadə olunan heyvanların qulaqlarını yarmağı onlara əmr edəcəym, Allahın yaratdıqlarını / nizamladıqlarını dəyişdirməyi[xii] onlara əmr edəcəym” dedi. Və hər kim Allahın altındakılardan şeytanı yol göstərən, himayəçi yaxın qəbul etsə, o zaman şübhəsiz o, açıq-aşkar bir ziyana uğrayar.

120. İblis, onlara vəd edir və onları xülyalara salır. Halbuki şeytan onlara yalandan başqa bir şey vəd etməz.

121. Bax bunlar, gedəcəkləri yer cəhənnəm olanlardır. Onlar oradan qaçmağa bir yer də tapa bilməzlər.

122. Və iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə [gəldikdə]; Biz onları, Allahın gerçək vədinə görə üzrə, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edəcəyik. Və Allahdan daha doğru danışan kim ola bilər?

123. Bu iş, sizin xülyalarınızla və Kitab əhlinin xülyalarıyla olmaz. Kim pislik etsə, onun cəzasını görəcək. Və o, özü üçün Allahın altındakılardan bir yol göstərən, himayəçi yaxın və yaxşı bir köməkçi tapa bilməz.

124. Və kişi olsun, yaxud qadın olsun, kim mömin olaraq yaxşılaşdırmaq qayəsi ilə əməl işləsə, bax onlar cənnətə gedəcək. Və xurma çərdəyinin arxasındakı çökəklik qədər haqsızlıq görməyəcəklər.

125. Və yaxşılaşdıran-gözəlləşdirən biri olaraq, özünü Allah üçün islamlaşdıran və hənif [köhnə inanclarından dönən biri olaraq,  İbrahimin dininə tabe olan] kəsdən din baxımından daha yaxşı-gözəl kim ola bilər? Və Allah,  İbrahimi, arxadan gələn nəsillərə “cığır açan-iz qoyan; imam-lider” etmişdir.

126. Və göylərdə olan şeylər və yer üzündə olan şeylər, yalnız Allaha məxsusdur. Və Allah, hər şeyi yaxşıca əhatə etmişdir.

(92/4, Nisa / 114-126)

Nəcm: 560

127. Səndən o qadınlar [öhdəsindəki yetimlərə baxmalı olan qadınlar] haqqında fətva istəyirlər. De ki: “Onlar haqqında fətvanı Allah və ‘onlara verilməsi vacib olanı vermədiyiniz və nikahınıza almağa rəğbət etmədiyiniz qadınların yetimləri haqqında və əzilmək istənən uşaqlar haqqında və yetimlər üçün haqq-ədaləti qorumağınız haqqında Kitabda / Quranda sizə oxunanlar’ verir. Və nə xeyir əməl işləsəniz, bilin ki, həqiqətən Allah onu ən yaxşı biləndir.

(92/4, Nisa / 127)

Nəcm: 561

131. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Allahındır. And olsun ki, Biz, sizdən əvvəl Kitab verilmiş kimsələrin və sizin üstünüzə Allahın mühafizəsi altına daxil olmaq öhdəliyini qoyduq. Əgər küfr işləsəniz də [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsəniz / inanmasanız] da, bilin ki, göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Allahındır. Allah, heç bir şeyə möhtac olmayandır, hər cür tərifə artıqlaması ilə layiq olandır.

132. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Allahındır. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən” olaraq da Allah bəs edər.

133. Əgər Allah istəsə, sizi aradan qaldırar, ey insanlar! Və başqalarını gətirər. Və Allah, buna ən yaxşı qadir oalndır.

134. Kim dünya savabını istəsə, bilsin ki, dünya və axirət savabı yalnız Allah yanındadır. Və Allah, çox yaxşı eşidən və çox yaxşı görəndir.

