NAS SURƏSİ
MƏKKƏ DÖVRÜ

NAS SURƏSİ

Nəcm: 35

1-6. “Görünməyən varlıqlardan, bilinən varlıqlardan;[i] hamısından, insanların zehnində yamanlıq pıçıldayan riyakar düşmənin yaman pıçıltılarının şərindən insanların məbuduna,[ii] insanların hökmdarına və insanların Rəbbinə sığınıram” de!

(21 / 114, Nas / 1-6)

Dipnot:

[i] Cin ins sözlǝri Quranda ilk dǝfǝ burada işlǝdildiyinǝ görǝ, bu sözlǝr haqqında qısa mǝlumat vermǝk istǝyirik. Cin – xalqın inanışında “insan kimi yeyib-içǝn, çoxalan, inanan, bǝzǝn bu işin ǝhli olan insanlar tǝrǝfindǝn işlǝdilǝn, fövqǝladǝ gücǝ vǝ biliklǝrǝ sahib olan, insanları vuran, istǝdiyi insana ziyan verǝn, böyük mǝnǝvi duyğulara ilham verǝn gizli dǝstǝk gücü, görünmǝyǝn mǝxluq” kimi bilinir. Bu sǝbǝbdǝn Quran da sǝhv başa düşülmǝkdǝdir. Cin sözü ǝslindǝ “örtülü mǝxluq; insanın beş duyğu orqanı ilǝ hiss edǝ bilmǝdiyi, dǝrk edilǝ bilmǝyǝn, varlığı şübhǝ götürmǝyǝn varlıq yaxud güc” demǝkdir. Bu sözün zidd mǝnalısı olan ins [insan] isǝ “beş duyğu orqanı ilǝ hiss edilǝ bilǝn, bilinǝn, görünǝn, tanınan, rabitǝ qurulan, yox olmayan, hǝmişǝ meydanda olan” demǝkdir. Bildiyimiz bu sözlǝr dǝ cin sözündǝn ǝmǝlǝ gǝlmişdir: cǝnnǝt [torpağı ağac yarpaqlarıyla gizlǝnmiş yer], cinnǝt [ağlın, düşüncǝnin gizlǝnmǝsi, dǝli olmaq], cǝnin [ana bǝtnindǝ gizlǝndiyi üçün belǝ adlanır], cünnǝt [döyüşdǝ istifadǝ olunan qalxan, döyüşçünü ox vǝ mizraq zǝrbǝlǝrindǝn qoruyub gizlǝtdiyi üçün belǝ adlanır].

Quranda cin sözünün “mikroorqanizmlǝr, elektrik, maqnit, şüa, radiasiya, casus, kim olduğu bilinmǝyǝn, yad şǝxs” kimi mǝnalarda işlǝdildiyini görǝcǝyik. Bir dǝ, Quranda ins cin sözlǝrinin birgǝ işlǝdildiyini görürük. Zidd mǝnalı bu iki söz birgǝ işlǝdildiyindǝ, sözlǝr başqa mǝnalar kǝsb edir, mǝnaca zǝnginlǝşir.

Zidd mǝnalı iki sözdǝn daha geniş mǝnalar ǝldǝ etmǝk üsuluna bütün dillǝrdǝ rast gǝlmǝk mümkündür. Mǝsǝlǝn: gecǝ-gündüz, yaş-quru, canlı-cansız, it-pişik, sǝhǝr-axşam, yer-göy, yaxşı-pis, acı-şirin, sağ-sol, irǝli-geri, aşağı-yuxarı, en-boy, ağ-qara, irili-xırdalı, dünya-axirǝt kimi zidd mǝnalı sözlǝr birgǝ işlǝdildiyindǝ, sözlǝrin ayrı-ayrılıqda mǝnasından daha fǝrqli vǝ geniş mǝnalar qazanır.

Bir-birinǝ zidd mǝnalar daşıdığını gördüyümüz ins cin sözlǝri, birgǝ işlǝdildiyindǝ “gördüyümüz-görmǝdiyimiz, bildiyimiz-bilmǝdiyimiz, tanıdığımız-tanımadığımız, hǝr kǝs vǝ hǝr şey” mǝnasını verir. Quranda buna çox sayda misal var.

[ii] Lüğǝt mǝnası “örtünmǝk, gizlǝnmǝk, alışmaq vǝ bǝndǝlik” demǝk olan ilah sözü, ümumiyyǝtlǝ “ibadǝt edilǝn, tapınılan, ucaldılan” şeylǝrin ortaq adına çevrilmişdir. İlah sözünǝ “ehtiyacları aradan qaldıran, işlǝnǝn ǝmǝlin ǝvǝzini verǝn, sükunǝt vǝ arxayınlıq bǝxş edǝn, ucalıq, öz hökmü altına alaraq qoruyan, müsibǝt zamanı qoruyan” mǝnalarının verilmǝsini, bu sözün “ibadǝt edilǝn varlıq” mǝnasında işlǝdilmǝsinin sǝbǝbi olaraq göstǝrmǝk mümkündür.

Quranda ilah sözü hǝm “haqq vǝ yaxud batil ayırmadan, insanların tapındığı varlıq” mǝnasında, hǝm dǝ “hǝqiqǝtǝn ibadǝtǝ layiq olan haqq mǝbud” mǝnasında işlǝdilmişdir.

(Tǝrcümǝçinin qeydi: Mealdakı ilah sözünü biz hǝr yerdǝ “mǝbud” kimi verdik.)