ALİ-İMRAN SURƏSİ
MƏDİNƏ DÖVRÜ

ALİ-İMRAN SURƏSİ

Nəcm: 477

1. Əlif / 1, Lam / 30, Mim / 40.[i]

2. Allah, Özündən başqa tanrı deyə bir şey olmayandır, hər zaman diridir, qayyumdur [hər şeyi öz yerində saxlayan, hifz edəndir].

3,4. Allah, sənə, yalnız içindəkiləri təsdiqləyici olaraq bu kitabı haqq ilə nazil etdi. O, daha əvvəl insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də nazil etmişdi. Furqanı da O nazil etdi. Şübhəsiz ki, kafirlər [Allahın ayələrini bilə-bilə inkar edənlər] üçün şiddətli bir əzab var. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, günahkarları tutub cəzalandırmaq surətiylə ədaləti təmin edəndir.

5. Şübhəsiz ki, yer üzündə və göydə heç bir şey Allaha gizli qalmaz.

6. O, sizə, bətnlərdə dilədiyi kimi surət verəndir. Özündən başqa məbud deyə bir şey yoxdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

7-9. Allah, sənə bu kitabı nazil edəndir. Bu kitabdan bir hissəsi qanunları ehtiva edən ayələrdir ki, bunlar kitabın anasıdır. Digərləri də oxşar mənalı ayələrdi. Ancaq bu vəziyyətdə, qəlblərində dönüklük / şəkk-şübhə olan kəslər, insanları dindən çıxarmaq, şərik qoşmağa sövq etmək və onun mənalarından ən uyğun olanı müəyyənləşdirməyə çalışmaq məqsədi ilə dərhal ondakı oxşar mənalı ayələrin arxasınca gedərlər. Halbuki onun mənalarından ən uyğun olanını ancaq Allah və: –“Biz buna inandıq, hamısı Rəbbimizin dərgahındandır. Rəbbimiz! Bizə doğru yolu göstərdikdən sonra qəlblərimizi azdırma! Bizə Öz tərəfindən rəhmət bəxş et! Şübhəsiz ki, Sən, bol-bol lütf edənsən. Rəbbimiz! Şübhəsiz ki, Sən, insanları, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə toplayansan. Şübhəsiz ki, Allah vədindən qətiyyən dönməz” deyən– o elmdə qüvvətli olanlar bilər. Və yalnız qavrama qabiliyyəti olanlar öyüd alar.

Nəcm: 478

10,11. Şübhəsiz, kafirlərin [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslərin] malları və övladları, –eynilə Fironun yaxınlarında və onlardan əvvəlkilərdə olduğu kimi– Allahdan [gələn] heç bir şeyi dəf edə bilməz. Və onlar atəşin yanacağıdır. Fironun yaxınları və onlardan əvvəlkilər, ayələrimizi təkzib etdilər, Allah da onları günahlarına görə yaxaladı. Və Allahın cəzası / yaxalaması çox şiddətlidir.

12. Kafirlərə [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edənlərə] de: “Siz, tezliklə məğlubiyyətə uğrayacaq və cəhənnəmdə toplaşacaqsınız .” Və o, nə pis bir yataqdır!

(89/3, Ali-İmran / 10-12)

Nəcm: 479

13. Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün həqiqətən bir işarət / nişan var; dəstələrdən biri Allah yolunda döyüşürdü; digəri də kafir [Allahın məbud və rəbb olduğunu örtən / inanmayan] idi. Onları, öz gözləriylə özlərindən iki qat çox görürdülər. Və Allah, dilədiyini Öz köməyiylə gücləndirər. Şübhəsiz ki, bunda bəsirət sahibləri; sağlam fikirli kəslər üçün həqiqətən bir ibrət var.

(89/3, Ali-İmran / 13)

Nəcm: 480

14. Qadınlara, oğullara, yığın yığın qızıl və gümüşə, sərbəst [qaçan] gözəl atlara, ətindən və südündən istifadə olunan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara gözəl / cazibədar göstərilmişdir. Bunlar, bəsit dünya həyatının qazancıdır. Gözəl qayıdış yeri isə Allah yanındadır.

15-17. De ki: “Sizə bundan daha xeyirli olanı xəbər verimmi? Allahın mühafizəsi altına daxil olan; “Ey Rəbbimiz! Şübhəsiz ki, biz iman gətirdik, artıq bizim günahlarımızı bağışla və bizi Atəşin əzabından qoru!” deyən, səbr edən; sabitqədəm olan, doğru olan, daim ehtiram göstərən, Allah yolunda xərcləyə və sübh vaxtlarında bağışlanmaq diləyən kəslər üçün Rəbbinin yanında, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlət, pak zövcələr və Allahın razılığı vardır. Və Allah, qulları ən yaxşı görəndir.

(89/3, Ali-İmran / 14-17)

Nəcm: 481

18. Allah, təbiətdəki güclər / xəbərçi ayələr və haqq-ədaləti bərqərar edən elm sahibləri, həqiqətən Allahdan başqa heç bir məbud olmadığına şahidlik etdi. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandan, ən yaxşı qanun qoyandan başqa məbud deyə bir şey yoxdur.

19. Şübhəsiz, Allah yanında din, islamdır. Özlərinə Kitab verilən kəslər də, yalnız özlərinə o elm gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini ört-basdır etsə; şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.

20. Buna baxmayaraq əgər səninlə mübahisə etsələr də ki: “Mən bütün varlığımı Allah üçün islamlaşdırdım / mən müsəlman oldum. Mənə tabe olanlar da müsəlman oldular.” Kitab verilmiş kəslərə və şəhərlilərə de ki: “Siz də möhkəmləndirdinizmi / islamı qəbul etdinizmi?” Əgər möhkəmləndirsələr / islama daxil olsalar, yönləndirildikləri doğru yola çatmış olarlar. Və əgər arxa çevirsələr, sənin vəzifən ancaq təbliğ etməkdir. Və Allah, bəndələrini ən yaxşı görəndir.

21. Şübhəsiz, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan ədaləti əmr edən kəslərin canına qəsd edən kimsələri sən dərhal şiddətli bir əzabla müjdələ!

22. Bax bunlar, dünyada və axirətdə əməlləri puç olan kəslərdir. Onlar üçün heç bir köməkçi də yoxdur.

23. Özlərinə Kitabdan bir pay verilmiş olan kəsləri görmədinmi / heç düşünmədinmi? Onlar, öz aralarında hökm vermək üçün Allahın kitabına dəvət olunurlar, sonra onlardan bir qismi uzaqlaşaraq boyun qaçırır.

24,25. Bu, onların, “Atəş bizə bir neçə gündən artıq qətiyyən toxunmaz” dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də öz dinlərində onları aldatmaqdadır. Yaxşı, barəsində heç bir şübhə olmayan o gündə onları bir yerə topladığımız və heç kimsəyə haqsızlıq edilmədən hər kəsə qazandıqları şeylər tamam-kamal ödəndiyi zaman necə olacaq?

(89/3, Ali-İmran / 18-25)

Nəcm: 482

26,27. De ki: “Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyin kimsəyə verərsən, dilədiyin kimsədən də hökmranlığı çəkib alarsan, dilədiyin kimsəni güclü edərsən, dilədiyin kimsəni də alçaq, rəzil edərsən. Xeyir Sənin əlindədir. Şübhəsiz, Sən hər şeyə qadirsən! Sən gecəni gündüzün içinə daxil edərsən, gündüzü gecənin içinə daxil edərsən; Sən, ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən, dilədiyinə saysız-hesabsız ruzi verərsən.”