(92/4, Nisa / 131-134)

Nəcm: 562

135. Ey iman etmiş kəslər! Özünüz, ana-atanız və yaxın qohumlarınız əleyhinə də olsa, Allah üçün şahidlik edən kəslər olaraq haqq-ədaləti tamamilə qoruyan / nəzərə alan kəslər olun. İstər zəngin olsun, istər kasıb olsun, bilin ki, Allah ikisinə də daha yaxındır. Artıq ədaləti təmin edə bilmək üçün boş, müvəqqəti arzunuza uymayın. Əgər [dilinizi] əyib-büzsəniz və ya boyun qaçırsanız, bilin ki, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.

136. Ey iman etmiş kəslər! Allaha, Elçisinə, Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitaba dair gizli; narahatlıq və qorxu verəcək bir şey saxlamayın. Və kim Allahı, mələklərini, kitablarını, elçilərini və son günü örtsə; tam açıqlamasa, həqiqətən o, çox uzaq bir azğınlığa düşmüşdür.

(92/4, Nisa / 135-136)

Nəcm: 563

137. Şübhəsiz, iman gətirib sonra küfr işləyən [bilə-bilə inkar edən / inanmayan], sonra iman gətirib yenə küfr işləyən [bilə-bilə inkar edən / inanmayan], sonra da Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etməyi şiddətləndirən kəslər; Allah onları bağışlayası və [doğru] bir yola yönləndirəsi deyil.

138,139. Möminlərin altındakılardan, küfrə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] yönələnləri [özlərinə] yol göstərən, himayəçi yaxın qəbul edən münafiqlərə, müjdə ver ki, onlar üçün şübhəsiz, çox ağrılı bir əzab var! Onların yanında şan və şərəf axtarırlar? Halbuki şan və şərəf tamamilə Allaha məxsusdur.

(92/4, Nisa / 137-139)

Nəcm: 564

140,141. Və Allah Quranda sizə nazil etmişdir: “Allahın ayələrinin bilə-bilə inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, başqa bir sözə girişmədikləri müddətcə onlarla bir yerdə əyləşməyin. Əks halda siz də onlar kimi olarsınız.” Şübhəsiz ki, Allah sizi daima izləyən kəslərin / münafiqlərin və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] hamısını cəhənnəmə toplayacaq. Allah tərəfindən sizə bir qələbə olsa onlar: “Biz sizinlə birlikdə deyildikmi?” deyərlər. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün bir pay olduqda da: “Sizdən üstün olmadıqmı, sizi möminlərdən qorumadıqmı?” deyərlər. Allah, qiyamət günündə sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] əsla möminlərin əleyhinə olan bir yol göstərməz.

142,143. Şübhəsiz ki, münafiqlər, Allahı aldatmağa çalışırlar. Halbuki O, onları aldadar. Və onlar, səlat  [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək] üçün [ayağa] qalxdıqları / cəmiyyət içinə çıxdıqları zaman, ikisi arasında tərəddüddə qalanlar olaraq, tənbəl-tənbəl qalxar, möminlərlə və kafirlərlə olmazlar, özlərini camaata göstərərlər. Və Allahı olduqca az xatırlayarlar. Və Allah kimi azğınlığa salsa, sən artıq ona bir yol tapa bilməzsən.

(92/4, Nisa / 140-143)

Nəcm: 565

144. Ey iman etmiş kəslər! Özünüzdən seviyece aşağı olan kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] yol göstərən, himayəçi yaxınlar qəbul etməyin / idarəçi etməyin. Allaha öz əleyhinizə açıq-aşkar bir dəlil vermək istəyirsiniz?

145,146. Şübhəsiz ki, münafiqlər –tövbə edənlər, islah edənlər, Allahdan möhkəm yapışanlar və dinlərini Allah üçün təmizləyən kəslər istisnadır; bunlar, möminlərlə birgə olacaqlar və Allah möminlərə böyük bir əvəz verəcək– Atəşin ən aşağı təbəqəsindədir. Sən də onlara yardım edən birini tapa bilməzsən.

147. Əgər sizə verilən nemətlərin əvəzini ödəyirsinizsə və iman etmişsinizsə, Allah sizə nə üçün əzab versin? Allah, əməllərin əvəzini verəndir və ən yaxşı biləndir.

