MUMİN SURƏSİ
MƏKKƏ DÖVRÜ

MUMİN SURƏSİ

Nəcm: 229

1. Ha / 8, Mim / 40.[i]

2,3. Bu kitabın nazil edilməsi çox güclü, ən yaxşı bilən, günahları bağışlayan, tövbələri qəbul edən, əzabı çox şiddətli olan, bol nemət; lütf sahibi Allah tərəfindəndir. Ondan başqa məbud deyə bir şey yoxdur. Dönüş yalnız Onadır.

4. Allahın ayələri haqqında yalnız kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] mübahisə edər. O halda, onların şəhərlərin içində gəzib dolaşmaları səni yanıltmasın.

5. Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı bəzi əleyhdar firqələr təkzib etmişdilər. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd göstərmişdi; haqqı batillə aradan götürmək üçün onunla mübarizə etdilər. Mən də onları yaxaladım. Bax, əzabım necə oldu?

6. Və bax beləcə kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] haqqında Rəbbinin “Şübhəsiz ki, onlar atəşin əhlidir” sözü haqq oldu.

(60/40, Mumin / 1-6)

Nəcm: 230

7-9. Ən böyük taxtı[ii] daşıyan, bir də ən böyük taxtın xarici kənarında olan kəslər,[iii] Rəbbinin tərifiylə birlikdə Onu nöqsan sifətlərdən pak tutar və Ona inanarlar. İman etmiş kəslər üçün əfv diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və elm baxımından hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan kəsləri bağışla və onları cəhənnəm əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan və ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edənsən. Onları pisliklərdən də qoru. Və Sən kimi pisliklərdən qorusan, artıq o gün əlbəttə ona mərhəmət etmisən. Bax bu, məhz böyük qurtuluşun özüdür.”

(60/40, Mumin / 7-9)

Nəcm: 231

10. Şübhəsiz ki, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] belə deyiləcək: “Əlbəttə Allahın nifrəti, sizin özünüzə nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz halda küfr işləyirdiniz; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edirdiniz.”

11. Kafirlər dedilər ki: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz artıq öz günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?”

12. Bax bunun, səbəbi budur: Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr işlədiniz; inanmadınız. Ona şərik qoşulduqda isə inandınız. Artıq hökm, o çox uca və çox böyük olan Allahındır.

(60/40, Mumin / 10-12)

Nəcm: 232

13. Allah, sizə işarətlərini / nişanələrini göstərən, sizin üçün göydən ruzi endirəndir. Və ancaq ürəkdən yönələnlər öyüd alar.

14. Elə isə kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] xoşuna gəlməsə də dini yalnız Ona aid edərək Allaha dua edin.

15. O, dərəcələri yüksəldəndir, ən böyük taxtın / ən yüksək mövqenin sahibidir. O, görüş günü barəsində xəbərdarlıq etmək üçün Öz əmrindən / Öz işindən olan vəhyi bəndələrindən istədiyinə verər.

16. O görüş günündə onlar meydana çıxacaqlar. Onların heç bir şeyi Allaha gizli qalmaz. –“Bu gün mülk kimindir?”, “Ancaq bir və qəhr edici olan Allahındır!”–

17. Bu gün hər kəs qazandığının əvəzini alacaq. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah çox tez haqq-hesab görəndir.

18. Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman udqunaraq, dəhşətdən ürpərərək ürəkləri ağızlarına gələcək. Şirk qoşmaq surətiylə səhv; öz zərərinə olan əməli işləyən kimsə üçün nə istiqanlı bir dost vardır, nə də sözü keçən bir dəstəkçi, köməkçi, şəfaətçi…

19. Allah, gözlərin xainliyini və sinələrin gizlətdiyini bilir.

20. Və Allah haqqı gerçəkləşdirir. Onların Onun altındakılardan yalvardıqları kəslər heç bir şeyi gerçəkləşdirə bilməzlər. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir.

