QƏLƏM SURƏSİ
MƏKKƏ DÖVRÜ

QƏLƏM SURƏSİ

Nəcm: 4

1. Nun / 50.[i] Qələmi və onları sətir-sətir yazıb söylədiklərini / əfsanələşdirdiklərini sübut gətirirəm[ii] ki,

2. Sən Rəbbinin neməti sayəsində, məcnun [gizli gücləri olan / dəli] deyilsən.

3,4. Və şübhəsiz ki, sənün üçün minnətə bulanmamış çox nemət var. Və şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən.[iii]

(2 / 68, Qələm 1-4)

Nəcm: 5

5-8. Hansı birinizin haq dindən çıxaraq özünü oda atdığını tezliklə sən də görəcəksən, onlar da görəcək. Həqiqətən, yolundan çıxanları ən gözəl tanıyan sənin Rəbbindir. Yol göstərilərək doğru yola girənləri də ən gözəl tanıyan Odur. Elə isə axirət gününü təkzib edənlərə itaət etmə!

9-16. Onlar arzu edirdilər ki, sən onlara yaltaqlanasan, onlar da dərhal sənə yaltaqlansınlar. Çox and içən, alçaq, lağ eləyən, söz gəzdirən; qeybət edən, ara vuran, dedi-qodu məqsədilə gəzən, malı və oğulları var deyə xeyrə mane olan, təcavüzkar, günaha batan, kobud / qarınqulu, sonra da pisliklə damğalanmış bu tüfeylilərin heç birinə itaət etmə. Axirəti təkzib edən o adam, ayələrimiz ona oxunduğu zaman: “Keçmişdəkilərin əfsanələridir” dedi. Tezliklə biz onun burnunu ovacağıq.[iv]

(2 / 68, Qələm / 5-16)

Nəcm: 6[v]

17-24. Həqiqətən də biz, o bağ sahiblərinə bəla verdiyimiz kimi, onlara da bəla verəcəyik. Onlar and içmişdilər ki, səhər açılanda bağın məhsulunu mütləq dərəcəklər. Heç bir istisna yeri də qoymamışdılar. Amma onlar yuxuda olanda Rəbbin tərəfindən bir qasırğa bağın üstündə gəzdi. Səhərə qədər o bağ, biçilmiş / məhsulu dərilmiş kimi oldu. Səhər açılanda bir-birini səslədilər: “Haydı, dərəcəksinizsə, səhər tezdən gedin!” Dərhal yola düşdülər, öz aralarında belə pıçıldaşırdılar: “Məbada bu gün aranıza bir yoxsul girsin!”

25-29. Mane olmağa / zorakılığa gücləri çatacaqmış kimi tezdən getdilər. Amma bağı gördükdə: “Biz şübhəsiz ki, yolumuzu azmışıq / səhv gəlmişik; xeyr, xeyr, biz məhrum qalmışıq; Allah bizi cəzalandırıb.” dedilər. İçlərindən ən xeyirli olan belə dedi: “Mən sizə: Allahı hər hansı bir nöqsandan pak bilmirsinizmi?[vi] – deməmişdim?” Onlar dedilər: “Rəbbimiz, Səni bütün nöqsanlardan pak bilirik, həqiqətən biz səhv edən, özümüzə zərər verən, haqsızlıq eləyən kəslər imişik!”

30-32. Sonra qayıdıb bir-birlərini qınamağa başladılar: “Vay bizim halımıza! Həqiqətən də biz, özümüzü firon sayan ağzınlar imişik, ümide dirik ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər; həqiqətən də biz bütün ümidimizi Rəbbimizə yönəldirik.”

33. Dünyadakı əzab bax belədir! Əlbəttə, axirət əzabı daha böyükdür, kaş bilən kimsələrdən olaydılar!

(2 / 68, Qələm / 17-33)

Nəcm: 7

34. Həqiqətən, Allahın mühafizəsi altına daxil olan kimsələr üçün Rəbbi yanında yanında bol nemətli cənnətlər var.

35. Elədirsə, müsəlmanları günahkarlar kimi eləyərikmi?

(2 / 68, Qələm / 34-35)

Nəcm: 8

36. Sizə nə olub, necə hökm verirsiniz?

37,38. Yoxsa dərs aldığınız bir şey, içində “Bu aləmdə nəyi seçsəniz / bəyənsəniz o şey mütləq sizin olacaq” deyə sizə təminat verən yazılı bir sənədinizmi var?

