LOĞMAN SURƏSİ
MƏKKƏ DÖVRÜ

LOĞMAN SURƏSİ

Nəcm: 214

1. Əlif / 1, Lam / 30, Mim / 40.[i]

2-5. Bax bunlar, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirən-yaşadan], zəkat / vergi verən, axirətə də qəti surətdə inananlar olan gözəl-yaxşı əməl işləyənlər –bax onlar öz Rəbbi tərəfindən doğru yola yönləndirilmişdir. Və onlar, nicat tapacaq– üçün bir doğru yol bələdçisi və rəhmət olmaq üçün qanunlar ehtiva edən o kitabın ayələridir.

(57/31, Loğman / 1-5)

Nəcm: 215

6. İnsanlardan kimi də vardır ki, cahilcə Allah yolundan azdırmaq və onu əyləncəyə çevirmək üçün məsxərə satın alır. Bax onlar üçün alçaldıcı bir əzab var.

7. Və ona ayələrimiz oxunduğu zaman, sanki qulaqlarında bir ağırlıq varmış və onları eşitmirmiş kimi təkəbbürlə üz çevirər. Bax onu, çox ağrılı bir əzabla müjdə ver.

8,9. Şübhəsiz, iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər üçün, içində əbədi olaraq qalacaqları nemət cənnətləri var. Bu, Allahın həqiqi bir vədidir. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

(57/31, Loğman / 6-9)

Nəcm: 216

10. Allah, göyləri dayaq olmadan əmələ gətirmişdir, bunu görürsünüz. Yer üzündə də, sizə süfrə açsın deyə möhkəm duran dağlar qoymuşdur və oralarda irili-xırdalı hər canlıdan törədib yaymışdır. Və Biz göydən su endirdik, beləliklə orada qiymətli bitkilərin hər cütündən bitirdik.

11. Bax bu, Allahın yaratmağıdır. Haydı, göstərin mənə! Onun altındakılardan olan kəslər nə yaratmışdır? Əslində o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər, açıq-aşkar bir azğınlıq içindədirlər.

(57/31, Loğman / 10-11)

Nəcm: 217

12. And olsun ki, Biz, Loğmana: “Sənə verilən nemətlərin əvəzini Allaha ödə!” deyə, haqsızlıq və fitnə-fəsada mane olmaq üçün qoyulmuş qanun, düstur və qaydalar verdik. –Kim ona verilən nemətlərin əvəzini ödəsə, özü üçün ödəyər. Kim də nankorluq etsə, şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, daim tərifə ən layiq olandır.–

13. Və bir zaman Loğman öz oğluna nəsihət verərək: “Oğlum! Allaha şərik qoşma, heç şübhəsiz ki, Allaha şərik qoşmaq, həqiqətən böyük bir səhvdir; öz zərərin olan əməli işləməkdir.

16. Ey oğlum! Şübhəsiz ki, Allaha şərik qoşmaq; işlənən pis bir əməl bir xardal dənəsi ağırlığında olsa da bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa, Allah onu gətirəcək. Şübhəsiz ki, Allah, ən lətif, hər şeydən xəbərdar olandır.

17. Ey oğlum! Səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını yarat-yaşat], yaxşılığı əmr et, pis işləri qadağan elə. Sənə düşənə səbr et. Şübhəsiz ki, bunlar, işlərin qəti olanlarındandır.

18. Və insanlara ovurdunu şişirmə [təkəbbürlə onlardan üz döndərmə], qaşqabağını tökmə və yer üzündə lovğa-lovğa gəzib dolaşma. Şübhəsiz ki, Allah öyünən və övhama qapılanları sevməz.

19. Və yerişində orta həddi gözlə, səsini qaldırma. Şübhəsiz ki, səslərin ən anlaşılmazı həqiqətən uzunqulaq səsidir.”

13. demişdi.

14. Və Biz insana, anası və atasını öhdəlik olaraq yüklədik. –Anası onu getdikcə artan zəifliklə daşımışdı. Onun süddən ayrılması da iki il içində olur.– “Mənə, anana və atana əvəz ödə!” Dönüş, ancaq Mənədir.

