ƏBU LƏHƏB SURƏSİ
MƏKKƏ DÖVRÜ

ƏBU LƏHƏB SURƏSİ

Nəcm: 17

1. Əbu Ləhəbin[i] iki gücü yox oldu.[ii]

2. Özü də yox oldu. Malı və qazandıqları ona fayda vermədi.

3-5. Tezliklə o və boynunda lifdən kəndirlə odun daşıyan olaraq arvadı alovlu atəşə atılacaqlar.

(6 / 111, Əbu Ləhəb / 1-5)

Dipnot:

[i] Bu surǝdǝ Əbu Lǝhǝb adıyla bǝhs edilǝn şǝxsin Qüreyş tayfasının tanınmış şǝxslǝrindǝn Əbdulüzza ibn Əbdülmüttǝlib ibn Haşim olduğu, arvadının isǝ Ümmücǝmil [Əvra] olduğu hamılıqla mübahisǝsiz qǝbul edilmişdir. Tarixi qeydlǝrǝ görǝ Əbu Lǝhǝb son dǝrǝcǝ varlı, iri cüssǝli, qırmızısifǝt, tez hiddǝtlǝnǝn biri idi. Ömrünün axırına qǝdǝr İslamiyyǝtǝ qarşı mübarizǝ aparmış, hǝmişǝ müşriklǝrin başında yaxud yanında yer almışdır. Bǝdr döyüşündǝ şǝxsǝn iştirak etmǝsǝ dǝ, öz yerinǝ muzdlu ǝsgǝr göndǝrmişdir. Peyğǝmbǝrimiz Allahdan gǝlǝn vǝhyi insanlara tǝbliğ etmǝyǝ başladıqda, buna mane olmağa çalışan ilk şǝxs Əbu Lǝhǝb olmuşdur. “Fatihǝ”nin camaata oxunması ǝsnasında “Hǝlak olasan, bizi bura bunun üçünmü yığmısan?” deyǝrǝk Peyğǝmbǝri daşa tutmuş vǝ ayağından yaralamışdır. Daha sonra da Peyğǝmbǝrimiz özünǝ verilǝn vǝzifǝni icra etmǝk mǝqsǝdi ilǝ bazar vǝ meydanlarda gǝzǝrǝk haqqı tǝbliğ edǝrkǝn, Əbu Lǝhǝb dǝ onu kölgǝ kimi izlǝmiş, ona mane olmaq üçün hǝr cür üsula ǝl atmışdır. Peyğǝmbǝrin yığıncaqlarına tǝxribat salır, “Bu mǝnim qardaşım oğludur, mǝcnundur, ona qulaq asmayın” deyǝrǝk camaatı yoldan çıxarmağa çalışırdı. Sözlü tǝcavüzlǝrini bǝzǝn feli hücumlara çevirirdi. Elǝdiklǝri bununla da qalmırdı. Bǝzi yerlǝrdǝ “Əgǝr qardaşım oğlunun dediklǝri düz olsa, oğul-uşağımı vǝ malımı fidyǝ verǝrǝk özümü ǝzabdan xilas edǝrǝk” deyǝ, Peyğǝmbǝrimizǝ lağ edirdi.

Əbu Lǝhǝb sözlü vǝ feli tǝcavüzlǝrlǝ Peyğǝmbǝrimizǝ olan düşmǝnçiliyinǝ hǝr müstǝvidǝ davam edǝrkǝn, arvadı da boş dayanmır, Peyğǝmbǝrimizin yaşadığı küçǝyǝ vǝ evinin ǝtrafına tikanlar sǝpǝrǝk vǝ onun ǝleyhindǝ dedi-qodu yayaraq öz ǝrinǝ kömǝk edirdi. Öz ǝrinǝ o qǝdǝr cidd-cǝhdlǝ kömǝk edirdi ki, çox sevdiyi vǝ hǝmişǝ üstündǝ gǝzdirdiyi boyunbağını da Peyğǝmbǝrimizǝ qarşı işlǝnǝn pisliklǝrin mükafatı olaraq xǝrclǝmişdi. Müfǝssirlǝrdǝn çoxu, bu surǝdǝki “boynunda lifdǝn kǝndir” ifadǝsinin o mǝşhur boyunbağını tǝmsil etdiyi qǝnaǝtindǝdir.

Ən yaxın qohumlarının Peyğǝmbǝrimizǝ maneçilik törǝtmǝsi, onu çox mǝyus edirdi. Çünki onların maneçiliklǝri vǝ mǝnfi tǝbliğatları ucbatından, istǝdiyi müvǝffǝqiyyǝti ǝldǝ edǝ bilmirdi. Əmisinin ona vurduğu ziyan, başqalarının vurduğu ziyandan dǝfǝlǝrcǝ artıq idi. Bǝzi adamlar, “Öz ǝmisi belǝ ona inanmadığı halda, biz niyǝ inanaq?” deyirdilǝr.

