NƏCM SURƏSİ
MƏKKƏ DÖVRÜ

NƏCM SURƏSİ

Nəcm: 37

1. Bölük-bölük nazil olan ayələrin hər enişini sübut gətirərəm ki,

2. yoldaşınız yoldan sapmamış, azmamışdır.

3. O, boş, gəlib keçən arzusundan da danışmır.

4. Onun sizə dedikləri; nazil olan o bölük-bölük ayətlər, ona vəhy edilən vəhydən başqa bir şey deyil.

5. O dediklərini yoldaşınıza fövqəladə qüvvələri olan, üstün ağıl sahibi, hökmranlığını qurmuş olan öyrətdi.

6,7. Və fövqəladə qüvvələri olan, üstün ağıl sahibi, hökmranlığını qurmuş olan, ən uca üfüqdə idi.[i]

8,9. Sonra yaxınlaşdı və dərhal sallandı. Birində iki yay uzunluğu[ii] qədər, digərində isə daha yaxın olmuşdu.

10. Dərhal bəndəsinə,

14. axırıncı gilas ağacının yanında

15. –burada oturmağa layiq bir dincəlmə yeri var– vəhy buyurduğunu vəhy etdi.[iii]

16. O zaman gilas ağacını bürüyən bürümüşdü.

11. Qəlbi, gördüyünü yalan saymadı.

12. Onun gördüyü şey barəsində şübhəniz mi var / Onun gördüyü şey barəsində onunla mübahisəmi edirsiniz?

13. And olsun ki, onu başqa bir enişdə yenə gördü.

17. Göz yanılmadı və həddi aşmadı.

18. And olsun ki, Rəbbinin nişanələrinin / işarətlərinin ən böyüyünü gördü.

(23 / 53, Nəcm: / 1-10, 14-16, 11-13, 17-18)

Nəcm: 38

19,20. Belə olan halda, heç düşündünüzmü Lat və Uzzanı, digər üçüncü Mənatı?[iv]

21. Erkək sizin üçün, dişi Allah üçündür?

22. Əgər bu, bu şəkildə olsa, əskik / ədalətsiz bir bölgüdür.

23. Bunlar, Allah bunlar haqqında bir sübut nazil etmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyil. And olsun ki, Rəblərindən onlara doğru yolu göstərən gəldiyi halda, onlar sadəcə zənnə, bir də nəfslərinin xoşladığı şeylərə qapılırlar.

24. Yoxsa insan üçün istəyib xəyalını qurduğu hər şey varmı?

25. Axirət də, dünya da Allahındır.

26. Və göylərdə neçə-neçə mələklər[v] var ki, yardımları, himayələri[vi] heç bir fayda verməz, ancaq Allahın istədiyi və razı qaldığı kimsəyə icazə verməsindən sonrakı hal istisna olmaqla.

27. O axirətə inanmayanlar, mələklərə həqiqətən dişilərin adlarıyla ad verirlər.

28. Halbuki onların bu barədə heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə “haqq”dan heç bir şey qazandırmaz.

(23 / 53, Nəcm: / 19-28)

Nəcm: 39

29. Bizim öyüdümüzdən / Qurandan əl çəkən və müvəqqəti dünya həyatından başqa bir şey istəməyən kəsdən dərhal uzaqlaş.

30. Onların biliklərən əldə edəcəkləri şey elə budur. Şübhəsiz ki, sənin Rəbbin, yolundan azanı başqalarından daha yaxşı tanıyır, özünə göstərilən doğru yolda olanı da başqalarından daha yaxşı tanıyır.

(23 / 53, Nəcm: / 29-30)

Nəcm: 40

31,32. Göylərdə nə varsa, yerdə nə varsa; əməlləriylə pislik göstərənləri cəzalandırmaq, yaxşılaşdıran-gözəlləşdirən kəsləri, bəzi kiçik xətalar xaricində böyük günahlardan və iyrənc əməllərdən çəkinib qaçan kəsləri də ən gözəl mükafatla mükafatlandırmaq üçün Allaha məxsusdur. Həqiqətən sənin Rəbbinin məğfirəti genişdir. Sizi, torpaqdan əmələ gətirəndə də, analarınızın bətnində rüşeymlər halında olduğunuz zamanda da ən yaxşı tanıyan Odur. Elə isə, nəfslərinizi təmizə çıxarmayın. Allahın mühafizəsi altına daxil olan kəsi O daha yaxşı tanıyır.

33. Yaxşı, o üz döndərən kimsəni gördünmü / heç fikirləşdinmi?

34. O, bir azca verdi və indala möhkəm saxladı.

35. Keçmiş və gələcək haqqında məlumatlar onun yanındadırmı ki, o da onları görsün?

36. Yaxud Musanın səhifələrindəkilərdən xəbəri yoxmu?

37. Və o çox vəfalı İbrahim’in səhifəsindəkilərdən?

38. “Həqiqət budur ki, heç bir günahkar başqa bir günahkarın günahını daşımaz.