(89/3, Ali-İmran / 26-27)

Nəcm: 483

28. Möminlər özlərindən səviyyəsizləri, kafirləri [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəsləri] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməsinlər / idarəçi etməsinlər, həyatlarını onların əllərinə tapşırmasınlar. Bunu hər kim etsə, [ona] Allahdan heç bir şey yoxdur. Ancaq onlardan qorunmaq üçün belə etməyiniz / təqiyyə edərək qorunmağınız istisnadır. Allah sizi Özündən [Öz əzabından] çəkindirir. Və oluş / qayıdış yalnız Allaha tərəfdir.

29. De ki: “Sinələrinizdəki şeyləri gizlətsəniz də, aşkar etsəniz də, Allah onu bilir. Və Allah, göylərdə olan şeyləri və yerdə olan şeyləri bilir. Və Allah, hər şeyə qadirdir.”

30. O gün hər adam, işlədiyi xeyir əməlləri, işlədiyi pis əməlləri qarşısında hazır görəcək. Özü ilə pis əməlləri arasında şübhəsiz, çox uzaq məsafə olmasını arzulayacaq. Allah sizi Özünün [əzabından] çəkindirir. Şübhəsiz ki, Allah, qullarına çox şəfqətlidir.

31. De ki: “Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı sizin üçün bağışlasın. Və Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, geniş mərhəmət sahibidir.”

32. De ki: “Allaha və Elçiyə itaət edin!” Üz döndərsələr, bilin ki, Allah kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] sevməz.

(89/3, Ali-İmran / 28-32)

Nəcm: 484[ii]

33,34. Şübhəsiz, Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini –bir-birinin nəslindən [törəmiş] olmaqla– aləmlər üzərində seçilmiş [üstün] etdi. Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

35. Bir zaman İmranın arvadı: “Ey Rəbbim! Həqiqətən mən, bətnimdəkini tam azad olaraq sənin üçün nəzir edirəm. Sən də məndən qəbul et, şübhəsiz Sən ən yaxşı eşidənsən, ən yaxşı bilənsən” demişdi.

36. Onu dünyaya gətirdikdə: “Ey Rəbbim, şübhəsiz mən, onu qız olaraq doğdum; –Halbuki Allah onun doğduğu şeyi daha yaxşı bilir– oğlan, qız kimi deyil. Və şübhəsiz ki, ona Məryəm adını verdim. Və şübhəsiz ki, mən, onu və onun nəslini şeytani-rəcimdən; qovulmuş / qatil, əsassız söz və düşüncə çıxaran, qaranlığa daş atan şeytandan sənə tapşırıram” dedi.

37. Belə olduqda, Rəbbi Məryəmi gözəl [bir şəkildə] qəbul etdi. Və onu gözəl bir bitki olaraq yetişdirdi və ona; Məryəmin, İsanı qeyri-qanuni şəkildə doğmayaraq Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyanı zamin etdi. Zəkəriyya nə zaman onun yanına / xüsusi otağına girsə, onun yanında bir ruzi görərdi. Zəkəriyya, “Ey Məryəm! Bu, sənin üçün haradandır?” dedi. Məryəm də: “O, Allah tərəfindəndir!” dedi. Şübhəsiz ki, Allah dilədiyinə saysız-hesabsız ruzi verər.

***

38. –Orada Zəkəriyya Rəbbinə yalvardı: “Ey Rəbbim! Mənə Öz tərəfindən pak bir nəsil bəxş et. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən” dedi.

39. Sonra Zəkəriyya, xüsusi kürsüdə dayanıb səlat edərkən [təhsil-təlimlə məşğul olarkən] xəbərçi ayələr ona: “Şübhəsiz ki, Allah sənə, Allah tərəfindən olan bir sözü təsdiq edən, ağa / bir rəhbər, iffətli bir peyğəmbər olaraq, əməlisalehlərdən Yəhyanı müjdələyir” deyə səsləndilər.

40. Zəkəriyya: “Ey Rəbbim! Qocalıq məni haqladığı, arvadım da sonsuz olduğu halda, mənim necə oğlum ola bilər?” dedi. Allah: “Elədir, Allah istədiyini edər” dedi.

41. Zəkəriyya: “Ey Rəbbim! Mənim üçün bir əlamət / nişan göstər” dedi. Allah: “Sənin əlamətin / nişanın insanlarla üç gün danışmamaqdır, işarəylə danışmaq istisna olmaqla. Və Rəbbini çox yada sal, hər zaman Onu nöqsanlıqlardan pak tut” dedi.–

42,43. Və bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tər-təmiz biri etdi və səni aləmlərin qadınlarına [üstün] etdi. Ey Məryəm! Rəbbinə ehtiram et, Ona boyun əyib tabeçilik göstər və Allahın bir olduğunu təsdiqləyən kişilərlə birlikdə sən də Allahın bir olduğunu təsdiqlə” demişdilər.

44. Bax bu, [sənin] hiss etmək imkanının olmadığı, keçmiş [zamanların] vacib xəbərlərindən sənə vəhy etdiyimiz [xəbərdir]. Və Məryəmə kim zamin olacaq deyə qələmlərini atdıqları zaman sən yanlarında deyildin. Onlar mübahisə edərkən də sən yanlarında deyildin.

45-46. Bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Allah səni, Öz tərəfindən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə şərəflidir. Və O, yaxınlaşdırılanlardan və əməlisalehlərdəndir. Yüksək bir məqama çataraq və yetkin biri olaraq insanlarla danışacaq.

48. Və Allah, Ona kitabı, haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları və Tövrat ilə İncili öyrədəcək.

49-51. Və onu İsrail oğullarına bir elçi göndərəcək; [İsa da onlara] deyəcək ki: Bu bir həqiqətdir ki, mən sizə Rəbbinizdən bir işarət / nişan gətirdim / bir əlamətlə gəldim; şübhəsiz ki, mən sizin üçün palçıqdan; gildən; saxsıdan quş formasında bir şey; ‘buxurdan (ətirli tüstü yandırmaq üçün qab)’ düzəldərəm. Sonra onun içinə üfürərəm; aerozol hazırlayaram, Allahın izni ilə xəstəlik əmələ gətirən şeylər quş olar / uçub gedər. Mən, koru və əyrini yaxşılaşdırar, sosial ölüləri Allahın izni ilə dirildərəm. Ərzaqlarınızı və evlərinizdə yığıb saxlayacağınız taxıllarınız; sonra yemək üçün yığıb saxladıqlarınızı sizə xəbər verərəm. –Əgər inananlardansınızsa, bunda sizin üçün həqiqətən bir işarət / nişan var.– Tövratdan yalnız İncildə olanları təsdiqləyənəm. Sizə qadağan edilənlərin bir hissəsinə icazə verəcəyəm edəcəyəm. Sizə Rəbbinizdən bir işarət / nişan da gətirdim. Artıq Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Şübhəsiz ki, Allah mənim Rəbbimdir və sizin Rəbbinizdir. Onun üçün Ona bəndəlik edin! Bax bu, doğru yoldur.” demişdilər.