(60/40, Mumin / 13-20)

Nəcm: 233

21. Onlar yer üzündə gezməyiblərmi ki, özlərindən əvvəlki kəslərin aqibətinin necə olduğunu görsünlər? Onlar yer üzündə qüvvət və əsər [iz] baxımından bunlardan daha üstün idilər. Yenə də Allah onları günahlarına görə məhv etdi. Və onları Allahdan qoruyan biri olmadı.

22. Bax, bunun səbəbi budur: Onlara elçiləri açıq-aşkar dəlillərlə gəlirdilər, ancaq onlar küfr işlədilər; inanmadılar. Belə olduqda, Allah da onları məhv etdi. Şübhəsiz ki, O, güclüdür, [Onun] cəzası çox şiddətlidir.

(60/40, Mumin / 21-22)

Nəcm: 234

23,24. And olsun ki, Musanı Fironun, Hamanın və Qarunun yanına ayələrimizlə və açıq-aşkar bir dəlil ilə elçi olaraq göndərdik, ancaq onlar: “Bu sehrbazdır, böyük bir yalançıdır” dedilər.

25. Beləliklə Musa, tərəfimizdən onlara bir haqq ilə göndərildikdə, onlar: “Musa ilə birgə iman etmiş kəslərin oğullarını öldürün; təhsilsiz, tərbiyəsiz saxlayıb cahil bir kütlə halına gətirərək zəiflədin, qadınlarını isə diri saxlayın” dedilər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] hiyləsi boşa çıxar.

26. Və Firon: “Buraxın məni, öldürüm Musanı, o da Rəbbini çağırsın. Şübhəsiz ki, mən Onun, sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə fitnə-fəsad törətməsindən qorxuram” dedi.

27. Musa da: “Şübhəsiz ki, mən hesab gününə inanmayan hər bir təkəbbür sahibindən mənim Rəbbim və sizin Rəbbinizə sığınıram” dedi.

28,29. Və Firon ailəsindən olub imanını gizlədən cəsur bir adam: “Bir adamı, ‘Rəbbim Allahdır’ dediyi üçün öldürəcəksinizmi? Halbuki o, həqiqətən sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. Və əgər o, bir yalançı olsa, bir də görərsin ki, yalanı öz əleyhinə dönmüşdür. Və əgər doğru isə sizi təhdid etdiyi şeylərin bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah, həddini aşan bir yalançı adamı doğru yola yönəltməz. Ey qövmüm! Yer üzündə bu gün rəhbərlik sizindir. Yaxşı, əgər Allahın qəzəbi gəlsə, kim bizə kim kömək edib [bizi ondan] xilas edər?” dedi. Firon: “Mən sizə öz rəyimi bildiririəm və mən sizi yalnız yetkinliyin / ağlın yoluna yönləndirirəm ” dedi.

30-35. Yenə o mömin kəs dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün Əhzabın [başına gələn] günün bir  bənzərinin; Nuh qövmünün, Ad, Səmud və daha sonrakıların macəralarının bir bənzərinin [başınıza gəlməsindən] qorxuram. Və Allah, qulları üçün bir haqsızlıq, xəta istəməz. Ey qövmüm! Şübhəsiz ki, mən, siz üçün gələcəkdəki o vaveyla / qaçışma günündən; üz çevirib qaçacağınız gündən qorxuram. Sizi Allahdan qoruyan biri yoxdur. Hər kimi Allah yoldan azdırsa, artıq onun üçün bir yol göstərən olmaz. Və and olsun ki, bundan əvvəl sizə Yusif dəlillərlə gəlmişdi. O zaman da onun sizə gətirdiyi şeylərə şəkk etmişdiniz. Axırda o öldüyündə də, “Bundan sonra Allah, əsla elçi göndərməz” dediniz. Allah, onlara bir güc verilmədiyi halda, Allahın ayələri / işarətləri / nişanələri haqqında mübahisə edən, həddi aşan, şəkk edən kəsləri beləcə yoldan azdırır. Bu hal, Allah yanında və iman gətirənlər yanında böyük nifrətə səbəb olar. Bax beləcə, Allah, lovğalanan hər zülmkarın qəlbinin üzərini möhürləyər.”