15. Və əgər ki, ana-atan bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etməyə cəhd göstərsələr, onlara itaət etmə. Və dünyada onlarla yaxşı dolan və Mənə yönələn kəslərin yolunu tut. Sonra dönüşünüz ancaq Mənədir. Sonra da Mən, sizə etməkdə olduğunuz şeyləri sizə xəbər verəcəyəm.[ii]

(57/31, Loğman / 12-13, 16-19, 14-15)

Nəcm: 218

20. Allahın, göylərdə və yer üzündə nə varsa, hamısını sizə tabe etdirdiyini / sizin istifadə edəcəyiniz quruluş və sistemdə yaratdığını görmədinizmi? Və Allah, daxildə və açıqda olmaqla nemətlərini sizin üstünüzə yaymışdır. İnsanlardan eləsi də var ki, elmsiz, rəhbərsiz və özünə aydınlıq gətirən bir kitabı olmadan Allah haqqında mübahisə edir.

21. Və onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildiyi zaman: “Əksinə, biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!” dedilər. Bəlkə şeytan onları cəhənnəmin əzabına çağırır!

(57/31, Loğman / 20-21)

Nəcm: 219

22. Və hər kim gözəl-yaxşı əməl işləyərək özünü Allaha təslim edərsə, bax o, həqiqətən ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin aqibəti Allaha aiddir.

23. Kim də küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə], artıq onun küfrü [bilə-bilə inkar etməsi] səni kədərləndirməsin. Onların dönüşü ancaq Bizədir. O zaman Biz onlara etdikləri şeyləri xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərin içini çox yaxşı bilir.

24. Biz onları bir az bəhrələndirəcəyik. Sonra da onları şiddətli bir əzaba doğru sürəcəyik.

25. Yenə and olsun ki, onlardan: “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, mütləq “Allah” deyəcəklər. De ki: “Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz!” Əslində onların çoxu bilməz.

26. Göylərdə və yerdə olan şeylər ancaq Allahındır. Şübhəsiz ki, Allah zəngindir / heç bir şeyə möhtac deyil, daim tərifə layiqdir.

27. Və əgər, şübhəsiz, yer üzündə ağac adına nə varsa qələm olsa, dəniz də ardınca yeddi dərya əlavə edilərək onun mürəkkəbi olsa, Allahın sözləri tükənməz. Şübhə yox ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

28. Sizin yaradılmağınız və ölümdən sonra dirildilməyiniz tək bir nəfərin [yaradılması və dirildilməsi] kimidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir.

29. Görmədinmi / heç düşünmədinmi ki, Allah gecəni gündüzə daxil edir, gündüzü gecəyə daxil edir. Günəş və ayı əmrinə ram etmişdir / insanların faydalanmasına uyğun quruluş və sistemdə yaratmışdır. Hamısı müəyyən bir müddətin sonuna [doğru] axıb gedir. Və şübhəsiz ki, Allah əməllərinizin layiqincə xəbərdardır.

30. Bu da o səbəblədir ki, şübhəsiz, Allah haqqın elə özüdür. Və onların, Allahın altındakılardan yalvardıqları şeylər həqiqətən qeyb olub getmişdir. Və şübhəsiz ki, Allah, ən uca, ən böyükdür.

31. İşarətlərini / nişanələrini sizə göstərmək üçün, şübhəsiz, Allahın lütfü ilə gəmilərin dənizdə üzüb getdiyini görmürsənmi / heç düşünmədinmi? Şübhəsiz ki, bunda, çox səbr edən və özünə verilən nemətlərin əvəzini çox ödəyən hər kəs üçün işarətlər / nişanələr vardır.

32. Və kölgələr kimi bir dalğa onları bürüyəndə, Onun üçün dini pak tutaraq Allaha dua edərlər. Amma nə zaman ki quruya çıxararaq xilas etdi, onlardan bir qismi orta yol tutar [iman ilə Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək arasında bir yol tutar, ikibaşlı oynayar]. Və bizim ayələrimizi ancaq tamamilə xain və tamamilə nankor olan kəslər bilə-bilə inkar edər.

33. Ey insanlar! Rəbbinizin mühafizəsi altına daxil olun. Və atanın övladına heç bir faydasının olmadığı, övladın da atasına heç bir faydasının olmadığı günü [yada salaraq] ürpərin. Şübhəsiz ki, Allahın vədi haqdır. O halda, bəsit dünya həyatı sizi aldatmasın. Və əsla o çox aldadan, sizi Allah barəsində aldatmasın.

34. Şübhəsiz ki, qiyamətin qopma vaxtının elmi Allahın yanındadır. Və yağışı O yağdırır, bətnlərdə olan şeyləri O bilir. Və kimsə sabah nə qazanacağını bilə bilməz. Kimsə hansı yerdə öləcəyini də bilməz. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı xəbərdar olandır.

(57/31, Loğman / 22-34)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Bu hissǝdǝki ayǝlǝr dǝ texniki vǝ semantik sǝbǝblǝrlǝ “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli ardıcıllıqla düzülmüşdür.