47. Məryəm: “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda, mənim üçün uşaq necə ola bilər?” dedi. Allah dedi: “Elədir! Allah dilədiyi şeyi əmələ gətirər; O, bir işin olmasını qərara aldıqda, onun üçün ‘Ol!’ deyər, o da dərhal olar.”[iii]

52,53. Sonra İsa, onların küfrünü [Allahın məbud və rəbb olduğunu rabliğini bilə-bilə inkar etmələrini] hiss etdikdə: “Allah yolunda mənim köməkçilərim kimdir?” dedi. Həvarilər dedilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman gətirdik, bizim şübhəsiz müslümlər [təslim olanlar] olduğumuza şahid ol. –Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə birlikdə yaz.–

54. Və inanmayanlar pis plan qurdular, Allah da onların pis planlarını puç etdi. Və Allah, pis planları puç edənlərin ən xeyirlisidir.

55-57. Bir vaxt Allah demişdi: “Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırladanam / səni öldürənəm, səni Öz dərgahıma qaldıranam və səni kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] təmizləyənəm. Və sənə tabe olan kəsləri, qiyamətə qədər kafirlərdən [Allah’ın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] üstün edənəm. Sonra qayıdışınız yalnız Mənə olacaq. Sonra da ixtilafa düşdüyünüz şeylərdə aranızda hökm verəcəyəm. Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] gəldikdə, onları dünyada və axirətdə şiddətli bir əzaba düçar edəcəyəm. Onlar üçün heç bir köməkçi də olmayacaq. İman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə gəldikdə, Allah, onların mükafatlarını tamam-kamal verəcəkdir. Və Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri sevməz.”

58. Biz bunu sənə ayələrdən və qanunlar ehtiva edən xatırladıcıdan / öyüddən / Qurandan oxuyuruq.

59. Şübhəsiz ki, Allah yanında İsanın vəziyyəti, Adəmin / hər insanın vəziyyəti kimidir; O, onu torpaqdan əmələ gətirdi, sonra ona “Ol!” dedi, o da dərhal oldu.

60. Bu gerçək, sənin Rəbbin tərəfindəndir, elə isə şübhə edənlərdən olma.

61. Sənə elm gəldikdən sonra kim bu mövzuda səninlə mübahisə etsə, dərhal de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizə nifrin edək, Allahın uzaqlaşdırıb gözdən salmasını [lənətini] yalançıların üstünə yağdıraq.”

62. Şübhəsiz, bu, tamamilə haqq olan qissədir. Allahdan başqa heç bir tanrı yoxdur. Və şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

63. Əgər üz döndərsələr, bilinsin ki, Allah fitnə-fəsad törədənləri ən yaxşı biləndir.

(89/3, Ali-İmran / 33-46, 48-51, 47, 52-63)

Nəcm: 485

64. De ki: “Ey Kitab əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə; ‘Allahdan başqasına bəndəlik etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın altındakılardan bir-birimizi rəbb qəbul etməyək’ prinsipinə [tərəf] gəlin. Buna baxmayaraq, əgər Kitab əhli üz döndərsələr, “Şübhəsiz, bizim müsəlmanlar olduğumuza şahid olun” deyin.

65. Ey Kitab əhli! Tövrat və İncil özündən sonra nazil edildiyi halda, İbrahim barəsində niyə höcətləşirsiniz? Hələ də ağlınızı işlətməyəcəksiniz?

66. Baxın, siz bu kəslərsiniz. Bir az məlumatınız olan şey haqqında mübahisə etdiniz, yaxşı, heç məlumatınız olmayan şey barəsində bəs niyə höcətləşirsiniz? Və Allah bilir, siz bilməzsiniz.

67. İbrahim, yəhudi və nəsrani / xristian deyildi. Amma o, haqqa dönmüş bir müsəlman idi / islamlaşdıran şəxs idi. O, şərik qoşanlardan da deyildi.

68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanları, əlbəttə onun ardınca gedənlər, bu Peyğəmbər və iman edən bu kəslərdir. Allah, möminlərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır.

***

69. Kitap əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki onlar, yalnız özlərini düz yoldan azdırırlar, fərqinə də varmırlar.

70. Ey Kitab əhli! Siz şahid olduğunuz halda, nə üçün Allahın ayələrini bilə-bilə inkar edirsiniz?

71. Ey Kitab əhli! Sizlər bildiyiniz halda, nə üçün haqqı batillə qarışdırır və həqiqəti gizlədirsiniz?

72-74. Kitap əhlindən bir dəstə də, möminləri döndərmək üçün dedi: “Nazil edilənə günün əvvəlində iman gətirin və sonunda da bilə-bilə inkar edin / inanmayın. Və sizə verilənin bir bənzərinin bir kimsəyə verilmiş olduğuna, yaxud Rəbbiniz yanında sizin əleyhinizə dəlillər gətirəcəkləri barəsində öz dininizə uyanlardan başqasına inanmayın.” De ki: “Şübhəsiz, bələdçilik, Allahın bələdçiliyidir.” De ki: “Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə verər. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir. Öz mərhəmətini istədiyinə məxsus edər. Və Allah, böyük lütf sahibidir.”

75. Və Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir yük əmanət versən, onu sənə geri qaytarar. Onlardan eləsi də vardır ki, ona bir ədəd qızıl pul əmanət etsən, başının üstünü kəsdirməsən onu sənə geri verməz. Bunun səbəbi, onların: “Ümmilərin / şəhərlilərin bizim əleyhimizə yol tapmağı mümkün deyil” deməsidir. Onlar bilə-bilə Allaha qarşı yalan da söyləyərlər.

76. Xeyr, kim Onun əhdinə / Ona verdiyi sözə vəfalı olsa və Allahın mühafizəsi altına daxil olsa, bilsin ki, həqiqətən Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri sevər.

77. Şübhəsiz, Allahın əhdini / Allaha verdikləri sözləri və andlarını ucuz qiymətə satan kəslər; bax onlar, axirətdə heç bir payı olmayanlardır. Və Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Çox şiddətli əzab da onlar üçündür.

78. Və Kitab əhlindən ağılsız, sərsəri bir dəstə də var ki, bəzi sözlər və prinsiplər kitabdan olmadığı halda siz onu kitabdan zənn edəsiniz deyə, dillərini kitaba doğru əyib-bükürlər. O, Allah dərgahından olmadığı halda, “Bu, Allah tərəfindəndir!” deyirlər. Özləri bilə-bilə Allaha qarşı yalan da söyləyirlər.

(89/3, Ali-İmran / 64-78)

Nəcm: 486

79. Allah, fanilərdən kitab, qanun qoymaq və icra etmək [səlahiyyəti] və peyğəmbərlik verdiyi heç kəsə, yaraşmaz ki, insanlara desin: “Allahın altındakılardan [biri] olan mənə, qul / kölə olun.” Əksinə, [belə] demək yaraşar: “Öyrətdiyiniz və dərs aldığınız / oxuduğunuz kitabın [bildirdiyi] kimi, Rəbbə səmimi bəndələr olun.”

80. Və Allah sizə, təbii gücləri; zorakıları, zorakı rejimləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyinizi əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi heç əmr edərmi?!

(89/3, Ali-İmran / 79-80)

Nəcm: 487

81. Və bir vaxt Allah peyğəmbərlərdən: “And olsun ki, sizə kitabdan və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalardan verdim, sonra yanınızda olanı təsdiqləyici bir elçi gəldikdə, ona mütləq inanacaq və ona kömək edəcəksiniz!” deyə möhkəm əhd almışdı. Allah, “Bunu təsdiq edib, qəbul etdinizmi? Və bu barədə ağır əhdimi üstünüzə götürdünüzmü / verdiyiniz sözü həqiqətən yerinə yetirəcəksinizmi?” dedi. Onlar: “Təsdiq etdik!” dedilər. Allah: “Elə isə, şahid olun, Mən də sizinlə birlikdə şahid olanlardanam” dedi.

