QƏMƏR SURƏSİ
MƏKKƏ DÖVRÜ

QƏMƏR SURƏSİ

Nəcm: 60

1. O saat / qiyamətin qopma anı yaxına gətirildi. Və hər şey aşkara çıxartıldı.[i]

2. Onlar isə bir nişanə / işarət görsələr, dərhal üz döndərirlər və “Uzanıb gedən bir sehrdir” deyirlər.

3-5. Quranda onlara verilən hər əmr “qərarlaşdırılan, ən yüksək səviyyədə kifayət edən, haqsızlıq və hərc-mərcliyə yol verməmək üçün qoyulan bir qanun, qayda və prinsip” olduğu halda, onlar təkzib etdilər və öz ehtiraslarına tabe oldular. Şübhəsiz ki, onlara, çəkindirən xəbərlər də gəlmişdi. Buna baxmayaraq, xəbərdarlıqlar fayda etmir.

6-8. Elə isə onlardan geri çəkil. O gündə, carçının bilinməyən / yadırğanan bir şeyə dəvət etdiyi o gündə gözlərini aşağı dikmiş olaraq qəbirlərindən çıxıb sürətlə o dəvətə qaçarlar. Sanki onlar darmadağın çəyirtkələr kimidir. O kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] “Bu, çətin bir gündür” deyərlər.

9. Onlardan əvvəl Nuhun qövmü də təkzib etmişdi. Belə ki, bəndəmizi təkzin etdilər və “O, gizli gücləri olan / dəli biridir” dedilər. Və onun qarşısını aldılar; bütün fəaliyyətinə mane oldular.

10. Belə olduqda, Nuh, Rəbbinə yalvardı: “Mən həqiqətən məğlubiyyətə uğradıldım, mənə yardım et!”

11. Biz də dərhal sel kimi axan bir suya göyün qağılarını açdıq.

12. Yerdən də qaynaqlar fışqırtdıq; beləliklə sular müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu.

13,14. Nuhu da, nankorluq edilən kəsə bir mükafat olsun deye, müdafiəmiz / nəzarətimiz altında axıb gedən lövhələri; taxtaları və mismarları / ipləri olan kiçik bir gəmi üzərində daşıdıq.

15. And olsun ki, Biz, Bunu bir ayə olaraq saxladıq. Elə isə, ibrət alıb fikirləşən varmı?

16. Bəs Mənim əzabım və xəbərdarlıqlarım necə idi?

17. And olsun ki, Biz, Quranı düşünmək / nəsihət üçün asanlaşdırdıq / hazırladıq. Elə isə, ibrət alıb fikirləşən varmı?

18. Ad da təkzib etdi. Bəs Mənim əzabım və xəbərdarlığım necə idi?

19,20. Həqiqətən Biz, onların üstünə nəhs, uzun bir gündə dondurucu / uğuldayan, insanları qopardıb atan bir külək göndərdik; sanki onlar kökündən çıxarılan xurma kötükləri idi.

21. Bəs Mənim əzabım və xəbərdarlığım necə idi?

22. And olsun ki, Biz, Quranı düşünmək / nəsihət üçün asanlaşdırdıq / hazırladıq. Elə isə, ibrət alıb fikirləşən varmı?

23. Səmud da o xəbərdarlıqları yalan saydı:

24,25. “Aramızdan bir nəfərə, ona tabe olacağıqmı? Elə etsək, şübhəsiz bir azğınlıq və dəlilik etmiş olarıq, öyüd; kitab içimizdən ona verildimi? Xeyr, əksinə, o, çox yalançı, lovğadır.” dedilər.

26. Sabah onlar, çox yalançının, lovğanın kim olduğunu biləcəklər.

27,28. Həqiqətən biz onlara, bir tapşırıq olsun deyə, sosial yardımlaşma qurumlarını qurmağı[ii] və onları yaşatmağı emr edəcəyik. Bunun üçün sən onları müşahidə et və səbr göstər. Və onlara, bu qurumları yaşatmaq üçün zəkatın; vergi və xərclərin onlar arasında bölüşdürüldüyünü xəbər ver; hər kəsin cəmiyyətə nə qədər töhfə verəcəyi də müəyyənləşdirilmişdir.

29. Belə olduqda, yoldaşlarını / idarəçilərini çağırdılar. O da özünə lazım olanı alıb sosial qurumları yaşadan gəlir qaynaqlarını qurudaraq sistemi çökdürdü.

30. Bəs mənim əzabım və xəbərdarlığım necə idi?

31. Həqiqətən Biz, onların üstünə bircə dəhşətli səs göndərdik; (heyvanlar üçün) ağıl düzəldən kəsin yığdığı kol-kos kimi oldular.