39. Həqiqət budur ki, insan üçün zəhmət çəkib səy göstərdiyindən başqa şey yoxdur.

40. Və onun zəhmət çəkib səy göstərməsi tezliklə məlum olacaq.

41. Sonra əvəzi ona əskiksiz olaraq veriləcək.

42. Heç şübhəsiz, axır dönüş yalnız Rəbbinədir.

43. Heç şübhəsiz, güldürən də, ağladan da Odur.

44. Heç şübhəsiz, öldürən də, dirildən də Odur.

45,46. Heç şübhəsiz, yaratmağı planladığı zaman iki cütü; erkəyi və dişini bir toxumdan / spermadan əmələ gətirən də Odur.

47. Heç şübhəsiz, digər yaradılış da yalnız Onun işidir.

48. Heç şübhəsiz, varlandıran da, nemət içində üzdürən də Odur.

49. Heç şübhəsiz, Şiranın / elmin, şüurun Rəbbi də Odur.”

(23 / 53, Nəcm: / 31-49)

Nəcm: 41

50. Şübhəsiz ki, sənin Rəbbin, əvvəl gələn Ad qövmünü dəyişdirdi, məhv etdi.

51. Səmudu da. Beləliklə, geriyə bir şey buraxmadı.

52. Daha əvvəl də Nuhun qövmünü. Həqiqətən onlar, bəli onlar, Allahın şəriklərinin olduğunu qəbul edərək başqalarından daha çox xəta eləyən, daha azğın kəslər idi.

53. Alt-üst olmuş şəhərləri də O, yerə batırdı.

54. Oranı bürüyən bürüdü.

55. Yaxşı, Rəbbinin gücü çatanların; bənzərsiz gücünü, bənzərsiz nemətlərinin hansından şübhə edirsən?

56. Quranda deyilənlər, əvvəlki xəbərdarlıqlar kimi bir xəbərdarlıqdır.

57. Yaxınlaşan; qiyamət, ölüm yaxınladı.

58. Allahın altındakılardan heç kəs, onu dəf edə bilməz / ona mane ola bilməz.

59. Yaxşı, indi siz bu kəlama təəccübmü edirsiniz?

60. Və gülürsünüz, ağlamırsınız.

61. Və siz, ağlınızı layiqincə işlətməyən kəslərsiniz.

62. Haydı, boyun əyib Allaha ram olun və bəndəlik[vii] edin.

(23 / 53, Nəcm: / 50-62)

Dipnot:

[i] Ayǝdǝki fövqǝladǝ qüvvǝlǝri olan, üstün ağıl sahibi vǝ ǝrşdǝ hökmranlığını qurmuş olan ifadǝlǝriylǝ “Allah” nǝzǝrdǝ tutulmuşdur. Əlbǝttǝ bu sözlǝr hǝqiqi mǝnasında yox, mǝcazi mǝnada başa düşülmǝli vǝ burada, Allahın zatından yox, Onun tǝcǝllasından, Onun qüdrǝtinin ǝks olunmasından söhbǝt getdiyi bilinmǝlidir. Musa peyğǝmbǝrǝ ilk vǝhy gǝldikdǝ Allahın “dağda, ağacda bir alov” kimi tǝcǝlla etdiyi dǝ Quranda yer almışdır.

Ayǝnin orjinalındakı isteva sözünün mǝcazi mǝnası belǝdir: “hakimiyyǝt qurdu, nǝzarǝt altına aldı”. Ayǝlǝrdǝ görüldüyü kimi, “ǝrşǝ isteva etdi” sözü “ǝn böyük, ǝn uca mǝqamda hakimiyyǝt qurdu, nǝzarǝti öz ǝlinǝ aldı” mǝnasına gǝlir. Bu mütǝşabeh qavram, ayǝdǝ mǝcazi mǝnasıyla işlǝdilmişdir. İsteva sözü “Rǝsmi Müshǝf”dǝ bu ayǝlǝrdǝ işlǝdilir: Yunus / 3, Rǝ’d / 2, Furqan / 59, Sǝcdǝ / 4, Taha / 5, Əraf / 54, Bǝqǝrǝ / 29. Ayǝdǝ isteva edǝn ifadǝsiylǝ nǝzǝrdǝ tutulan da Allahdır. Çünkü isteva Allahın sifǝtlǝrindǝn biri olub, mǝlǝklǝrin yaxud bǝndǝlǝrin sifǝti deyil.

