İXLAS SURƏSİ
MƏKKƏ DÖVRÜ

İXLAS SURƏSİ

Nəcm: 36

1. De ki: “O Rəbb, bir tək olan Allahdır,

2. Səməd[i] olan Allahdır,

3. doğmamışdır və doğulmamışdır.

4. Və heç bir şey Onun tayı-bərabəri olmamışdır.”

(22 / 112, İxlas / 1-4)

Dipnot:

[i] Bir çox mǝnası olan sǝmǝd sözünün tǝrcümǝsini bir sözlǝ vermǝk mümkün deyil. Sǝmǝd sözünün aşağıdakı mǝnaları var: bütün ehtiyaclar üçün müraciǝt edilǝn ağa, böyük; içindǝ boşluq olmayan, içinǝ bir şey qoymaq mümkün olmayan, heç bir şeyǝ ehtiyacı olmayan; hǝr şeyi bilǝn; hǝlim; şan vǝ şǝrǝfi zirvǝdǝ olan; hǝr  şeyi yaradan; arzu edilǝn işlǝrdǝ müraciǝt edilǝn, yalvarılan, sıxıntılı anlarda kömǝk istǝnilǝn; istǝdiyini edǝn, istǝdiyi hökmü verǝn, verdiyi hökmlǝr barǝsindǝ heç kim tǝrǝfindǝ sorğu-sual edilǝ bilmǝyǝn, hökmü heç kim tǝrǝfindǝn lǝğv edilǝ bilmǝyǝn; yeganǝ şǝrǝfli zat; qǝni / varlı; qullarının üstündǝ qahir olan, özündǝn yuxarıda heç kim olmayan, özündǝn aşağıdakılara ehtiram göstǝrmǝsinǝ ehtiyac olmayan; bütün ehtiyaclarda özünǝ müraciǝt edilǝn; yemǝyǝn, içmǝyǝn, doyuzduran, ancaq doyuzdurulmayan; yaratdıqları yox olduqdan sonra da baqi qalan; ǝbǝdi vǝ ǝzǝli olan; ölmǝyǝn, varisi olmayan; yuxlamayan vǝ oyandırılmayan; heç kimin sifǝtlǝri ilǝ tǝrif edilmǝsi mümkün olmayan; eybi, ǝskiyi, nöqsanı olmayan; başına bǝla gǝlmǝyi mümkün olmayan; sifǝtlǝrindǝ vǝ işlǝrindǝ ǝn mükǝmmǝl olan; daim qalib gǝlǝn, ǝsla mǝğlub olmayan; xüsusiyyǝtlǝri barǝdǝ mǝxluqların hǝr hansı bir mǝlumata sahib ola bilmǝdiyi, gözlǝrin qavraya bilmǝdiyi; ǝskiyi-artığı olmayan.

Bu ifadǝlǝri riyazi terminlǝrlǝ xülasǝ etmǝk istǝsǝk, varlığına dair heç bir ǝdǝd sistemindǝ (natural ǝdǝdlǝrdǝn xǝyali ǝdǝdlǝrǝ qǝdǝr) hǝr hansı bir ǝmǝliyyat aparmaq mümkün olmayan mükǝmmǝl, kamil varlıq.

Bu qǝdǝr zǝngin mǝnası olan bir sözün Quranda Allah barǝsindǝ işlǝdilmǝdǝn ǝvvǝl, tarixdǝ hǝr hansı başqa bir mǝbud barǝdǝ işlǝdilmǝmǝsi dǝ diqqǝti cǝlb edǝn bir mǝsǝlǝdir.