36,37. Və Firon: “Ey Haman! Səbəblərə; göylərin səbəblərinə çatmaq üçün mənə bir qüllə tik ki, Musanın məbudunun nə olduğunu anlayım. Və şübhəsiz ki, mən onun yalançı olduğu fikrindəyəm” dedi. Beləliklə, Firona öz pis əməli yaxşı göstərildi və o, yoldan çıxarıldı. Və Fironun nizamı, yalnız itkiyə / zərərə uğrayıb əzab çəkməyə məhkumdur.

38-44. Yenə iman etmiş olan o kimsə dedi: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yolunu göstərim. Ey qövmüm! Bu bəsit həyat ancaq müvəqqəti bir qazancdır. Axirət isə həqiqətən qalacağınız yurdun özüdür. Hər kim bir pislik etsə, ona ancaq etdiyinin bir misli cəza verilər. Və kişi və ya qadın, hər kim mömin olaraq yaxşılaşdırmaq qayəsi ilə əməl işləsə, artıq onlar cənnətə girər və orada onlar üçün saysız-hesabsız ruzi var.” Yenə [dedi]: “Ey qövmüm! Mənə nə düşüb ki, siz məni atəşə dəvət etdiyiniz halda, mən sizi nicata dəvət edirəm! Siz, məni, Allaha inanmamağa və mənim heç məlumatım olmayan şeyləri Ona şərik qoşmağa dəvət edirsiniz. Mən isə sizi o çox güclü və çox bağışlayan Allaha dəvət edirəm. Heç cür inkar etmək mümkün deyil ki, həqiqətən, sizin məni dəvət etdiyiniz şeyə doğru dünya və axirətdə heç bir çağırış yoxdur. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz ki, həddi aşanlar, cəhənnəm əhlinin özüdür. Artıq, siz mənim, sizin üçün dediklərimi tezliklə xatırlayacaqsınız. Və mən işimi Allaha tapşırıram. Şübhəsiz ki, Allah, bəndələrini ən yaxşı görəndir!” dedi.

45,46. Sonra Allah o mömini onların qurduğu hiylələrin şərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi; atəş bürüdü. Onlar davamlı olaraq atəşə məruz qalırlar. Qiyamət qopduğu gün isə: “Fironun yaxınlarını ən şiddətli əzaba salın!”

(60/40, Mömin / 23-46)

Nəcm: 235

47. Və onlar, atəş içində bir-birləriylə mübahisə edərkən, zəif olanlar, özlərini yuxarı tutanlara deyərlər: “Şübhəsiz ki, bizlər sizə tabe olan kəslər idik. İndi siz bizdən, atəşin bir hissəsi dəf edə bilirsinizmi?” deyərlər.

48. Təkəbbür göstərənlər: “Şübhəsiz ki, hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir” dedilər.

49. Və atəş içindəki kəslər, cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, bir gün olsun bizim əzabımızı bir az yüngülləşdirsin.”

50. Gözətçilər: “Sizə elçiləriniz açıq-aşkar dəlilləri gətirmədilərmi?” deyə soruşarlar. Onlar: “Bəli, gətirmişdilər” deyərlər. Cəhənnəm gözətçiləri onlara: “Elə isə, özünüz dua edin” deyirlər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] duası yalnız çaşqınlıqdır / boşa gedər.

(60/40, Mumin / 47-50)

Nəcm: 236

51. Şübhəsiz, Biz, elçilərimizə və iman etmiş şəxslərə bu basit dünya həyatında və şahidlərin qalxdığı / şahidlik edəcəkləri gündə mütləq kömək edərik.