82. Artıq bundan sonra kim dönsə, bax məhz onlar haqq yoldan çıxanlardır.

(89/3, Ali-İmran / 81-82)

Nəcm: 488

83. Yaxşı, onlar, göylərdə və yerdə olan hər kəs, istər istəməz Onun üçün islamlaşmış olduğu halda və özləri də yalnız Ona qaytarılacaqları halda, Allahın dinindən başqa bir din axtarırlar?

84. De ki: “Biz Allaha, bizə nazil edilən Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə inandıq. Onlardan heç biri arasında fərq qoymuruq. Və biz, yalnız Onun üçün islamlaşanlarıq.”

85. Və kim islamdan başqa bir din axtarışında olsa, o, heç bir zaman ondan qəbul olunmaz. Və islamdan başqa din axtaran kəs, axirətdə zərər çəkənlərdən olar.

86. İman gətirdikdən və həqiqətən elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] bir qövmə Allah necə bələdçilik edər? Və Allah, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər dəstəsinə bələdçilik etməz.

(89/3, Ali-İmran / 83-86)

Nəcm: 489

87,88. Onların cəzaları, Allah, təbii güclər / xəbərçi ayələr, insanların hamısı tərəfindən lənətlənərək uzaqlaşdırılmaqdan [və bu lənətin içində] əbədi qalmaqdan ibarətdir. Onların bu əzabı yüngülləşdirilməz və onlara möhlət verilməz.

89. Ancaq bundan sonra şüurlanaraq səhvlərindən dönən və düzəldənlər istisnadır. Şübhəsiz, Allah, çox bağışlayan və çox rəhm edəndir.

90. Şübhəsiz, iman gətirdikdən sonra küfr işləyən [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən], sonra da küfrü [həqiqəti örtmək işini] artıran kəslərin səhvlərdən dönüşü qətiyyən qəbul olunmayacaq. Və onlar məhz azğınlardır.

91. Şübhəsiz ki, küfr işləyən [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən] və bu halda ölən kəslərin heç birindən dünya dolusu qızıl –onu fidyə / xilas olmaq üçün əvəz versələr belə– əsla qəbul olunmaz. Bax onlar üçün dözülməz əzab var. Onlar üçün heç bir köməkçi də yoxdur.

(89/3, Ali-İmran / 87-91)

Nəcm: 490

92. Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə, əsla “yaxşı adamlıq” mərtəbəsinə çata bilməzsiniz . Və siz, hər nəyi bağışlasanız həqiqətən Allah, onu ən yaxşı biləndir.

(89/3, Ali-İmran / 92)

Nəcm: 491

93,94. Tövrat nazil olmamışdan əvvəl, İsrailin / Yəqubun özü-özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğulları üçün halal idi. De ki: “Əgər doğru kəslərsinizsə, dərhal Tövratı gətirin və onu oxuyun. Artıq kim bundan sonra Allaha qarşı yalan uydursa, bax onlar məhz səhv; öz zərərinə olan əməli işləyənlərdir.”

95. De ki: “Allah doğru söyləmişdir. Elə isə şərik qoşmaqdan, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən əl çəkən biri olaraq  İbrahimin dininə tabe olun. Və o, müşriklərdən deyildi.”

(89/3, Ali-İmran / 93-95)

Nəcm: 492

96,97. Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qoyulan ilk ev, Məkkədəkidir. Onda açıq-aşkar işarətlər / nişanələr;  İbrahimin öz vəzifəsini icra etdiyi yer [öyrədilib, yetişdirilib şərik qoşmağa qarşı üsyan etdiyi yer] var. Və oraya kim daxil olsa, əmin-amanlıqdadır. Və [o yerin] yoluna gücü çatan hər kəsin Beyti / ilahiyyat təhsili mərkəzini [özü üçün bir] hədəf halına gətirməsi, ilahiyyat təhsili üçün ora getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də həqiqəti ört-basdır etsə, bilsin ki, həqiqətən, Allah bütün aləmlərdən zəngindir.

(89/3, Ali-İmran / 96-97)

Nəcm: 493

98. De ki: “Ey Kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini örtürsünüz?”

99. De ki: “Ey Kitab əhli! Siz şahid olduğunuz halda nə üçün Allahın yolu əyri göstərməyə çalışıb iman edən kəsləri Allahın yolundan döndərirsiniz? Allah sizin əməllərinizdən qafil deyil.”

(89/3, Ali-İmran / 98-99)

Nəcm: 494

100. Ey iman etmiş kəslər! Kitab əhlindən hər hansı bir dəstəyə itaət etsəniz, siz iman gətirdikdən sonra sizi, kafirlər [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslər] olaraq döndərərlər.

101. Sizə Allahın ayələri oxunduğu halda və Onun Elçisi də aranızda ikən necə olur ki, küfr işləyirsiniz [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edirsiniz]? Kim də Allaha möhkəm bağlanarsa, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

102. Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olan kəslər olmaq üçün necə mühafizə altına alınmaq lazımdırsa, öz-özünüzü eləcə Allahın mühafizəsi altına daxil edin və ancaq müsəlman olaraq can verin.

103. Və hamılıqla Allahın ipinə möhkəm sarılın / Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın sizə olan nemətini xatırlayın: Bir vaxt siz bir-birinizə düşmən idiniz, Allah, qəlbləriniz arasında ülfət meydana gətirdi. Sonra da siz, Onun neməti sayəsində qardaş oldunuz. Siz bir od uçurumunun kənarında ikən O, sizi oradan xilas etdi. Bax belə, Allah, yönəldildiyiniz düz yolu tapa biləsiniz deyə nişanələrini / işarətlərini sizin üçün beləcə meydana qoyur.

104. Və sizin içinizdə xeyirə dəvət edən, hər kəs tərəfindən qəbul edilmiş yaxşı işləri [görməyi] əmr edən, vəhy və ümumi ağıl tərəfindən pisliyi – eybəcərliyi qəbul edilən şeylərin qarşısını alan bir camaat olsun. Bax məhz onlar nicat tapanlardır.

105-107. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra bölünən və [bir-biri ilə] ixtilafa düşən kəslər kimi də olmayın. Bax onlar, bəzi üzlərin ağardığı, bəzi üzlərin qaraldığı gündə böyük bir əzaba düçar olacaqlar. Üzləri qaralan kəslərə: “Siz inandıqdan sonra yenidən kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri oldunuz? Elə isə, küfr işlədiyiniz [Allahın məbud və rəbb olduğunu  bilə-bilə rədd etdiyiniz üçün görün cəzasını!” [deyiləcək]. Üzləri ağaran kəslər də, bilin ki, Allahın mərhəməti içərisindədir. Onlar orada həmişəlik qalacaqlar.

108. Bunlar, Allahın ayələridir. Biz, sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə əsla [qarşı] haqsızlıq, səhv etməyi istəməz.