(92/4, Nisa / 144-147)

Nəcm: 566

148. Allah, haqsızlığa məruz qalanlar istisna olmaqla, pis sözün açıqca deyilməsini sevmir. Və Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.

149. Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz, yaxud da bir pisliyi bağışlasanız, bilin ki, şübhəsiz ki, Allah çox bağışlayandır, ən qadir olandır.

150,151. Allaha və elçilərinə inanmayaraq küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], “Biz, bir qisiminə inanarıq, bir qisiminə inanmarıq” deyərək Allahla peyğəmbəri arasında ayrılıq salmaq istəyən və beləliklə də imanla küfr [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək] arasında bir yol tapmağa çalışan kəslər; bax onlar həqiqətən kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] məhz özüdür. Və Biz, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərə] alçaldıcı bir əzab hazırlamışıq.

152. Allaha və elçilərinə iman gətirənlər və onlar arasında ayrı-seçkilik etməyən kəslər; bax onlar, Allahın çox tezliklə mükafatlarını verəcəyi kəslərdir. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.

(92/4, Nisa / 148-152)

Nəcm: 567

153. Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Və həqiqətən onlar Musadan bundan daha böyüyünü istəmiş, “Allahı bizə açıq-aşkar göstər” demişdilər. Sonra da haqsızlıqları səbəbiylə onları ildırım vurmuşdu. Sonra da onlara açıq-aşkar dəlillər gəldiyi halda qızılı özlərinə məbud etmişdilər. Sonra Biz onları bundan ötəri də bağışladıq. Və Biz Musaya açıq-aşkar bir dəlil verdik.

154-158. Və söz verdiklərinə görə, böyüklərini / ən qiymətlilərini / Musanı Tur dağına qaldırdıq.[xiii] Və onlara: “O qapıdan boyun əyib tabeçilik göstərərək daxil olun” dedik. Yenə onlara: “Təfəkkür / qulluq günündə hədləri aşmayın” dedik. Sonra da onların öz vədlərinə xilaf çıxmaları, Allahın ayələrinə inanmamaları, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Qəlblərimiz örtülüdür / sünnətsizdir” demələri –əksinə, Allah, küfr işlədikləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdikləri] üçün onların qəlblərinə möhür vurmuşdur. Onların azı inanır– və Allahın məbud və rəbb olduğuna inanmamaları və Məryəmə böyük böhtanlar atmaları; “Biz, Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsihi həqiqətən öldürdük” demələri səbəbiylə onlardan möhkəm bir əhd aldıq. Halbuki Onu öldürmədilər və ona qarşı sərt hərəkət etmədilər. Amma onlar üçün, İsa, bənzədildi. Həqiqətən, Onun haqqında ixtilafa düşənlər, qəti surətdə əksik məlumata sahibdirlər. Onların bu barədə zənnə qapılmaqdan başqa heç bir məlumatı yoxdur. Onu qətiyyən olaraq öldürmədilər. Əksinə, Allah onu Öz [dərgahına] qaldırdı / [onun] dərəcəsini artırdı. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

(92/4, Nisa / 153-158)

Nəcm: 568

160,161. Sonra da Yəhudiləşən kəslərin haqsız davranışları, onların bir çox kəsləri Allah yolundan döndərmələri, qadağan edildiyi halda riba almaları [əməksiz, xidmət etmədən, risksiz qazanc təmin etmələri] və haqsız yerə insanların mallarını yemələri səbəbindən, onlara halal edilmiş təmiz şeyləri haram etdik. Və Yəhudiləşənlərdən [olan] kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün can yandıran bir əzab hazırladıq.

162. Fəqət bu Yəhudiləşənlərdən elmdə qüvvətli olanlar və iman edənlər, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir. Onlar, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən, yaşadan], vergini verən, Allaha və axirət gününə iman gətirənlərdir. Bax, onlara, Biz böyük bir mükafat verəcəyik.