52. O gün şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyən kəslərə üzr diləmələri heç bir fayda verməz. Və onlar lənətlənərək məhrum qalacaqlar, məskənlərin ən pisi də onlar üçündür.

53,54. Və and olsun ki, Biz, təmiz ağıl sahiblərinə bir yol göstərici və bir xatırlatma olmaq üzrə Musaya “yol göstərən” verdik və İsrail oğullarına o kitabı miras qoyduq.

55. O halda, səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Günahın üçün əfv istə, davamlı olaraq Rəbbinin tərifiylə birlikdə Onu bütün nöqsanlıqlardan pak tut.

56. Şübhəsiz,  onlara qəti bir dəlil gəlmədən Allahın ayələri / işarətləri / nişanələri barəsində mübahisə edənlər ki var; onların sinələrində ancaq bir kibir var və ona çata bilməyəcəklər. Sən dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.

57. Əlbəttə, göylərin və yerin əmələ gətirilməsi insanların əmələ gətirilməsindən daha böyükdür. Amma insanların çoxu bilməz.

58. Və kor ilə görən bir olmaz. İman etmiş və yaxşılaşdırmaq məqsədi ilə əməl işləmiş kəslərlə və pislik edənlər də bir deyil. Nə qədər də az düşünürsünüz!

59. Şübhəsiz ki, o qiyamətin qopma anı, əlbəttə gələcəkdir. Ona heç şübhə yoxdur. Lakin, insanların çoxu inanmırlar.

60. Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki sizə cavab verim. Şübhəsiz ki, Mənə ibadət etməyib təkəbbür göstərən kəslər tezliklə alçaldılmış olaraq cəhənnəmə girəcəklər” dedi.

61. Allah, dincəlməyiniz üçün gecəni, göz açan bir aydınlıq olaraq da gündüzü sizin üçün nizamlayandır. Şübhəsiz ki, Allah insanlara qarşı bir nemət sahibidir. Lakin insanların çoxu verilən nemətlərin əvəzini ödəməz.

62. Hər şeyi əmələ gətirən Rəbbiniz Allah budur. Ondan başqa məbud deyə bir şey yoxdur. O halda, necə olur ki, döndərilirsiniz!

63. Allahın ayələrini inkar edən kəslər bax belə döndərilərlər.

64. Allah, sizin üçün yer üzünü bir qərargah [məskən] edən, göyü bina edən, sizə surət verən, –surətlərinizi necə də gözəl vermişdir– və sizə təmiz şeylərdən ruzi verəndir. Bax O, Rəbbiniz olan Allahdır. –Aləmlərin Rəbbi olan Allah necə də comərddir!–

65. O, diridir, Ondan başqa məbud deyə bir şey yoxdur. Bu səbəblə, dini yalnız Onun üçün pak tutaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.”

66. De ki: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz ki, mənə, sizin Allahı qoyub ibadət etdiyiniz şeylərə qulluq etmək qəti surətdə qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi.

67. O, sonra güclü-qüvvəli bir çağa yetişməyiniz, sonra da qocalmağınız, müəyyən bir müddətə çatmağınız və də ağılınızı işlətməyiniz üçün sizi torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. – Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarar. Sizlərdən bəziləri də, daha əvvəl vəfat[iv] etdirilir; keçmişdə etdikləriniz və etməli olduğunuz halda etmədiklərinin bir-bir xatırladılır.–

68. O, yaşadar və öldürər. Artıq O, bir şeyi gerçəkləşdirmək istədikdə, ona yalnız ‘Ol!’ deyər, o da dərhal olar.”

(60/40, Mumin / 51-68)