39. Yaxud da “Siz necə hökm versəniz mütləq elə olacaq” deyə bizimlə qiyamət gününə qədər davam edəcək bir əhd / and, öhdəlikmi var?

40. Axirəti təkzib edən o kəslərdən soruş görək, hansı buna zamin duracaq?

41. Yoxsa onların şəriklərimi var? Əgər düz adamlardırsa, qoy onda şəriklərini gətirsinlər.

42. Həqiqət bütün çıplaqlığı ilə meydana çıxarıldığı və iş böyüməyə başladığında, iş ciddiləşəndə və boyun əyərək təslim olmağa dəvət edildikləri zaman, artıq gücləri çatmayacaq.

43. Gözləri yerə dikilmiş, özlərini bir zillət və düşkünlük bürümüş olacaq. Halbuki onlar, sağ-salamat olduqları vaxt da boyun əyərək təslim olmağa dəvət edilirdilər.

(2 / 68, Qələm / 36-43)

Nəcm: 9

44. Elədirsə, bu sözü / Quranı yalan sayanları Mənim öhdəmə burax! Biz onları bilmədikləri yerdən tutacağıq.

45. Və Mən onlara möhlət verirəm; vaxt verirəm, çünki Mənim planım çətindir / möhkəmdir.

46. Yoxsa sən onlardan bir muzd istəyirsən, onlar da bu səbədən ağır bir borcun altında əzilirlər?

47. Yoxsa görmədikləri, bilmədikləri şeylər, gələcəkdə olacaq hadisələr onların yanındadır və onu onlar mı yazır?

48. Elədirsə, Rəbbinin hökmü üçün səbr et və darlığa düşən kəs[vii] kimi olma. O, bir dəfə həddindən artıq darlığa düşəndə, Rəbbini səsləmişdi.

49. Əgər Rəbbinin yaxşılığı ona yetişməsəydi, məzəmmət olunaraq boş bir yerə atılacaqdı.

50. Ancaq Rəbbi onu seçdi və salihlərdən biri etdi.

51. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] o öyüdü / Quranı eşitdikləri zaman az qalsın səni baxışlarıyla yıxmaq istəyəcək; az qalsın səni gözləriylə yeyəcək və “Şübhə yoxdur ki o bir divanədir / gizli gücləri olan biridir” deyəcəklər.

52. Halbuki Quran bütün aləmlərə bir öyüddən başqa bir şey deyil.

(2 / 68, Qələm / 44-52)

Dipnot:

[i] Quranda bir çox surǝnin “qopuq, rabitǝsiz hǝrflǝr” ilǝ başladığını görürük. Müxtǝlif şǝxslǝr bu hǝrflǝrin mütǝşabeh, şifr, bir sözün qısaldılmış forması, bǝzi sözlǝrin ilk vǝ yaxud son hǝrfi olduğu haqqında fikirlǝr önǝ sürülmüşdür. Bizǝ görǝ bu hǝrflǝr “ǝla” [diqqǝt, gözünüzü açın] sözü kimi bir xǝbǝrdarlıq işarǝsidir vǝ telefon danışıqlarındakı “alo” nidası kimi, oxunacaq ayǝtlǝrǝ diqqǝt çǝkmǝk üçündür. Ayrıca, Quranın riyazi quruluşundakı vacib ünsürlǝrdǝn biridir. Digǝr tǝrǝfdǝn, bu hǝrflǝrin ǝdǝdi dǝyǝrlǝri ifadǝ etmǝsi dǝ mümkündür. Çünkü Quranın nazil olduğu dövrdǝ Ərǝblǝr arasında rǝqǝmlǝr icad olunmamışdı, rǝqǝm yerinǝ hǝrflǝrdǝn istifadǝ olunurdu. Rǝqǝm yerinǝ hǝrflǝrin işlǝdilmǝsinǝ “ǝbcǝd” hesabı deyilir. Biz rabitǝsiz hǝrflǝrin yanında, onların ǝdǝdi dǝyǝrlǝrni dǝ göstǝrdik. Bu ǝdǝdi dǝyǝrlǝrin nǝyi göstǝrdiyi barǝdǝ hǝlǝlik bir qǝnaǝtǝ gǝlmǝmişik. “Əbcǝd” hesabı, Quranın nazil olduğu dövrdǝ rǝqǝm yerinǝ işlǝdilmǝk xaricindǝ, hǝr hansı bir keyfiyyǝtǝ vǝ xüsusiyyǝtǝ malik deyil.