“Lǝhǝb surǝsi” adıyla bilinǝn bu ayǝlǝr, belǝ bir şǝraitdǝ Peyğǝmbǝrimizǝ tǝsǝlli vermǝk, ona dǝstǝk olmaq, ona mǝnǝvi güc vermǝk mǝqsǝdi ilǝ nazil edilmişdir.

Daha ǝvvǝl nazil olan ayǝlǝrdǝ, hǝr hansı bir ad çǝkilmǝyǝrǝk, mal-mülk, nüfuz vǝ güc sahibi olduqları üçün tǝkǝbbürlǝnǝrǝk yoldan çıxan şǝxslǝrdǝn bǝhs edilmiş, axirǝt gününü dǝ tǝkzib edǝn bu şǝxslǝri Allaha tapşırmaq lazım gǝldiyi, onların cǝzasının Allah tǝrǝfindǝn verilǝcǝyi bildirilmişdir. Əvvǝlki surǝlǝrdǝ sifǝtlǝri vǝ xarakterlǝri sadalanaraq yad edilǝn şǝxslǝr, bu surǝdǝ Əbu Lǝhǝbin şǝxsindǝ konkretlǝşdirilmişdir.

Quran; zamanın vǝ mǝkanın fövqündǝ cahanşümul bir mesaj olduğundan, onun sadǝcǝ müǝyyǝn bir dövrǝ vǝ müǝyyǝn bir coğrafiyaya mǝxsus olduğunu düşünmǝk doğru deyil. Allah Quranda hǝr hansı bir mövzuda misal çǝkǝrkǝn tarix, yer vǝ ad göstǝrmǝz. Şǝxslǝri öz hǝrǝkǝrlǝri, davranışları, sifǝtlǝri vǝ xarakterlǝri ilǝ tanıdır. Belǝliklǝr dǝ, çǝkdiyi misalın hǝr zaman vǝ hǝr yerdǝ mötǝbǝr olmasını tǝmin edǝr.

Bu surǝnin bir qayǝsi dǝ, Peyğǝmbǝrimizin doğma ǝmisinin belǝ hǝr hansı bir imtiyaza sahib olmadığını göstǝrmǝklǝ, krallıq yaxud kölǝlik, zǝnginlik yaxud yoxsulluq kimi sosial vǝziyyǝtlǝrin, yaxud da seyidlik vǝ şǝriflik kimi nǝsil xüsusiyyǝtlǝrinin insanlara axirǝtdǝ heç bir imtiyaz vermǝyǝcǝyini başa salmaqdır.

Bu ayǝlǝr, gǝlǝcǝkdǝn xǝbǝr vermǝklǝ, başqa bir möcüzǝ dǝ göstǝrmişdir. Surǝdǝ Əbu Lǝhǝb vǝ onun arvadının iman etmǝyǝcǝyi vǝ cǝhǝnnǝmlik olduqları bildirilmişdir. Bu surǝ nazil olduqdan sonra 15 il yaşayan Əbu Lǝhǝb hǝqiqǝtǝn dǝ ölǝnǝ kimi iman etmǝmişdir. Quranın nazil olduğu illǝrdǝ hamının şahid olduğu bu möcüzǝ, Mǝhǝmmǝdin peyğǝmbǝrliyinin dǝ açıq-aşkar sübutlarından biridir.

[ii] Tǝbbǝt sözünün hǝqiqi mǝnası “qurudu, yox oldu, hǝlak oldu” şǝklindǝdir. Ayǝdǝki iki ǝl ifadǝsini “bir parçanı qeyd etmǝklǝ bütövü nǝzǝrdǝ tutmaq” mǝqsǝdiylǝ işlǝdilǝn mǝcaz olaraq qǝbul etmǝk lazımdır, yǝni iki ǝl qeyd edilǝrkǝn, arxa planda, o ǝllǝrin sahibi nǝzǝrdǝ tutulur.

İki ǝl ifadǝsi Əbu Lǝhǝbin iki günü tǝmsil edir. Nǝcmin 3-cü cümlǝsindǝ bu güclǝr “malı vǝ qazandıqları” kimi izah edilmişdir. Əbu Lǝhǝbin varlı bir adam olduğumu nǝzǝrǝ alınsa, “qazandığı şeylǝr” deyǝrkǝn ǝtrafına topladığı adamlar, qurduğu tǝşkilat, oğulları, nökǝrlǝri vǝ yığdığı dǝstǝdǝn bǝhs edildiyi nǝticǝsinǝ mǝntiqi yolla varmaq mümkündür. Biz mealda mǝcazi mǝnasına üstünlük verdik.