ZUHA VƏ İNŞİRAH SURƏLƏRİ
MƏKKƏ DÖVRÜ

ZUHA VƏ İNŞİRAH SURƏLƏRİ

Nəcm: 26

Zuha 1-3. Maariflənmənin başlaması və Allahın məbud və rəbb olduğunu bilərək inkar etməyin, Allaha şirk qoşmağın, cəhalətin cəmiyyəti bürüməsi[i] sübutdur ki, Rəbbin səni tərk etməyəcək və sənə acığı tutmayacaq.

4,5. Şübhəsiz ki, sonrası sənin üçün əvvəlindən daha xeyirli olacaq. Və Rəbbin sənə əta edəcək, sən də razı qalacaqsan.

6-8. O, səni yetim ikən tapıb sığınacağa qovuşdurmadımı? Səni doğru yoldan kənarda biri kimi tapıb doğru yola yönəltmədimi? Səni, ailəni dolandırmağa çətinlik çəkən biri kimi tapıb varlandırmadımı?

9,10. Elə isə yetimə əziyyət etmə / vəziyyətini daha da pisləşdirmə! İstəyənə / soruşana acıqla cavab vermə.

11. Rəbbinin nemətini sözünlə və əməlinlə göstər!

İnşirah 1-4. Biz, sənin üçün, sənin köksünü açmadıqmı? Ağır yükünü səndən götürmədikmi? –O yük sənin belini bükmüşdü.– Sənin ad-sanını da sənin üçün ucaltmadıqmı?

5,6. Deməli, çətinliyin yanında mütləq bir asanlıq var. Çətinliyin yanında bir asanlıq mütləq var.

7. Elə isə boş qalan kimi dərhal yeni bir şeyə başla.

8. Və arzularını yalnız Rəbbinə yönəlt.

(11 / 93, Zuha / 1-11 + 12 / 94, İnşirah / 1-8)

Dipnot:

[i] Ayǝnin orjınalındakı sözlǝr bu mǝnanı verir: “sǝhǝr vaxtı vǝ zülmǝti tamamǝn bürüyǝn gecǝ”. Biz burada mǝcazi mǝnalarına üstünlük verdik.