Bu rabitǝsiz hǝrflǝrlǝ bağlı qane edici bir tǝdqiqat hǝlǝ ki, meydana qoyulmamışdır vǝ mövcud ǝsǝrlǝrdǝ, keçmişdǝki yozumların nǝqlindǝn başqa bir mǝlumat yoxdur. Bu mǝsǝlinin aydınlaşdırılması da, digǝr bir çox mǝsǝlǝ kimi, dürüst, sǝmimi vǝ könüllü Quran tǝdqiqatçılarını gözlǝyir.

[ii] Bir iddianı konkret dǝlillǝrlǝ qüvvǝtlǝndirmǝk üçün ǝrǝb dilindǝ “qǝsǝm cümlǝsi” adlı bir cümlǝ növü işlǝdilir. Yǝni “qǝsǝm cümlǝsi” bir iddianın dǝlillǝrlǝ qüvvǝtlǝndirilmiş olaraq meydana qoyulması mǝqsǝdi ilǝ qurulan cümlǝdir. Qǝsǝm cümlǝsi iki hissǝdǝn ibarǝt olur. Birincisi and içilǝn [dǝlil, şahid göstǝrilǝn] “qǝsǝm hissǝsi”, ikincisi isǝ ifadǝ edilmǝk istǝnilǝn ǝsas iddianın meydana qoyulduğu “qǝsǝmǝ cavab hissǝsi”dir. And hissǝsindǝ, ikinci hissǝdǝ meydana qoyulacaq iddianı dǝstǝklǝmǝk mǝqsǝdi ilǝ şǝxslǝr, hadisǝlǝr yaxud ǝşyalar dǝlil göstǝrilir. Qǝsǝmǝ cavab hissǝsindǝ isǝ nǝzǝrdǝ tutulan ǝsl hökm ifadǝ edilir. Bu cümlǝlǝrin quruluşu da digǝr cümlǝlǝrin quruluşundan fǝrqlidir. Bunlar “Tǝbyinül-Quran”da detallı bir şǝkildǝ göstǝrilmişdir.

Bu cümlǝ növü Quranda yüzlǝrlǝ dǝfǝ işlǝdilmişdir. Rǝbbimiz bir çox hadisǝyǝ, sistemǝ yaxud da “şey”ǝ qǝsǝm etmiş vǝ bunları, ifadǝ etdiyi hökmǝ dǝlil göstǝrmişdir.

[iii] Buradan açıq bir şǝkildǝ başa düşülmǝkdǝdir ki, Mǝhǝmmǝd cǝmiyyǝt içindǝ hörmǝt qazanmış, ǝxlaqlı, ağıl vǝ zǝka baxımından sağlam, tǝmiz bir sǝrvǝtǝ sahib olduğu üçün peyğǝmbǝr seçilmişdir.

[iv] Ayǝnin hǝrfi mǝnası “Xortumunun üstünǝ damğa vuracağıq” şǝklindǝdir. Bu, ǝrǝblǝr arasında, hǝr hansı bir şǝxsin camaatın gözü qabağında tǝhqir edilmǝsi mǝnasını daşıyır.