[ii] Ayǝdǝ işlǝdilǝn yay uzunluğu o dövrdǝ istifadǝ edilǝn vǝ o dövrün adamlarının bildiyi bir uzunluq ölçüsüdür. “Metr” kimi beynǝlxalq sǝviyyǝdǝ qǝbul edilǝn ölçülǝr olmadığından, regional ölçülǝrdǝ istifadǝ edilirdi. “Yay boyu” da o dövrdǝ işlǝdilǝn rumh [nizǝ], sövt [dǝyǝnǝk], arşın, qulac, boy, isbi [barmaq], xǝtvǝ [addım], şibr [qarış], zira [qol], ox atımı kimi ölçü vahidi idi. Belǝ ölçü vahidlǝri o dövrdǝ Qǝrb ölkǝlǝrindǝ dǝ var idi. Mǝsǝlǝn insan ayağının ölçüsünü ǝsas götürǝn “feet”, insan ǝlinin baş barmağının dırnaq dibinin genişliyini ǝsas götürǝn “inch” kimi ölçülǝr Qǝrbdǝ işlǝdilǝn ölçü vahidlǝri idi. Yǝni Uca Allah öz mesajında, xitab etdiyi camaatın bildiyi bir ölçü vahidini işlǝtmişdir.

[iii] Ayǝdǝ keçǝn vǝhy sözünün ilk mǝnası “gizli bir şǝkildǝ mǝlumat vermǝk”dir. Daha sonra zaman keçdikcǝ, bu mǝnanın ǝtrafında “gizli danışıq, işarǝt etmǝk, ǝmr vermǝk, ilham vermǝk, ima etmǝk, pıçıldamaq, mǝktub yazmaq, elçi göndǝrmǝk” mǝnalarında da işlǝdilmişdir.

Vǝhy sözünün bir termin kimi mǝnası isǝ belǝdir: “Allahın Öz ǝmrlǝrini, hökmlǝrini bir vasitǝ vǝ vasitǝçi olmadan, gizli vǝ sürǝtli bir şǝkildǝ peyğǝmbǝrlǝrinǝ bildirmǝsi”. Vǝhy sözü ilqa sözü ilǝ eyni mǝnada işlǝdilir.

Vǝhyin necǝ meydana göldiyini bilmirik, bilmǝyimiz mümkün dǝ deyil. Çünkü Allah, yoxdan var etmǝk kimi, bu işi dǝ “Öz işlǝrindǝn biri; başqa heç kimin elǝyǝ bilmǝdiyi, elǝmǝsi mümkün olmayan bir iş” kimi tǝrif etmişdir.

[iv] Lat, Uzza, Mǝnat adlarının quruluşu vǝ mǝnası haqqında geniş izahat vermǝk mümkündür. Ancaq biz, hǝr üçü müǝnnǝs [qadın cinsindǝ] olan bu adlar barǝdǝ ensiklopedik sǝviyyǝdǝ mǝlumat vermǝklǝ tǝfǝrrüata varmayacağıq. Bu adların müǝnnǝs olmasının sǝbǝbi, ǝrǝblǝrin bunlar mǝlǝklǝr olaraq, mǝlǝklǝri isǝ Allahın qızları olaraq qǝbul etmǝsidir.

Lat Taif şǝhǝrindǝ, qapısında gözǝtçilǝr vǝ xidmǝtçilǝr olan bir binanın içindǝki ağ, işlǝnmiş, üstü örtülü bir qaya idi. Taif ǝhalisi [Saqif qǝbilǝsi] Kǝbǝdǝn sonra ǝn mötǝbǝr mǝbǝdin Lat olduğuna inanırdı vǝ Qureyşdǝn başqa digǝr qǝbilǝlǝr qarşısında bununla öyünürdü. Uzza Mǝkkǝ ilǝ Taif arasında Naxlǝ deyilǝn yerdǝ, bir binanın içindǝki ağac idi. Bunun daş olduğu da rǝvayǝt edilir. Qureyş qǝbilǝsinin ehtiram bǝslǝdiyi bu şeyin üstü örtülü idi. Bu gün belǝ Kǝbǝnin üstünün örtülmǝsi, cahiliyyǝ dövrünǝ mǝxsus bu adǝtin davam etdiyini fikirlǝşmǝyimiz üçün bir ǝsas ola bilǝr. Mǝnat Mǝkkǝ ilǝ Mǝdinǝ arasında Müşǝllǝl deyilǝn yerdǝ bir qaya [heykǝl] idi. Huzaa, Övs vǝ Xǝzrǝc qǝbilǝlǝri bu heykǝl-qayaya ehtiram bǝslǝyir, hǝccǝ buradan başlayır vǝ bu qayanın önünde yağmur duasına çıxırdılar.

Müşriklǝr, müqǝddǝs saydıqları bu bütlǝrǝ and içir, uşaqlarına Abdullat [Latın qulu], Abduluzza [Uzzanın qulu] vǝ Abdulmǝnat [Mǝnatın qulu] kimi adlar verirdilǝr.