32. And olsun ki, Biz Quranı düşünmək / öyüd üçün asanlaşdırdıq / hazırladıq. Elə isə ibrət alıb fikirləşən varmı?

33. Lutun qövmü, xəbərdarlıqları yalan saydı.

34,35. Biz onların üstünə kiçik daş yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı saxlanıldı. Onları, dərgahımızın bir neməti olaraq, səhər vaxtı xilas etdik; Biz, verilən nemətlərin əvəzini ödəyən kəsi beləcə mükafatlandırarıq.

36. And olsun ki, Lut, onlara xəbərdaqlı etmişdi Bizim yaxalamağımız barədə. Fəqət onlar xəbərdarlıqlara şübhə ilə yanaşdılar

37. və and olsun ki, onun qonaqlarından cinsi yöndən istifadə etmək istəmişdilər. Biz də onların gözlərini kor etdik / qəbilələrini, nəsillərini silib-süpürdük: “Haydı, əzabımı və xəbərdarlıqlarımı dadın!”

38. Və and olsun ki, səhər tezdən, qərarlı biz əzab onların başının üstünü kəsdirdi:

39. “Haydı, əzabımı və xəbərdarlıqlarımı dadın!”

40. And olsun ki, Biz Quranı düşünmək / öyüd üçün asanlaşdırdıq / hazırladıq. Elə isə ibrət alıb fikirləşən varmı?

41. Şübhəsiz Fironun ailəsinə də xəbərdaqlıq edənlər gəlmişdi.

42. Onlar bütün ayələrimizi inkar etdilər. Biz də onları çox qüvvətli və qüdrətli birinin yaxalaması şəklində yaxaladıq.

43. Sizin kafirləriniz [Allahın məbud və bəbb olduğunu bilə-bilə inkar edən kəsləriniz] onlardan xeyrlidirmi? Yoxsa sizin elinizdə onların xilas olacaqları haqqında Allah tərəfindən verilən bir təminat və ya fərmanmı var?

44. Yoxsa onlar, “Biz bir-birimizə yardım edən / intiqam ala bilən bir dəstəyik” deyirlər?

45. Tezliklə o dəstə darmadağın olacaq və arxalarını çevirib qaçacaqlar.

46. Əslində onlara vəd edilən, o saatdır. O saat həqiqətən daha ağır və daha acıdır.

47. Günahkarlar şübhəsiz ki, azğınlıq və çılğınlıq içindədirlər.

48. O gün, üzü üstə oda sürüklənəcəklər: “Cəhənnəmin beyinləri qaynadaq istisinin təmasını dadın!”

(37 / 54, Qəmər / 1-48)

Nəcm: 61

49. Həqiqətən Biz, hör şeyi; bəli, hər şeyi bir ölçü, bir miqdar ilə əmələ gətirdik.

50. Və buyruğumuz, bircə dəfə göz qırpmaq kimidir; bir anlıqdır.

51. Və and olsun ki, Biz, sizin kimiləri dəyişikliyə, məhvə məruz qoyduq. Elə isə, heç fikirləşən varmı?

52. Onların etdiyi hər şey yazılı sənədlərdə qeyd edilmişdir.

53. Kiçiyi də, böyüyü də, hamısı sətir-sətir yazılmışdır.

54. Şübhəsiz ki, Allahın mühafizəsi altına daxil olan kəslər cənnətdədir, çaylardadır / aydınlıqdadır.

55. Çox güclü sahibin, idarəçinin hüzurunda “doğruluğun əyləşmə məqamında”; doğru kəslərə məxsus olan, yalan söyləmək mümkün olmayan, yox olma ehtimalı olmayan sabit məqamdadırlar.

(37 / 54, Qəmər / 49-55)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnaları belǝdir: “Ay yarıldı / ay yarılacaq”. Biz mǝcazi mǝnasını tǝqdim etdik.

[ii] Ayǝnin orjinalındakı naqa sözünün hǝqiqi mǝnası “ǝn mǝhsuldar dövründǝ olan dişi dǝvǝ”dir. Burada bu sözlǝr “sosial yardımlaşma qurumları” nǝzǝrdǝ tutulmuşdur. Qurandakı sǝlat qavramı ilǝ eyni mǝnaya gǝlir. Onun bölüşdürülǝn suyu isǝ “sosial yardımlaşma qurumlarını yaşadan zǝkat vǝ hǝdiyyǝlǝr” mǝnasında işlǝdilmişdir. Ayǝdǝki baldırlarını kǝsǝrǝk öldürdü ibarǝsi isǝ “vermǝli olduqları zǝkatı, vergini vermǝyǝrǝk vǝ dǝstǝk göstǝrmǝyǝrǝk, sosial yardımlaşma qurumlarını mǝhv etdilǝr” mǝnasına gǝlmǝkdǝdir. Biz mealda mǝcazi mǝnalarını tǝqdim etdik.