Nəcm: 237

69-76. Allahın ayələri barədə mübahisə edənləri görmürsənmi / heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə gələcəkdə, boyunlarında həlqələr və zəncirlərlə qaynar suya sürüklənib, sonra odda yandırıldıqları zaman, biləcəklər. Sonra onlara: “Allahın altındakılardan şərik qoşduğunuz şeylər haradadır?” deyiləcək. Onlar: “Bizdən qeyb olub getdilər; əslində biz onsuz da əvvəllər heç bir şeyə yalvarmırdıq” deyəcəklər. Bax, Allah kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] yoldan belə azdırar: “Bax bu, yer üzündə haqsız yerə öyünməyinizə və təkəbbürlənməyinizə görədir. Əbədi qalmaq üçün cəhənnəm qapılarına girin!” –Bax, təkəbbürlənənlərin dayanacağı nəcə də pisdir!–

(60/40, Mumin / 69-76)

Nəcm: 238

77. Artıq sən səbr et, şübhəsiz Allahın vədi haqdır. Artıq onlara etdiyimiz təhdidin bir qismini sənə göstərsək də və ya səni vəfat etdirsək; keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir- bir xatırlatsaq da onlar, yalnız Bizə qaytarılacaqlar.

78. Və and olsun ki, Biz səndən əvvəl neçə elçi göndərdik. Onlardan bəzilərini sənə nəql etdik, onlardan bəzilərini də nəql etmədik. Heç bir elçi Allahın izni / xəbəri olmadan bir işarət / nişanə gətirə bilməz. Artıq Allahın əmri gəldikdə, haqq ilə gerçəkləşər. Batilə meyl edənlər bax burada ziyana, zərərə uğrayıb əzab çəkərlər.

(60/40, Mumin / 77-78)

Nəcm: 239

79,80. Allah, onlardan bir qisminə minəsiniz deyə sizin üçün heyvanları yaradan, nizamlayandır. Onların bir qisimindən də yeyirsiniz. Və sizin üçün onlarda daha neçə-neçə mənfəətlər vardır. Və Allah, onların üstündə könüllərinizdəki bir arzuya çatasınız deyə heyvanları yaradandır, nizamlayandır. Və siz, onların üstündə və gəmilərdə daşınırsınız.

81. Və Allah sizə işarətlərini / nişanələrini göstərir. Yaxşı, indi Allahın işarətlərinin / nişanələrinin hansını tanınmaz hala salarsınız?

(60/40, Mumin / 79-81)

Nəcm: 240

82. Hələ yer üzündə gəzib, özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna bir baxmırlarmı? Onlar özlərindən həm daha çox, həm də qüvvə, yer üzündəki əsərlərinin möhkəmliyi baxımından daha üstün idilər. Belə olduğu halda, o qazandıqları şeylər, onlara fayda vermədi.

83. Nə zaman ki, elçiləri onlara açıq-aşkar dəlillərlə gəldi, özlərində olan elmdən ötrü öyündülər. Halbuki, məsxərəyə qoyduqları şey onları bürümüşdü.

84. Sonra da nə vaxt ki, qəzəbimizi gördülər: “Allahın birliyinə iman gətirdik və Ona şərik qoşduğumuz şeyləri qəbul etmədik” dedilər.

85. Amma qəzəbimizi gördükləri zamanki imanları onlara fayda verəsi deyildi. –Allahın, bəndələri barədə keçmişdən bəri gələn qanunu…– Bax, kafirlər[Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] burada itirdilər, ziyana düçar oldular.

(60/40, Mumin / 82-85)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Bax: 37 nömrǝli qeyd.

[iii] Ərşi daşıyanlar ibarǝsinin ǝsl mǝnası “Allah barǝsindǝ mǝlumatları daşıyanlar” demǝkdir. Onlar Allahın varlığına, birliyinǝ, mǝbud vǝ rǝbb olduğuna dǝlalǝt edǝn bütün varlıqlar vǝ Ərşin sahibi tǝrǝfindǝn onlara verilǝn tapşırıqlar daxilindǝ Allah haqqında elmi, tövhidi bir yerdǝn başqa bir yerǝ daşıyan, Allahı tanıtdıran peyğǝmbǝrlǝrdir.

[iv] Bax: 71 nömrǝli qeyd.