109. Və göylərdə və yer üzündə olan şeylər Allaha məxsusdur. Və bütün işlər yalnız Allaha qaytarılacaqdır.

110. Siz, insanlar üçün [meydana] çıxarılmış ən xeyirli ümmətsiniz. Hamı tərəfindən yaxşı qəbul edilən şeyləri əmr edir, vəhy və ümumi ağıl tərəfindən pisliyi, eybəcərliyi qəbul edilən şeylərin qarşısını alır və Allaha inanırsınız. Kitab əhli də inansaydı, özləri üçün əlbəttə daha xeyirli olardı. Onların bəziləri möminlərdir, bir çoxu da yoldan çıxmış kəslərdir.

111. Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşsalar, dönüb qaçarlar. Sonra onlara kömək edilməyəcəkdir.

112. Onlar harada olursa olsunlar, üstlərinə zillət damğası vurulmuşdur. Və –Allahın əhdinə və insanların əhdinə sadiq olanlar xaricində– onlar Allahın qəzəbinə düçar oldular və üstlərinə də miskinlik [damğası] vuruldu. Bu, onların Allahın ayələrini ört-basdır etməkləri və peyğəmbərləri haqsız yerə öldürməkləri səbəbiylədir. Bu, üsyan etməkləri və həddi da aşmaqları səbəbiylədir.

113,114. Hamısı eyni deyil. Kitab əhli arasında düz yolda olan bir camaat var ki, onlar, gecə saatlarında boyun əyib tabeçilik göstərərək Allahın ayələrini oxuyurlar. Allaha və axirət gününə iman gətirirlər, hər kəs tərəfindən yaxşı qəbul edilən şeyləri əmr edirlər, hər kəs tərəfindən pis qəbul edilən şeylərdən çəkindirməyə çalışırlar, xeyirli işlərdə bir-birləriylə yarışırlar. Bax onlar, yaxşı insanlardır.

115. Və onlar nə xeyir əməl işləsələr, qətiyyən gizlədilməyəcək / əvəzsiz qalmayacaq. Və Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri ən yaxşı biləndir.

116. Kafirlərin [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslərin] malları və övladları, Allah yanında onlara qətiyyən fayda verməyəcək. Bax onlar od əhlidirlər. Onlar orada əbədi qalacaqlar.

117. Onların bu bəsit dünya həyatında sərf etdikləri şeyin halı, şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə dəyib o [əkinləri] dəyişikliyə / məhvə məruz qoyan, daxilində yandırıcı soyuqluq olan küləyin halına bənzəyər. Və Allah, onlara haqsızlıq etmədi. Lakin onlar, şərik qoşmaqla özlərinə haqsızlıq edirlər.

118. Ey iman etmiş kəslər! Öz səviyyənizdə olmayanlardan özünüzə sirdaş / möhkəm dost tutmayın. Onlar sizə pislik etməkdən geri qalmazlar. Onlar, çətinliyə düşməyinizi istədilər. Həqiqətən ədavətləri ağızlarından [çölə çıxıb] məlum olmaqdadır. Sinələrində gizlətdikləri şeylər isə daha böyükdür. Əgər siz ağlınızı işlətsəniz, Biz sizin üçün ayələri / nişanələri / işarətləri həqiqətən bəyan etmişik.

119. Siz o kimsələrsiniz ki, onları sevirsiniz, halbuki onlar sizi sevmirlər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: “İman gətirdik” deyirlər, [bir-birləri ilə] xəlvətdə qaldıqları zaman isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De ki: “Kininizlə ölün / gəbərin!” Şübhəsiz ki, Allah sinələrin içini / könülləri ən yaxşı biləndir.

120. Sizə bir yaxşılıq üz verdikdə onların halı pis olar və əgər sizə bir pislik üz versə ona sevinərlər. Və əgər səbr etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, onların hiyləsi sizə qətiyyə zərər verməz. Şübhəsiz ki, Allah onları onların elə öz əməlləri ilə əhatə etmişdir.

(89/3, Ali-İmran / 100-120)

Nəcm: 495[iv]

121. Və bir vaxt sən səhər tezdən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün öz ailəndən ayrılmışdın. –Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir!–

122. O zaman sizdən iki qrup, Allah onların köməkçi, yol göstərən, himayəçi yaxını olduğu halda, dağılmağa üz tutmuşdu. –Artıq, inananlar, işin nəticəsini yalnız Allaha tapşırsınlar!–

123-127. Və and olsun, siz zəif ikən Allah, sizə verilən nemətlərin əvəzini ödəyərsiniz deyə, Bədrdə sizə kömək etdi: O zaman sən möminlərə deyirdin: “Rəbbinizin nazil edilən / endirilən üç min xəbərçi ayə ilə sizə kömək etməsi sizin üçün kafi deyilmi?” Əgər səbr etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, bəli, Rəbbiniz sizə kömək edər. Və əgər onlar üstünüzə gəlsə, Rəbbiniz sizə nişan qoyulmuş / öyrədən / göndərilən beş min xəbərçi ayə ilə kömək edər. Və Allah məhz sizə bir müjdə olsun və qəlbiniz bununla rahatlıq tapsın deyə sizə bu köməyi etdi. Və bu kömək ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan və ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edən Allah tərəfindəndir, [ona görə ki] Allah kafirlərdən [Özünün məbud, rəbb olduğunu bilə-bilə inkar edənlərdən] bir qisminin kökünü kəssin yaxud onları məhv etsin və [onlar da] məğlubiyyətə düçar olan kəslər olaraq geri dönsünlər. Elə isə Allahın mühafizəsi altına daxil olun.

128. Bu işdə sənə [aid olan] heç bir şey yoxdur. Allah, ya onların tövbəsini qəbul edər, yaxud onlara əzab edər. Artıq, sözsüz ki, onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.

129. Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.

(89/3, Ali-İmran / 121-129)

Nəcm: 496

130. Ey iman etmiş kəslər! Qat-qat artırıb sələmi [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Nicat tapmaq üçün Allahın mühafizəsi altına daxil olun.

131. Kafirlər [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslər] üçün hazırlanan atəşdən də çəkinin.

132. Mərhəmət görmək üçün Allaha və Elçiyə itaət edin.

133-135. Və Rəbbiniz tərəfindən bağışlanmağa [tələsin], həm bolluqda həm də qıtlıqda Allah yolunda xərcləyən, qəzəbini udan, insanları bağışlayan, pis bir həyasızlıq işlədikləri yaxud da öz-özlərinə haqsızlıq etdikləri zaman dərhal Allahı yada salıb günahlarına görə əfv diləyən, –Allahdan başqa günahları bağışlayan kimdir? – işlədikləri pis əməllərdə bilə-bilə israr etməyən, Allahın mühafizəsi altına daxil olan insanlar üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin. Və Allah, gözəl-yaxşı əməl işləyənləri sevər.

136. Bax onların alacağı əvəz, Rəbbi tərəfindən bağışlanmaq və içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərdir. Əməl sahiblərinin [alacağı] əvəz / mükafat necə də gözəldir!

137. Həqiqətən sizdən əvvəl vaqeələr gəlib keçdi. Haydı, yer üzündə gəzib-dolaşın, təkzib edənlərin aqibətinin necə olduğunu görün.

138. Bu əmrlər, insanlar üçün bir izah və Allahın mühafizəsi altına daxil olan kəslər üçün yol göstərmə və öyüd-nəsihətdir.