(92/4, Nisa / 160-162)

Nəcm: 569

163-165. Şübhəsiz, Biz, Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana, daha əvvəl sənə bəhs etdiyimiz elçilərə, sənə bəhs etmədiyimiz elçilərə, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın deyə, müjdəçilər və xəbərdarlıqçılar olaraq vəhy etdik. Davuda da Zəburu verdik. Və Allah, Musaya çox söz söylədi / onu çox yaraladı, ona çox çətinlik çəkdirdi. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

166. Fəqət Allah sənə nazil etdiyinə –onu Öz elmi ilə nazil etmişdir– şahidlik edər. Bütün ayələr də şahidlik edir. Şahid olaraq Allah bəs edər.

159. And olsun, Kitab əhlindən elə bir kəs olmaz ki ölmədən əvvəl sənə nazil edilən / Qurana inanmasın. Qiyamət günündə də, sənə nazil edilən / Quran, onların əleyhinə yaxşıca şahid olacaq.[xiv]

(92/4, Nisa / 163-166, 159)

Nəcm: 570

167. Şübhəsiz, küfr edən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] və Allah yolundan döndərən kəslər, həqiqətən uzaq bir azğınlığa düşmüşlər.

168,169. Şübhəsiz, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] və şirk qoşmaqla səhv; öz zərərinə olan əməli işləyən bu kəslər [ki var]; Allah onları bağışlayası deyil. Onları, içində tamamilə və əbədi qalacaqları cəhənnəm yolundan başqa bir yola da yönləndirəsi də deyil. Və bu, Allah üçün çox asandır.

(92/4, Nisa / 167-169)

Nəcm: 571

170. Ey insanlar! Şübhəsiz ki, Elçi, sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə haqqa inanın ki, bu sizin öz xeyrinizə olar. Əgər inanmırsınızsa, bilin ki, göylərdə və yer üzündə olan şeylər Allaha məxsusdur. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

174. Ey insanlar! Həqiqətən Rəbbinizdən sizə açıq-aşkar bir dəlil gəldi. Və Biz sizə açıq-aşkar / açıqlayan bir işıq endirdik.

175. Artıq, Allaha inanan və açıq-aşkar işıqdan möhkəm yapışan kəslər [ki var]; Allah onlara, Öz tərəfindən bir mərhəmətə və əlavə bir bəxşiş olaraq bol nemətə daxil edəcək və doğru bir yol olaraq Özünə tərəf yönəldəcək.[xv]

(92/4, Nisa / 170, 174-175)

Nəcm: 572

171. Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, yalnız Allahın elçisi və Məryəmə təlqin etdiyi / çatdırdığı sözü və Öz tərəfindən bir ruhdur, vəhy vasitəsi ilə doğulmuş biridir. Artıq, Allaha və elçilərinə inanın. Və “üçdür” deməyin. Son qoyun, sizin üçün daha yaxşı olar. Allah, ancaq tək bir məbuddur. O, övladı olmaqdan pakdır. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Ona məxsusdur. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən” olaraq Allah bəs edər.

172. Məsih və yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiklərinə inandıqları güclər], Allahın bir qulu olmaqdan əsla çəkinməzlər. Və kim Ona ​​qulluq etməkdən çəkinsə və təkəbbür göstərsə, bilsin ki, O, onların hamısını tezliklə;

Zilzal 1-3 Yer üzü, özünə məxsus sarsıntıyla lərzəyə gəldiyi, yer üzü öz ağırlıqlarını çıxardığı və insan, “Bu yer üzünə nə olub?” dediyi zaman

172. Öz hüzuruna toplayacaq.

Zilzal 4-6 Bax o gün yer üzü, şübhəsiz ki, Rəbbinin ona vəhy etməsi səbəbiylə bütün xəbərlərini bir-bir söyləyəcək. O gün insanlar, əməlləri [özlərinə] göstərilsin / əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar.

Zilzal 7,8 Hər kim, zərrə qədər xeyir əməl işləsə onu görəcək, hər kim də zərrə qədər şər əməl işləsə onu görəcək.