Bunların xaricindǝ dǝ müxtǝlif qǝbilǝlǝrǝ mǝxsus, öz gözǝtçilǝri vǝ xidmǝtçilǝri olan bir çox büt vǝ mǝbǝd var idi. Kǝbǝ üçün qurban kǝsdiklǝri kimi, onlara da qurban kǝsirdilǝr. Ayǝdǝ mǝxsusi olaraq bu üç bütün adının çǝkilmǝsinin sǝbǝbi, Hicaz tǝrǝflǝrindǝ çox sayda insanın ortaq tapındıqları bütlǝr olmasıdır.

[v] Mǝlaikǝ vǝ tǝk halı olan mǝlǝk sözü hǝm “elçi göndǝrmǝk” mǝnasına gǝlǝn uluk sözündǝn, hǝm dǝ “qüvvǝt, idarǝ gücü” mǝnasına gǝlǝn mǝlk sözündǝn ǝmǝlǝ gǝlmiş ola bilǝr. “Elçi göndǝrmǝk” mǝnasına gǝlǝn uluk sözündǝn ǝmǝlǝ gǝlǝn mǝlǝk mǝlaikǝ sözlǝri “peyğǝmbǝrlǝri, vǝhy ayǝlǝrini” ifadǝ edir. Mǝlk kökündǝn ǝmǝlǝ gǝlǝn mǝlǝk mǝlaikǝ sözlǝri isǝ “tǝbiǝtdǝki bütün maddi güclǝri vǝ enerji güclǝrini” ifadǝ edir. Quranda işlǝdilǝn bu sözlǝrin hǝr iki kökdǝn ǝmǝlǝ gǝldiyini vǝ ǝmǝlǝ gǝldiyi kökün mǝnasına görǝ müxtǝlif mǝnalarda işlǝdildiyini müǝyyǝnlǝşdirdik. Yǝni mǝlaikǝ sözü Quranda bǝzǝn birinci, bǝzǝn dǝ ikinci mǝnada işlǝnmişdir. Hansı mǝnaya gǝldiyini, işlǝdildiyi cümlǝnin vǝ abzasın ümumi mǝnasına baxaraq müǝyyǝn etmǝk mümkündür.

“Tǝbyinül-Quran”da mǝlǝk sözü ǝtraflı izah edilmişdir.

[vi] Ayǝdǝ bu sözün ǝvǝzindǝ yer alan şǝfaǝt sözünün lüğǝt mǝnası belǝdir: “Bir şeyi, onun oxşarı olan başqa bir şeyǝ ǝlavǝ etmǝk, onu dǝstǝklǝmǝk, bir şeyi çütlǝmǝk vǝ ǝsirgǝmǝk”. Bu söz zaman içindǝ “yüksǝk mövqedǝ olan birinin düşkün birinǝ kömǝk etmǝsi, onu qoruması, onun qoruması üçün vasitǝçilik etmǝsi, onu tǝk qoymayaraq dǝstǝk olması” mǝnasında işlǝdilmǝyǝ başlanmışdır.

Bu sözün termin olaraq mǝnası isǝ belǝdir: “hǝr hansı bir şǝxsin bağışlanmasını istǝmǝk, bir şǝxsdǝn başqa bir şǝxsǝ yaxşılıq etmǝsini, onun zǝrǝrinǝ olan işlǝrdǝn ǝl çǝkmǝsini xahiş etmǝk, başqasının yerinǝ yalvarmaq, xahiş etmǝk, bir şǝxsin qabağına düşǝrǝk onun işinin görülmǝsi üçün dua vǝ minnǝt etmǝk”.

Xülasǝ, şǝfaǝt sözü “vasitǝçi olmaq, yardım etmǝk vǝ rǝhbǝrlik edib yol göstǝrmǝk” mǝnalarını verir. Şǝfaǝt hǝm bu dünyada, hǝm dǝ axirǝtdǝ ola bilǝr. Bu dünyada hǝm Allahın, hǝm mǝlǝklǝrin, hǝm peyğǝmbǝrlǝrin şǝfaǝti, hǝm dǝ insanların bir-birlǝrinǝ şǝfaǝti ola bilǝr. Axirǝtdǝ isǝ şǝfaǝt yalnız Allaha mǝxsusdur.

“Peyğǝmbǝrimizin öz ümmǝtindǝn günahkarların günahlarının bağışlanması üçün Allahın hüzurunda vasitǝçilik edǝcǝyi, günahkarlara dǝstǝk olaraq onları cǝzadan xilas edǝcǝyi” kimi, xalqın arasında geniş yayılmış olan inanış isǝ Qurana ziddir.

[vii] Bax: 24 nömrǝli qeyd.