139. Və süstləşməyin, kədərlənməyin! Və əgər möminsinizsə, ən üstün olan sizsiniz.

140,141. Əgər sizə bir yara deydisə, o camaata da ona oxşar bir yara dəymişdi. Və bax o günlər [ki var]; Biz onları [o günləri], Allahın sizdən iman edən kəsləri bildirməsi / nişanlayıb göstərməsi və sizdən şahidlər tutması, Allahın iman edən kəsləri təmizləməsi və kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] isə məhv etməsi üçün insanlar arasında elə hey dolandırırıq. Və Allah, şərik qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri sevməz.

142. Yoxsa, Allah sizin içinizdən səy göstərənləri bildirməmiş / nişanlayıb göstərməmiş, səbr edənləri də bildirməmiş / nişanlayıb göstərməmiş cənnətə girəcəyinizi zənn edirsiniz?

143. And olsun ki, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Budur, onu həqiqətən baxıb gördünüz.

144. Və Məhəmməd ancaq bir elçidir. Həqiqətən ondan əvvəl də elçilər gəlib getmişlər. İndi əgər o ölsə və ya öldürülsə gerimi dönəcəksiniz? Kim geri dönsə, bilsin ki, Allaha heç bir zərər yetirməz. Və Allah, sahib olduğu nemətlərin əvəzini ödəyənlərə əvəz verəcəkdir.

145. Və hər kəs yalnız Allahın elmiylə vaxtı müəyyən edilmiş bir yazıya görə ölər. Və kim dünyada əvəz istəsə, ona ondan verərik. Kim axirətdə əvəz istəsə ona da ondan verərik. Və Biz, sahib olduğu nemətlərin əvəzini ödəyənlərə əvəz verəcəyik.

146. Neçə-neçə peyğəmbərlər də vardı ki, onlarla birlikdə bir çox Allah adamı döyüşmüşdü; Allah yolunda onlara üz verənlərdən süstləşmədilər, zəiflik göstərmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.

147. Onların sözləri də yalnız bu idi: “Rəbbimiz! Bizim günahlarımızı və işlərimizdə həddi aşmağımızı bağışla və qədəmlərimizi möhkəmləndir, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] dəstəsi qarşısında bizə kömək et!”

148. Bu görə Allah onlara dünyada əvəz və axirətdəki əvəzin gözəlliyini verdi. Və Allah, yaxşılaşdıran-gözəlləşdirən kəsləri sevər.

149. Ey iman etmiş kəslər! Əgər siz kafirlərə [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslərə] tabe olsanız, onlar sizi topuğunuzun üstündə geriyə döndərər, siz də ziyana uğrayanlardan olarsınız.

150. Əslində Allah, sizin köməkçi, yol göstərən, himayəçi yaxınınızdır. Və O, yardım edənlərin ən xeyirlisidir.

151. Allahın, haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, Biz, kafirlərin [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslərin] qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Atəşdir. Şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlərin məskəni necə də pisdir!

152. Və siz, Allahın məlumatı daxilində düşmənlərinizi doğrayıb-tökərkən, Allah sizə verdiyi vədini gerçəkləşdirdi. Allah sizə sevdiyiniz şeyləri göstərdikdən sonra zəiflik göstərdiniz, o iş barəsində mübahisə və üsyan etdiniz. Sizdən bəzisi dünyanı istəyirdi, bəzisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan geri döndərdi və həqiqətən sizi bağışladı. Və Allah, möminlərə qarşı çox lütfkardır.

153. Və o vaxt siz yuxarı qaçırdınız, heç kimə baxmırdınız. Elçi də o yandan sizi çağırırdı. Ona görə Allah, əlinizdən çıxan şeylərə və uğradığınız aqibətə görə qəmlənməyəsiniz deyə sizə kədər üstünə kədər göndərməklə əvəz verdi. Allah əməllərinizdən xəbərdardır.

154. Sonra Allah, o qəm-qüssənin ardınca sizə bir rahatlıq, içinizdən bir dəstəni örtüb bürüyən bir yuxu nazil etdi. Bir dəstə də öz nəfslərinin sevdasına düşdü; Allaha qarşı həqiqətdən uzaq cahiliyyət düşüncələri olaraq, zənnə qapılırdılar. Onlar: “Bu işdən bizə bir şey varmı?” deyirdilər. –De ki: “Bütün iş Allaha məxsusdur.– Onlar, sənə açıb bildirməyəcəkləri şeyləri öz daxillərində gizləyirdilər. Onlar: “Bizə bu işdən bir şey olsaydı, elə buradaca öldürülməzdik” deyirdilər. De ki: “Əgər siz, evlərinizdə olsaydınız belə, barələrində öldürülmək yazılmış olanlar həqiqətən uzanıb yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb gedəcəkdi.” Və o, Allahın sizin sinənizdə olanları sınaması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Və Allah sinələrinizdə olanları çox yaxşı biləndir.

155. Şübhəsiz, iki camaatın qarşılaşdığı gün sizdən üz döndərib gedən kəslər [ki var], şeytan onların qazandıqları şeylərin ağrısıyla ayaqlarını büdrətmək istədi. Yenə də Allah onları həqiqətən bağışladı. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox həlimdir.

156. Ey iman etmiş kəslər! Allahın məbud və rəbb olduğunu tanımayan və yer üzündə gəzib-dolaşan yaxud da müharibəyə gedən qardaşları barəsində “Onlar bizim yanımızda olsaydılar ölməzdilər, öldürülməzdilər” deyən o kəslər kimi olmayın. –Həqiqətən Allah bunu onların qəlblərində bir yara edəcək.– Və Allah, həyat verər və öldürər. Və Allah sizin etdiklərinizi ən yaxşı görəndir.

157. Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allah tərəfindən bağışlanmaq və rəhmət, onların yığdıqlarından həqiqətən daha xeyirlidir.

158. And olsun, ölsəniz və ya öldürülsəniz də həqiqətən Allah[ın hüzurun]a toplanılacaqsınız.

159. Sən, sırf Allahın mərhəməti səbəbiylə onlarla yumşaq rəftar etdin. Əgər qaba, daşürəkli olsaydın, onlar sənin ətrafından dağılışıb gedərdilər. Artıq onları bağışla, onlar üçün bağışlanmaq dilə. İşlərdə onlarla məsləhətləş; işin ən gözəlini birgə tapıb meydana çıxar, nəhayət [qərara gəlib] əzm etdikdən sonra işin nəticəsini Allaha tapşır. Şübhəsiz ki, Allah, işin nəticəsini Ona tapşıranları sevər.

160. Allah sizə kömək edərsə, heç kim sizə qalib gələ bilməz. Əgər sizi köməksiz qoysa, artıq ondan sonra kim sizə kömək edə bilər? Elə isə möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.

161. Və heç bir peyğəmbərin dövlət malına xəyanət etməsi mümkün deyil. Və kim dövlət malına xəyanət etsə, qiyamət günündə, xəyanət etdiyi dövlət malıyla [birgə] gələr. Sonra da hər kəsə qazandığının əvəzi əskiksiz verilər. Və onlar, haqsızlığa uğramazlar.

162. Yaxşı, Allahın rizasına tabe olan kəs, Allahın qəzəbinə düçar olan və gedəcəyi yer cəhənnəm olan kəs kimi ola bilərmi? O, necə də pis bir dönüş yeridir!

