BƏYYİNƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ

BƏYYİNƏ SURƏSİ

Nəcm: 604

1-3. Kitab əhlindən və şərik qoşanlardan küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] kəslər, özlərinə açıq dəlil; içində tərtəmiz / sapsağlam yazılar olan, tərtəmiz səhifələri oxuyan, Allah tərəfindən göndərilmiş bir elçi gələnə qədər sərbəst buraxılmadılar, gözdən uzaqlaşdırılmadılar.

4. Və Kitab verilən o kəslər, ancaq özlərinə açıq dəlil gəldikdən sonra ixtilafa düşdülər.

5. Halbuki onlara sadəcə, dini ancaq Allah üçün pak tutan kəslər olaraq ancaq Allaha qulluq etmələri, səlatı yerinə yetirmələri [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirmələri, qorumaları], zəkat / vergini vermələri əmr olunmuşdu. Və bax bu, doğru / əskiksiz / aşınmaz dindir.

6. Şübhəsiz, Kitab əhlindən və şərik qoşanlardan küfr işləyən bu kəslər, içində əbədi qalacaqları cəhənnəmin odunda olacaqlar. Bax məhz onlar, yaradılmışların ən pisidirlər.

7. Şübhəsiz, məhz inanan və saleh əməllər işləyən kəslər, yaradılmışların ən xeyirlisidirlər.

8. Onların öz Rəbbi yanındakı mükafatı, içində əbədi qalacaqları, altlarından çaylar axan Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu mükafat, Rəbbi qarşısında elmlə, məhəbbətlə, ehtiramla ürpərən kəslər üçündür.

(100/98, Bəyyinə / 1-8)