173. İnanan və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər [ki var]; Allah onların mükafatlarını əskiksiz verəcək və [Öz] nemətlərindən onlar üçün daha artığını da bağışlayacaq; qulluq etməkdən çəkinib təkəbbür göstərən kəslər də [ki var]; [Allah] onlara çox ağrılı bir əzab verəcək. Onlar, özləri üçün Allahın altındakılardan bir himayəçi, yol göstərən yaxın və yaxşı bir yardımçı tapa bilməzlər.[xvi]

(92/4, Nisa / 171-172 + 93/99, Zilzal / 1-8 + 92/4, Nisa / 173)

Dipnot:

[i] Bax: 303 nömrǝli qeyd.

[ii] Bax: 345 nömrǝli qeyd.

[iii] Bu hissǝdǝ, texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıq tǝtbiq edilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[iv] Bax: 303 nömrǝli qeyd.

[v] Bax: 345 nömrǝli qeyd.

[vi] Bu hissǝdǝ, texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıq tǝtbiq edilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[vii] Bax: 303 nömrǝli qeyd.

[viii] Cünüb [cǝnabǝtli] sözü “uzaq olan / qopan” mǝnasına gǝlir. Nisa / 43 vǝ Maidǝ / 6 nömrǝli ayǝlǝri ǝsas aldıqda, bu sözün “şǝhvǝt hissinin qabarması, nǝfsin oyanması sǝbǝbiylǝ hǝyatdan qopan, müvazinǝtini itirǝn, mǝntiqli hǝrǝkǝt edǝ bilmǝyǝn” mǝnasına gǝldiyi başa düşülür. Çünki bu halda olan insan hǝyatdan vǝ dünyadan qopur, mǝntiqli düşünǝ bilmir. Buradan da başa düşülür ki, cǝnabǝtli olmaq, spermanın xaric edilmǝsi ilǝ yuyunmaq arasındakı vǝziyyǝt deyil, şǝhvǝtin qabarması ilǝ spermanın xaric edilmǝsi arasındakı gǝrgin vǝziyyǝtǝ deyilir.

[ix] Düşüncǝ günü sǝbǝbindǝn yǝhudilǝrdǝn imtahana çǝkilǝn camaat barǝsindǝ Əraf surǝsindǝ danışılmışdır.

[x] Bax: 246 nömrǝli qeyd.

[xi] Bax: 246 nömrǝli qeyd.

[xii] Bu sözlǝr ǝsasǝn “heyvanları axtalamaq, insanları xǝdim etmǝk” kimi başa düşülmüşdür. Ancaq burada deyilǝn dǝyişdirmǝk “varlıqların genlǝrini dǝyişdirmǝk, insanların faydalanması üçün yaradılan ay, günǝş, daş, torpaq kimi varlıqları müqǝddǝslǝşdirǝrǝk onları mǝbud qǝbul etmǝk, belinǝ minilmǝk vǝ ǝti yeyilmǝk üçün yaradılan heyvanları haramlaşdırmaq, bǝhirǝ, saibǝ, vǝsilǝ, ham kimi heyvanları müqǝddǝslǝşdirmǝk, qanuni cinsi hǝdlǝrin xaricinǝ çıxaraq homoseksuallıq etmǝk, sǝbǝbsiz hitan / sünnǝt etmǝk, xülasǝ, tǝbiǝti, tǝbiǝtin tarazlığını pozmaq” kimi geniş başa düşülsǝ daha uyğun olar.

[xiii] Bax: 303 nömrǝli qeyd.

[xiv] Bu hissǝdǝ, texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıq tǝtbiq edilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[xv] Bu hissǝdǝ, texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıq tǝtbiq edilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[xvi] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür. Bundan ǝlavǝ, “Rǝsmi Müshǝf”dǝki Zilzal surǝsi dǝ 172-ci ayǝnin hal zǝrfi kimi verilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat yer almaqdadır.