163. Onlar, Allah yanında dərəcə-dərəcədir. Allah onların etdiklərini ən yaxşı görəndir.

164. And olsun ki Allah, möminlərə onların öz içlərindən, onlara Allahın ayələrini oxuyan, onları saflaşdıran, onlara kitabı [öyrədən] və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq qoyulmuş qanun, düstur və prinsipləri öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar, daha əvvəl açıq-aydın bir azğınlıqda idilər.

165. [Sizin başqalarına] İki qatını yaşatdığınız bir müsibətə özünüz düçar olduqda “Bu məğlubiyyət haradan gəldi!?” deyirsiniz, elə mi? De ki: “Başınıza gələn bu məğlubiyyət, sizin özünüzdəndir.” Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadir olandır.

166-168. İki camaatın qarşılaşdığı gündə sizə toxunan şeylər də Allahın izni ilə / məlumatı daxilində olmuşdur. Və möminləri bildirsin / nişanlayıb göstərsin və münafiqlik edən kəsləri  –özləri [yerlərində] oturduqları halda, qardaşları barəsində: “Əgər bizim sözümüzdən çıxmasaydılar, öldürülməzdilər” deyən kəsləri– də bildirsin / nişanlayıb göstərsin deyədir. Və onlara deyilmişdi: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiə olunun” deyilmişdi. Onlar: “Biz, döyüşməyi bacarsaydıq mütləq sizə tabe olardıq” dedilər. Onlar o gün imandan çox, Allahın məbud və rəbb olduğunu örtməyə yaxınlaşmışdılar. Onlar qəlblərində olmayan şeyləri şeyi dillərilə deyirlər. Allah, gizlədikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru kəslərsinizsə, haydı, ölümü özünüzdən uzaqlaşdırın.”

169-171. Allah yolunda öldürülənləri də əsla ölmüş zənn etmə. Tamamilə tərsinə, onlar diridirlər, Allahın nemətlərindən verdiyi şeylərlə sevincli olaraq Rəbbi yanında ruzilənməkdədirlər. Arxalarınca hələ gəlib çatmayan şəxslərə, onlar üçün heç bir qorxu olmayacağını və kədərlənməyəcəklərini müjdələmək istəyərlər. Onlar, Allah tərəfindən [gələn] bir neməti, bir lütfü və Allahın möminlərin [əməllərinin] əvəzini həqiqətən itirməyəcəyini müjdələmək istəyərlər.

172,173. Özlərinə bir yara dəydikdən sonra Allahın və Elçinin dəvətini qəbul edən kəslər [ki var]; başqaları onlara “Şübhəsiz ki, adamlar sizə qarşı birləşdilər, onlardan qorxun” dedikdə, bunla imanlarının daha da artdığını [söyləyən] “Allah bizə bəs edər. O, necə də gözəl vəkildir [bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edəndir]!” deyən kəslər [ki var], onlardan yaxşılaşdıran-gözəlləşdirən və Allahın mühafizəsi altına daxil olan kəslərə böyük bir mükafat var.

174. Sonra da onlar, özlərinə heç bir pislik üz vermədən, Allahın neməti və lütfüylə geri qayıtdılar və Allahın rizasına tabe oldular. Və Allah, çox böyük lütf sahibidir.

175. Şübhəsiz  ki o şeytan / pis niyyətli insan, öz yaxınlarını qorxudar. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.

176. Küfrdə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdə] yarışan kəslər də səni kədərləndirməsin. Onlar, Allaha heç bir surətdə qətiyyən zərər vermirlər. Allah da istəyir ki, onlara axirətdə heç bir pay verməsin. Və onlar üçün çox böyük bir əzab var.

(89/3, Ali-İmran / 130-176)

Nəcm: 497

177. Şübhəsiz, iman [verib] əvəzində küfrü [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar etməyi] satın alan kəslər, Allaha heç bir surətdə qətiyyən zərər verməzlər. Və onlar üçün çox ağrılı bir əzab var.

178. Allahın məbud və rəbb olduğunu tanımayan bu kəslər, zənn etməsinlər ki, Bizim onlara möhlət verməyimiz həqiqətən onlar üçün xeyirlidir. Şübhəsiz, Biz, daha çox günaha batsınlar deyə onlara möhlət veririk. Və onlar üçün alçaldıcı bir əzab var.

179. Allah, murdar olanı təmiz olandan ayırana qədər möminləri hal-hazırda olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizləri görünməyən, eşidilməyən, hiss edilməyən, keçmiş, gələcək barəsində məlumatlandırası da deyil. Lakin Allah Öz elçilərindən istədiyini seçər. Elə isə Allaha və Elçisinə iman edin. Və əgər iman etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, bax o zaman sizin üçün çox böyük bir əvəz var.

180. Və Allahın Öz fəzlindən verdiyi nemətlər qarşısında xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu zənn etməsinlər. Tamamilə əksinə, bu, onlar üçün zərərlidir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası yalnız Allaha məxsusdur. Və Allah əməllərinizdən xəbərdardır.

(89/3, Ali-İmran / 177-180)

Nəcm: 498

181,182. Allah, “Şübhəsiz ki, Allah kasıbdır, biz isə dövlətliyik!” deyən kəslərin sözünü həqiqətən eşitdi. Onların söylədikləri şeyləri və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacağıq. Və Biz: “Dadın o yandıran [şeyin] əzabını! Bu, öz əllərinizlə qabaqcadan göndərdikləriniz əvəzidir” deyəcəyik. Və şübhəsiz ki, Allah, bəndələrə əsla haqsızlıq edən deyil.

183. “Allah kasıb, biz isə dövlətliyik” deyənlər, “Atəşin yeyəcəyi bir qurbanı bizə gətirməyincə heç bir elçiyə iman gətirməyəcəyimiz barədə, Allah, bizə qəti surətdə əhd verdi” deyə cəfəngiyyat danışan kəslərdir. De ki: “Həqiqətən məndən əvvəl, sizə bəzi elçilər açıq-aşkar dəlillərlə və sizin dediyiniz şeylə gəldilər, yaxşı, –əgər doğru kəslərsinizsə– bəs nə üçün onları öldürdünüz?”

184. Əgər indi səni yalançı sayırlarsa, bil ki, səndən əvvəl açıq-aşkar dəlillər, səhifələr və aydınlıq gətirən kitab ilə gələn elçilər də yalançı sayılmışdılar.

(89/3, Ali-İmran / 181-184)

Nəcm: 499

185. Hər kəs [hər canlı varlıq] ölümü dadacaqdır. Və şübhəsiz ki, qiyamət günü [əməlləriniz görə] əvəz sizə əskiksiz veriləcək. Kim oddan uzaqlaşdırılıb, cənnətə daxil edilsə, bilsin ki, o həqiqətən nicat tapmışdır. Və bəsit dünya həyatı aldadıcı bir istifadədən başqa bir şey deyil.

186. Heç şübhəsiz siz, malınız və canınız barədə cəfa çəkəcəksiniz / imtahan ediləcəksiniz. Sizdən əvvəl Kitab verilən kəslərdən və şərik qoşan kəslərdən çox qüssə verən; ürək sıxan, əsəb korlayan şeylər də eşidəcəksiniz. Əgər səbr etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, şübhəsiz ki, məhz bu işdə əzmli olmaq lazımdır.

(89/3, Ali-İmran / 185-186)

Nəcm: 500

187. Və o vaxt Allah, Kitab verilmiş kimsələrdən möhkəm əhd almışdı: “Kitabı mütləq insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcəksiniz.” Onlar isə onu arxalarına atdılar və onu az bir qiymət müqabilində satdılar. Gör, satın aldıqları şeylər necə də pisdir!