[v] Rǝbbimiz, mǝsǝlǝnin doğru başa düşülmǝsi, ibrǝt alınması vǝ gǝlǝcǝk üçün yol göstǝrmǝk mǝqsǝdi ilǝ yorulmadan misallar çǝkir, qissǝlǝr nǝql edir. Bu qissǝ vǝ misallar, Quranın nazil olduğu dövrdǝ yaşayan insanların yaxından bildiklǝri Nuh, Ad, Sǝmud, Lut, Musa qövmü / İsrail oğulları, Firon vǝ onların qalıqlarına aiddir. Tǝlim-tǝrbiyǝ baxımından böyük ǝhǝmiyyǝt daşıyan qissǝlǝr, xǝbǝrdalıqedici tǝsirǝ dǝ malik olduğundan, Quranda çox sayda qissǝyǝ vǝ misala yer verilmiş, bu qissǝ vǝ misallar bir çox dǝfǝ tǝkrar edilmişdir. Qurandakı qissǝ vǝ misalların üslubundan da başa düşülür ki, bunlar tarixi biliklǝri yaymaq mǝqsǝdi ilǝ deyil, öyüd-nǝsihǝt mǝqsǝdi ilǝ nǝql edilmişdir. Müǝyyǝn etdiyimizǝ görǝ, Qurandakı qissǝ vǝ misalların öyüd almaq istǝyǝn insanlara aşağıdakı faydaları var:

  • Keçmişdǝ dǝ peyğǝmbǝrlǝrin gǝlib-getdiyinǝ dair mǝlumat vermǝklǝ, peyğǝmbǝrlǝrin ǝsassız olmadığını göstǝrir.
  • Gǝlib-gedǝn bütün peyğǝmbǝrlǝrin vǝzifǝsinin tǝbliğ vǝ nǝsihǝt vermǝk olduğunu göstǝrir.
  • Hǝr toplumun liderlǝrinin, özlǝrinǝ göndǝrilǝn peyğǝmbǝrǝ qarşı hǝmişǝ mübarizǝ apardıqlarını göstǝrir.
  • Peyğǝmbǝrimizin tǝbliğinǝ qarşı mübarizǝ apararaq ona mane olmaq istǝyǝnlǝrǝ, bu davranışlarının ǝvǝzindǝ nǝ ilǝ qarşılaşacaqlarına dair keçmişdǝn –bǝzilǝrini özlǝrinin dǝ bildiyi– misallar verǝrǝk, keçmiş qövmlǝrin çökmǝlǝrinin, mǝhv olmalarının sǝbǝblǝrini açıqlayaraq xǝbǝrdarlıq edir, gǝlǝcǝyǝ işıq salır.
  • Peyğǝmbǝrimizǝ vǝ onun tǝrǝfdarlarına, qarşılaşdıqları vǝziyyǝtin keçmişdǝki peyğǝmbǝrlǝrlǝ onların qövmlǝri arasında meydana gǝlǝn hadisǝlǝrǝ oxşadığını, hǝtta ǝksǝriyyǝt etibarı ilǝ eyni olduğunu bildirir. Belǝliklǝ, Allahın elçilǝrinin daim qalib gǝldiyini göstǝrǝk, onlara etimad verir, ǝzmli olmağı tǝlqin edir vǝ onları mǝnǝvi cǝhǝtdǝn qüvvǝtlǝndirir.

Müasir dövrdǝ insanlar isǝ Yaşın Şǝrqin xaricindǝ, Quranın nazil olduğu dövrdǝn sonra yox olan mǝdǝniyyǝtlǝri vǝ qövmlǝri, misal üçün Kiçik Asiya, Kraiya, Lidiya, Likiya, Frikiya, Xett, Urartu, İoniya, Ellin, Şumer, Assuriya, Babil, Roma, Makedoniyalı İskǝndǝr, Bizans barǝsindǝ tǝdqiqatlarla tanış olaraq, onların düşdüklǝri sǝhvlǝri tǝkrar etmǝdǝn öz gǝlǝcǝklǝrini inşa etmǝlidirlǝr.

[vi] Tǝsbeh sözü “Allahı, Ona yaraşmayan şeylǝrdǝn pak tutmaq, uzaq tutmaq, yǝni Allahı ucaltmaq, Onun bütün kamil sifǝtlǝrǝ sahib olduğunu dǝrk etmǝk vǝ yeri gǝldikcǝ bunu yüksǝk sǝslǝ söylǝmǝk” mǝnasına gǝlir.