(89/3, Ali-İmran / 187)

Nəcm: 501

188. Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə də təriflənmək istəyən kəsləri əsla hesaba alma! Elə bilmə ki, onlar əzabdan qurtula biləcəkləri bir yerdə olacaqlar! Və onlar üçün çox ağrılı bir əzab var.

189. Göylərin və yer üzünün idarəsi Allaha məxsusdur. Və Allah hər şeyə ən yaxşı qadir olandır.

(89/3, Ali-İmran / 188-189)

Nəcm: 502

190-194. Göylərin və yer üzünün əmələ gətirilməsində,  gecənin və gündüzün bir-birinin ardınca gəlişində, əlbəttə, ayaq üstə olanda da, oturanda və uzananda da Allahı anan; “Ey Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən, bütün nöqsanlıqlardan paksan. Artıq bizi Atəşin əzabından qoru! Rəbbimiz! Həqiqətən, Sən kimi o atəşə daxil etsən, onu həqiqətən rüsvay edərsən. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün heç bir yardımçı yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: ‘Rəbbinizə inanın!’ deyə çağıran bir carçını  eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pis əməllərimizi ört və bizi ‘yaxşı adamlarla’ birgə öldür / keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir bizim yadımıza ‘yaxşı adamlarla’ birgə sal. Rəbbimiz! Və bizə, elçilərin vasitəsi ilə vəd etdiyin şeyləri ver, qiyamət günündə bizi rüsvay etmə. Şübhəsiz ki, Sən, verdiyin sözdən dönməzsən” deyərək göylərin və yerin yaradılması barədə yaxşıca fikirləşən, anlayış qabiliyyəti olanlar üçün nə qədər işarətlər / nişanələr var.

195. Belə olduqda, Rəbbi onlara cavab verdi: “Şübhəsiz ki, Mən, sizdən kişi olsun, qadın olsun –hamınız birsiniz– əməl işləyənin əməlini itirmərəm. O səbəblə, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyət edilənlərin, döyüşənlərin və öldürülənlərin pis əməllərini əlbəttə örtəcəyəm və Allah tərəfindən bir savab olaraq, onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Və savabın gözəli Allah yanındadır.”

(89/3, Ali-İmran / 190-195)

Nəcm: 503

196,197. Kafirlərin [Allahın məbud və rəbb olduğunu  bilə-bilə inkar edən kəslərin] diyar-diyar gəzib-dolaşması, çox kiçik bir mənfəfft səni əsla aldatmasın. Sonra onların gedəcəkləri yer cəhənnəmdir və o, necə də pis yataqdır!

198. Lakin Rəbbinin mühafizəsi altına daxil olan kəslərə gəldikdə, onlar üçün, səfərdə olan birinə Allah tərəfindən bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər var. Və Allah yanında olan [nemət], “yaxşı adamlar” üçün daha yaxşıdır.

199. Şübhəsiz ki, Kitab əhlindən Allaha inananlar, sizə nazil edilənə və özlərinə nazil edilənə –Allaha səmimiyyətlə ehtiram göstərənlər olaraq– inananlar da var. Onlar Allahın ayələrini ucuz bir qiymətə dəyişməz. Bax onların [əməllərinin] əvəzi Rəbbi yanındadır. Şübhəsiz ki, Allah, tez haqq-hesab çəkəndir.

200. Ey iman etmiş kəslər! Xilas olmaq, müvəffəqiyyət qazanmaq üçün səbr edin və bir-birinizi səbrli olmağa sövq edin, bir-birinizə bağlanın və Allahın mühafizəsi altına daxil olun.

(89/3, Ali-İmran / 196-200)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Xristianlığın sǝhv inanışlarını açıb göstǝrǝn bu hissǝ Nǝcrandan Mǝdinǝyǝ gǝlǝrǝk Peyğǝmbǝrlǝ mübahisǝ edǝn bir heyǝt barǝsindǝ nazil olmuşdur.

[iii] Bu hissǝdǝki ayǝlǝri, texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzdük.

Burada İsa peyğǝmbǝrin İsrail oğullarına göndǝrilmǝsindǝn vǝ bunun sǝbǝblǝrindǝn danışılır. Musa vǝ Harun peyğǝmbǝrlǝr hǝm İsrail oğullarına vǝhyi, tövhidi öyrǝtmǝk, hǝm dǝ onları Misirdǝki ǝsarǝtdǝn xilas etmǝk mǝqsǝdi ilǝ göndǝrilmişdi. Bu hissǝdǝ İsa peyğǝmbǝrin vǝhyi tǝbliğ etmǝklǝ birgǝ, İsrail oğullarını epidemiya şǝklindǝ yayılan xǝstǝliklǝrdǝn xilas etmǝk, xǝstǝliklǝrǝ qarşı qabaqcadan tǝdbir almaq vǝ İsrail oğulları üçün rahat bir mǝişǝt tǝmin etmǝk mǝqsǝdiylǝ, profilaktiki hǝkimlik, göz hǝkimliyi, dǝri hǝkimliyi kimi vǝzifǝlǝrlǝ, sağlam qidalardan istifadǝ etmǝyi, konserva, turşu, bǝkmǝz, duza qoyulmuş qidalar hazırlamaq, arpa, buğda, dǝnli bitkilǝr yığıb saxlamaq, onları rütubǝtdǝn vǝ hǝşǝratlardan necǝ qoruaycaqlarını öyrǝtmǝk kimi mǝqsǝdlǝrlǝ göndǝrildiyi xülasǝ şǝklindǝ izah edilmǝkdǝdir.

Bizim “Şübhǝsiz mǝn sizin üçün palçıqdan; gildǝn; keramikadan quş şǝkli kimi bir şey; buxurdan düzǝldǝrǝm” deyǝ tǝrcümǝ etdiyimiz ayǝdǝki “düzǝldǝrǝm” felinin tamamlığı ayǝnin orjinalında yer almamış vǝ oxuyucunun öz anlayışına buraxılmışdır. Ayǝdǝ “quş fiquru, quş maketi düzǝldǝrǝm” deyilmir, “quş şǝkli, quş fiquru, quş maketi kimi bir şey düzǝldǝrǝm” deyilir. Burada, İsanın gildǝn quş şǝklindǝ buxurdan düzǝldǝrǝk vǝ içinǝ qoyduğu ǝdviyyatlara üfürǝrǝk, hasil olan tüstü vǝ qoxuyla göz xǝstǝliklǝrinǝ vǝ digǝr xǝstǝliklǝrǝ sǝbǝb olan ağcaqanad, milçǝk kimi hǝşǝratları qovduğu başa düşülür. Günümüzdǝ dǝ mövcud olan keramikadan hazırlanan buxurdanların ǝksǝriyyǝtinin quş şǝklindǝ olduğunu bilirik.

Ayǝdǝ fǝyǝkünü (dǝrhal olar) felinin ismi dǝ yer almamış vǝ ümumi mǝnanın axışı içindǝ anlaşılmalıdır.

[iv] Burada (121-122, 140-144, 155-157, 165-168 nömrǝli ayǝlǝr) Uhud döyüşünün sǝbǝb vǝ nǝticǝlǝri barǝdǝ qısa mǝlumat verilmişdir. Bu mövzuda ansiklopedik sǝviyyǝdǝ mǝlumat almaq faydalı olar.