[vii] Əsas mǝnası “hǝbs etmǝk, içǝridǝ saxlamaq” olan sǝbr sözü “ağlın vǝ dinin göstǝrdiyi yolda davamlı olmaq, qǝrarlı olmaq, zǝiflik göstǝrmǝmǝk”, yǝni “insanın öz ǝlindǝ olmadan başına gǝlǝn, ona böyük qüssǝ bǝxş edǝn müsibǝtlǝrǝ qarşı dözümlü olmaq, onlara qalib gǝlmǝk üçün mübarizǝ aparmaq” mǝnasını verir. Sǝbrin nǝ olduğuna baxdığımız zaman, nǝ olmadığını da bilmǝliyik. Bilmǝliyik ki, haqsız yerǝ mǝhkumiyyǝtǝ boyun ǝymǝk, miskinliyǝ, tǝnbǝlliyǝ vǝ hǝqarǝtlǝrǝ razı olmaq, zillǝtǝ, haqsız tǝcavüzlǝrǝ, insanın şǝrǝfini lǝkǝlǝyǝn hücumlara dözmǝk, belǝ şeylǝrǝ qarşı sǝssiz vǝ passiv qalmaq, dözǝrǝk qatlaşmaq – sǝbr etmǝk deyil. Çünkü qanunsuzluqla qarşılaşdıqda sǝsini çıxarmamaq, o davranışa ortaq olmaq demǝkdir. Əksinǝ, sǝbr “bu növ pisliklǝrǝ qarşı mübarizǝ aparmaq, onlara etiraz etmǝk, bir haqqı qorumağa vǝ müdafiǝ etmǝyǝ çalışmaq vǝ bu işdǝ qǝrarlı olmaq” demǝkdir. Rǝbbimiz sǝbri Ali-İmran surǝsinin 146-cı ayǝsindǝ belǝ bǝyan etmişdir: “Neçə-neçə peyğəmbərlər də vardı ki, onlarla birlikdə bir çox Allah adamı döyüşmüşdü; Allah yolunda onlara üz verənlərdən süstləşmədilər, zəiflik göstərmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.” Bir insanın, öz gücü vǝ iradǝsyilǝ qalib gǝlmǝk imkanı olan pisliklǝrǝ dözmǝsi vǝ yaxud öz ehtiyaclarını ödǝmǝk gücü olduğu halda, bu barǝdǝ süstlük göstǝrmǝsi sǝbr deyil, acizlik, tǝmbǝllik vǝ qorxaqlıqdır. Bütün peyğǝmbǝrlǝrin ortaq xüsusiyyǝti olan sǝbrin İslamdakı yeri çox mühümdür. Bunu bir vǝ yaxud bir neçǝ sözlǝ ifadǝ etmǝyǝ çalışmaq, sǝbr sözünün mǝnasını tam olaraq ǝks etdirmir. Buna görǝ dǝ sǝbr sözünü ǝrǝbcǝdǝn dilimizǝ daxil olduğu kimi saxlayırıq. Ancaq oxuyucularımız sǝbr sözünün mǝnasını yaxşı bilmǝlidirlǝr. Sǝbr mövzusu “Tǝbynül-Quran”da tǝfsilatı ilǝ ǝlǝ alınmışdır.

Bizim “darlığa düşmǝk” kimi tǝrcümǝ etdiyimiz hut sözünün mǝnası “doymaq bilmǝmǝk, tǝtmin olmamaq sǝbǝbindǝn meydana gǝlǝn darlıq” demǝkdir. Balıqlarda doyma hissi olmadığından, balığa hut deyirlǝr. Burada Hut sahibi ifadǝsi Yunus vǝ Musa peyğǝmbǝrlǝr üçün işlǝdilmişdir. Hǝr iki peyğǝmbǝr dǝ vǝzifǝlǝrinin çǝtinliyindǝn ötrü darlığa düşmüş vǝ vǝzifǝdǝn boyun qaçırmağa çalışmışdı. Quranda hut sözü (Rǝsmi Müshǝf: Saffat / 139-149 vǝ Kǝhf / 61) hǝr ikisinǝ aid edilmişdir. Yenǝ Quranda (Rǝsmi Müshǝf: Saffat / 139-148, Nǝml / 10 vǝ Qǝsǝs / 31) bildirildiyinǝ görǝ, hǝr ikisi dǝ onlara tapşırılan vǝzifǝdǝn boyun qaçırmışdır.